Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Şeyx Hüseyn Vəhid Xorasani (1 yanvar 1921, Nişapur, Rəzəvi Xorasan ostanı) — din alimi, müctəhid.
Hüseyn | |
---|---|
Şeyx Hüseyn Vəhid Xorasani | |
Doğum tarixi | 1 yanvar 1921 (103 yaş) |
Doğum yeri | |
Elm sahəsi | İslam |
Elmi dərəcəsi | Ayətullah əl-Uzma |
Elmi adı | müctəhid |
Təhsili | Qum, Nəcəf |
Elmi rəhbəri | Ayətullah Xoyi |
www.wahidkhorasani.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şeyx Vəhid Xorasani 1 yanvar 1921-ci ildə (hicri-şəmsi 1299-cu il, 11 Dey) Məşhəd şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən, məntiq və fəlsəfə dərslərini isə Mirzə Əbül-Qasım İlahi və Mirzə Mehdi İsfahanidən almışdır. Daha sonra isə Ayətullah Mehdi İsfahani və Ayətullah Əştiyarinin xaric dərslərinə qatılmışdır.
27 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yola düşmüşdür. Ayətullah Əbdül-Hadi Şirazi və Ayətullah Xoyinin dərslərinə qatıldı, o həzrətin seçilmiş tələbələrindən olmuşdur.
İllərlə üsul və fiqh dərslərinin təlimi və tədrisi ilə məşğul olduqdan sonra, Nəcəfdə 12 il xaric dərsləri vermişdir. İrana qayıtdıqdan sonra Məşhəd şəhərində tədrislə məşğul olmuşdur. 1 il sonra Qum şəhərinə getmişdir. Hal-hazırda üsul və fiqh dərslərinin ali səviyyədə tədrisi ilə məşğuldur.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani dövrümüzün əzəmətli fəqihlərindən biridir. İranda, İraqda, Azərbaycanda və bir çox qərb ölkələrində müqəllidləri vardır. Ustadın "Tovzihul-məsail" risaləsi dilimizə tərcümə olunmuşdur.