Ağdam Dövlət Dram Teatrı: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
İrada (müzakirə | töhfələr)
Yeni səhifə: {{Teatr |Adı = Ağdam Dövlət Dram Teatrı |Şəkil = |Şəkil miqyası = |Şəkil məlumat = |Ünvanı = Ağdam şəhəri,...
 
İrada (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 4: Sətir 4:
|Şəkil miqyası =
|Şəkil miqyası =
|Şəkil məlumat =
|Şəkil məlumat =
|Ünvanı = Ağdam şəhəri, Quzanlı qəsəbəs <ref>[http://www.mct.gov.az/service/lang/az/page/17/nid/34/ Azərbaycan Dövlət Musiqili Komediya Teatrı]</ref>
|Ünvanı = Ağdam şəhəri, Quzanlı qəsəbəs <ref>[http://azteatr.musigi-dunya.az/file?id=88&dt=40 Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı]</ref>
|lat_dir = |lat_deg = |lat_min = |lat_sec =
|lat_dir = |lat_deg = |lat_min = |lat_sec =
|lon_dir = |lon_deg = |lon_min = |lon_sec =
|lon_dir = |lon_deg = |lon_min = |lon_sec =
Sətir 23: Sətir 23:
|Commons =
|Commons =
}}
}}
'''Ağdam Dövlət Dram Teatrı''' — Azərbaycanda fəaliyyət göstərəndram teatrlarından biri. [[Qarabağ]] mədəniyyətinin nümumələrindən biri.
'''Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı''' — Azərbaycanda fəaliyyət göstərəndram teatrlarından biri. [[Qarabağ]] mədəniyyətinin nümumələrindən biri.


== Tarixi==
== Tarixi==

10:10, 6 noyabr 2014 tarixindəki versiya

Ağdam Dövlət Dram Teatrı
Ümumi məlumatlar
Əsası qoyulub 1902, rəsmi olaraq: 1968
Heyət
Baş rejissor Elxan Mikayılov (1994)
Yerləşməsi
Ölkə
Yerləşir Ağdam rayonu
Ünvan Ağdam şəhəri, Quzanlı qəsəbəs [1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərəndram teatrlarından biri. Qarabağ mədəniyyətinin nümumələrindən biri.

Tarixi

Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılmışdır. İki il gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılmışdır. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərmişdir.

1968-ci ildə isə Nazirlər Kabinetinin müvafiq fərmanı ilə artıq Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı olaraq fəaliyyətə başlamış, 1969-cu il martın 26-sı və 27-də İ.Əfəndiyevin "Sən həmişə mənimləsən və ya Boy çiçəyi", B.Vahabzadənin "Vicdan" pyeslərinin tamaşası ilə Dövlət dram teatrı kimi fəaliyyətini davam etdirmişdir.

Repertuarı

Teatr fəaliyyətdə olduğu müddətdə S.Vurğunun "Vaqif", "Fərhad və Şirin", Urazbek Bakiyevin "Qaraqum" faciəsi, M.F.Axundovun "Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)", "Hekayəti-molla İbrahim kimyagər", "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", S.S.Axundovun "Eşq və İntiqam", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Pəri cadu", S.Rüstəmin "Qaçaq Nəbi", C.Cabbarlının "Aydın", "Oktay Eloğlu", "Solğun çiçiəklər", Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu", "Sənsiz", M.Lermontovun "İki qardaş" və bu kimi bir çox dramaturqların əsərlərinin tamaşasını hazırlamışdır.

Bu müddət ərzində müxtəlif illərdə teatrda respublikanın bir çox tanınmış rejissorları - Əməkdar mədəniyyət işçisi Heydər Şəmsizadə, əməkdar mədəniyyət işçisi Rafiq Atakişiyev, əməkdar incəsənət xadimi Vaqif Şərifov, Ədalət Ziyadxanov, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımov və başqaları çalışmışlar.

Aktyorar

Qaflan Muradov, əməkdar mədəniyyət işçisi Məmməd Əmirov, əməkdar artistlər Narınc Məlikova, Qurban Mirzəyev, Simuzər Namazova, Tofiq Qarayev, Səkinə Süleymanova, Cəmilə Məmmədova, xalq artisti Svetlana Həkimova, aktyorlar İbrahim Yusifov, Vaqif Qasımov, Səyyaf Əlizadə, Fəqumə Yusifova, Aidə Qasımova, Kərim Həsənov, Suliddin Quliyev, Elşən Cavadov, Nizami Ələkbərov və digərləri çalışmış və indi də çalışmaqdadırlar.

Həmçinin bax

İstinadlar

  1. Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı