İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
kRedaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 20: Sətir 20:
| Kapitalı = 400 milyon manat
| Kapitalı = 400 milyon manat
| Saytı = http://www.azersu.az| azersu.az
| Saytı = http://www.azersu.az| azersu.az
|Baş qərargahı = [[Bakı]], {{AZE}}
| Baş qərargahı = [[Bakı]], Moskva prospekti 67, AZ1012 {{AZE}}
}}
}}



16:29, 22 fevral 2014 tarixindəki versiya

Şablon:İnfoqutu şirkət

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — “Azərsu” ASC) Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyaların, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.

Tarixi

Bakı şəhəri icməli su ilə XX-ci əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsi ilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı. Lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan «Kommunsənayesutəchizatı» İstehsalat Birliyi və «AzSuGEO» Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq «Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi» üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında» 11 iyun 2004-cü il tarixli Sərəncamı dövlət başçısının bu sahəyə olan böyük qayğı və diqqətinin təzahürü olaraq islahatların aparılması və idarəetmə strukturunun təkmilləşdirlməsi istiqamətində həyata keçirilən işlərin daha da sürətləndirilməsinə geniş şərait yaratdı. Həmin Sərəncama müvafiq olaraq aparılan islahatlar və təkmilləşdirmələr çərçivəsində Abşeron Regional Səhmdar Su cəmiyyəti «Azərsu» Səhmdar Cəmiyyətinə çevrilmiş, Bakı şəhər İcra Hakimiyyətinin «Bakıkanalizasiya» İstehsalat Birliyinin və Dövlət Tikinti və Arxitektura Komitəsinin ləğv edilmiş «Azərsukanaltəmir» və «Azərkəndsutəchizat» İstehsalat Birliklərinin respublikanın şəhər və rayonlarındakı müəssisə və təşkilatları onun tabeliyinə verilmişdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Regionlarda su təchizatı və kanalizasiya xidməti sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan struktur islahatları nəticəsində «Birləşmiş Sukanal» Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, Sumqayıt, Gəncə, Şəki, Göyçay və Ağdaş şəhər və rayon su-kanalizasiya müəssisələri Törəmə Səhmdar Cəmiyyətlərinə çevrilmişdir. Respublikanın eyni rayon və ya şəhərlərində paralel fəaliyyət göstərən su təchizatı və kanalizasiya xidməti müəssisələri birləşdirilərək mobil təşkilatlara çevrilmiş, digər struktur təkmilləşdirmələri aparılmışdır. Su təchizatında sabitliyin təmin olunması, yaşayış məntəqələrində suya olan tələbatın ödənilməsi, istehlakçılara verilən suyun keyfiyyətinin yaxşılaşdırılması və su xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə işlənilmiş və ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)», «Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı», «Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı»na və s. müvafiq olaraq mühüm tədbirlər yerinə yetirilmiş, hər bir iqtisadi rayon üzrə konkret iş proqramı müəyyən edilmişdir.

Fəaliyyəti

“Azərsu” ASC ölkə üzrə 1171065 abunəçini içməli su ilə təmin edir. Bunlardan 1132575-i əhali, 38490-i isə qeyri-əhali istehlakçılarıdır. Cəmiyyətin balansında 17265 km uzunluğunda su, 3050 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır. “Azərsu” ASC Bakı şəhəri və Abşeron yarımadasını 5 mənbədən götürülən su ilə təchiz edir. Bunların 2-si Xaçmaz rayonunun, 1-i isə Oğuz rayonunun yeraltı su mənbələridir. Bunlardan başqa Samur çayından qidalanan Ceyranbatan su anbarının ehtiyatlarından və Kür çayının sularından da istifadə olunur. İçməli suyu Bakıya nəql etmək üçün Xaçmazdan 2 ədəd - Şollar və 2-ci Bakı su kəmərləri, Kür və Ceyranbatan təmizləyici qurğularından magistral kəmərlər və Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir. Hazırda respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. İşlər dövlət vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına maliyyələşdirilir.

Əsas vəzifələri

Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidiyyatı üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir. Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir.

Bu məqsədlə cəmiyyət:

  • suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir;
  • tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyatı təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir;
  • su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir;
  • su təchizatı üçün yerüstü su obyektlərindən suyun götürülməsini təşkil edir;
  • su təchizatı məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yeraltı su obyektlərindən istifadə edir;
  • su quyularının qazılması sahəsində fəaliyyət göstərir;
  • istehsal olunan suyun və axıdılan çirkab sularının miqdarının təyin edilməsi üçün sərfölçənlərin və tələbatçıların sifarişi ilə suölçmə cihazlarının quraşdırılmasını təmin edir və istismara qəbul edir;
  • ətraf mühitin qorunması ilə bağlı öz səlahiyyətləri daxilində müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir;
  • su və kanalizasiya xətlərinə qoşulmalar üçün hüquqi və fiziki şəxslərin müraciətləri əsasında mövcud sistem və qurğuların texnoloji imkanlarını nəzərə alaraq, müvafiq texniki şərtlər verir və həmin şərtlərə əməl edilməsi üzərində nəzarəti həyata keçirir;
  • dövlət normalarına müvafiq olaraq içməli, məişət-təsərrüfat və sənaye-çirkab sularının keyfiyyət göstəricilərinin analitik nəzarətini təşkil edir;
  • elmi-tədqiqat və layihələndirmə fəaliyyəti ilə məşğul olur;
  • su sayğaclarının istehsalı, təmiri, yoxlanılması və sınaqdan keçirilməsi işlərində iştirak edir;
  • su təchizatı və kanalizasiya sistemi komleksinin fəaliyyətinin ümumi qaydalarını müəyyən edən müvafiq qanunvericilik aktlarının layihələrinin hazırlanması, zəruri hallarda qəbul edilmiş qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə təkliflərlə çıxış edir;
  • su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində tələb olunan investisiya proqramlarının hazırlanmasında iştirak edir;
  • səlahiyyətləri daxilində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması və inkişafı üzrə layihələrin maliyyələşdirilməsinə texniki və maliyyə yardımının cəlb edilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edir;
  • su təchizatı və kanalizasiya obyektlərinin istismarı və sanitar-mühafizə zonası qaydalarını pozan hüquqi və fiziki şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görür;
  • Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə cəmiyyətə həvalə edilmiş digər funksiyaları həyata keçirir.

Rəhbərlik

Azərsu "ASC"-nin hal-hazırda rəhbəri Qorxmaz Hüseynovdur. Sədrin birinci müavini Teyyub Cabbarov, İstismar üzrə müavin Köçərli Həsənov, İqtisadi məsələlər üzrə müavin Mahir Məmmədov, Tikinti üzrə müavin Seymur Seyidov, Xarici sərmayələr üzrə müavin İlqar Tağıyev və Su mənbələri üzrə müavin Mirkamil Seyidovdur.

Yeni inzibati bina

2013-cü ildən “Azərsu” ASC-nin yeni binasının tikintisinə başlanılıb. Yeni bina Bakının inzibati mərkəzinə çevriləcək Heydər Əliyev prospektində yerləşəcək. “Azərsu” ASC-nin yeni binasının tikintisini Almaniyanın “Heerim” korporasiyası həyata keçirəcək. Binanın ərazisi 31860 kvadrat metr olacaq. Mərtəbələrin sayı 20-dir. Binanın hündürlüyü isə 124 metr olacaq. Artıq tikinti ilə bağlı şirkətlə “Azərsu” ASC arasında korporativ saziş də imzalanıb.

Struktur

  • "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin aparatı
  • Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti[1]
  • "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatlar:
    • "Bakı Sukanal" İdarəsi
    • "Sumqayıt Sukanal" İdarəsi
    • "Abşeron Sukanal" İdarəsi
    • "Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi
    • "Kür Su Kəmərləri" İdarəsi
    • "Ceyranbatan Su Kəmərləri" İdarəsi
    • "Xaçmaz Su Kəmərləri" İdarəsi
    • "H.Z.Tağıyev adına Su Kəmərləri" İdarəsi
    • "Sanqaçal Su Kəmərləri" İdarəsi
    • Nəqliyyat və Xüsusi Texnika İdarəsi

İstinadlar

Xarici keçidlər

Həmçinin bax