Cholecystectomy

Öd kisəsinin ləğvi ya Öd kisəsinin kəsilib götürülməsi (lat. cholecystectomychole — öd, cyst — kisə, ectomy — kənarlaşdırmaq) — öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədilə icra edilən cərrahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv — laparoskopik ya da açıq üsulla icra olunur. Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir.

Öd kisəsinin ləğvi
  • lat. Cholecystectomy
Laparoskopik üsulla Öd kisəsinin ləğvi
Laparoskopik üsulla Öd kisəsinin ləğvi
XBT-9 575.0
XBT-9-KM 575.0
MeSH D002763
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göstərişlər

[redaktə | mənbəni redaktə et]

Öd kisəsinin kəsilib götürülməsi əməliyyatına göstərişlər:

Öd kisəsinin iltihabı (lat. cholecystitis) və Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) zamanı öd yollarının tıxanması nəticəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud koliklərlə özünü büruzə verir.

Cərrahi müdaxilə

[redaktə | mənbəni redaktə et]

İlk dəfə laparatomik üsulla öd kisəsinin ləğvi — xolesistektomiya əməliyyatı 1882-ci ildə Berlinin Lazarus xəstəxanasında, laparaskopik üsulla isə 1985-ci ildə cərrah Erix Mühe tərəfindən Böblingen xəstəxanasında icra edilmişdir.

Laparatomik üsul

[redaktə | mənbəni redaktə et]

Laparatomik üsul eyni zamanda açıq üsul da adlanır. Bu zaman sağ qabırğaaltı nahiyədə (sağ qarınüstü nahiyədə) təqribən 10 cm uzunluğunda kəsik aparılmaqla qarın boşluğu yarılır. Bu kəsik öd kisəsinin əldə edilməsi üçün optimal sayılır. Öd axacağı (lat. ductus cysticus) və öd arteriyası (lat. arteria cysticus) mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın hemostazı (qanaxmanın durdurulması) icra edilərək, drinaj qoyularaq qarın boşluğu qat-qat tikişlərlə bağlanır.

Laparaskopik üsul

[redaktə | mənbəni redaktə et]
Öd kisəsinin ləğvi əməliyyatı zamanı laparoskopik müdaxilə üçün kəsiklər

Laparaskopu qarın boşluğuna daxil etmək üçün göbək nahiyyəsindən 2 sm uzunluğunda kəsik aparılır. Əlavə olaraq döş sümüyünün altından bir və sağ qabırğaaltı nahiyədən isə daha bir kəsik aparılaraq müvafiq kəsici və sıxıcı laparaskopik alətlər qarın boşluğuna daxil edilir. Laparaskopik alətlərin köməyi ilə öd axacağı (lat. ductus cysticus) və öd arteriyası (lat. arteria cysticus) mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın qaynaq üsulu ilə hemostazı aparılır. Preparat müvafiq laparoskopik kəsiyin bir qədər genişləndirilməsindən sonra (öd kisəsi dolu olduqda müvafiq punksion iynə vasitəsilə boşaldıldıqdan sonra xaric edilir) qarın boşluğundan xaric edilir. Kəsik toxumalar qat-qat tikilərək bağlanır. Çox vaxt dəri xüsusi tibbi yapışqan vasitəsilə yapışdırılır.

Laparoskopik xolesistektomiya

[redaktə | mənbəni redaktə et]

İstənilən cərrahi xəstədə müayinə və müalicə tədbirlərı 2 prinsip üzərində qurulur. Birincisi, universal prinsipdir ki, bütün fəaliyyət sahələrinə aiddir: məlumat, qərar və həyata keçirmə. İkincisi, isə cərrahiyəyə məxsus olan spesifik prinsipdir: cərrahi əməliyyatın faydalı (diaqnostik və müalicəvi) tərəfi ilə yanaşı zərərli tərəfi də (əməliyyat risqi) nəzərə alınmalıdır. Bu prinsiplərə uyğun olaraq laparoskopik xolesistektomiya (LapXE) nəzərdə tutulan xəstənin aparılması aşağıdakı ardıcıllıqla yerinə yetirilir[1]

  1. N. Y. Bayramov. Cərrahiyyə Seminarları: Öd Yollarının Cərrahi Xəstəlikləri. Ankara. 2004. 320. ISBN 975-92103-0-4.
  • Miederer, S. E. et al.: Endoscopic transpapillary splitting of a choledochocele, Dtsch Med Wochenschrift, 1978, Feb.3:103(5):216–219

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]