Vəhid Xorasani: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Redaktənin izahı yoxdur
(Fərq yoxdur)

09:46, 28 iyun 2014 tarixindəki versiya

Vəhid Xorasani
Doğum tarixi 1 yanvar 1921(1921-01-01) (103 yaş)
Doğum yeri
Elm sahələri tədris[d], islam
wahidkhorasani.com/Engli…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Şeyx Hüseyn Vəhid Xorasani (1 dekabr, 1921) — din alimi, müctəhid.

Həyatı

Şeyx Vəhid Xorasani 1 dekabr 1921 (hicri-şəmsi 1300-cü) ildə Məşhəd şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən, məntiq və fəlsəfə dərslərini isə Mirzə Əbül-Qasım İlahi və Mirzə Mehdi İsfahanidən almışdır. Daha sonra isə Ayətullah Mehdi İsfahani və Ayətullah Əştiyarinin xaric dərslərinə qatılmışdır. 27 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yola düşmüşdür. Ayətullah Əbdül-Hadi Şirazi və Ayətullah Xoyinin dərslərinə qatıldı, o həzrətin seçilmiş tələbələrindən olmuşdur. İllərlə üsul və fiqh dərslərinin təlimi və tədrisi ilə məşğul olduqdan sonra, Nəcəfdə 12 il xaric dərsləri vermişdir. İrana qayıtdıqdan sonra Məşhəd şəhərində tədrislə məşğul olmuşdur. 1 il sonra Qum şəhərinə getmişdir. Hal-hazırda üsul və fiqh dərslərinin ali səviyyədə tədrisi ilə məşğuldur. Ayətullahul-uzma Şeyx Vəhid Xorasani dövrümüzün əzəmətli fəqihlərindən biridir. İranda, İraqda, Azərbaycanda və bir çox qərb ölkələrində müqəllidləri vardır. Ustadın "Tovzihul-məsail" risaləsi dilimizə tərcümə olunmuşdur.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər