Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Qorxmaz Cavanşir oğlu Hüseynov — "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011–2021).
Qorxmaz Hüseynov | |
---|---|
16 fevral 2011 – 4 may 2021 | |
Əvvəlki | Nizaməddin Rzayev |
Sonrakı | Köçərli Həsənov (müvəqqəti sədr) |
27 dekabr 2007 – 16 fevral 2011 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1965 (59 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
1983–1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991–1992-ci illərdə şöbə rəisinin müavini, 1992–1995-ci illərdə şöbə rəisi, 1995–1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997–2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003–2006-cı illərdə trestin müdiri, 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.
27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilmişdir.[1] 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək[2] "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir[3].
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.[4]
Ailəlidir, iki övladı var. O, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ilə qudadır.[5]