Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Ağdam rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[3] Mərkəzi Ağdam şəhəridir. 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1150 km², əhalisi 202.200 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.
Rayon | |
Ağdam rayonu | |
---|---|
39°59′01″ şm. e. 46°55′43″ ş. u.HGYO |
|
Ölkə | Azərbaycan |
Daxildir | Qarabağ |
İnzibati mərkəz | Ağdam |
İcra başçısı | Vaqif Həsənov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 1150[1] km² |
Hündürlük | 291 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 202 200[2] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-AGM |
Telefon kodu | +994 26 |
Poçt indeksi | AZ 0200 |
Avtomobil nömrəsi | 02 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalə Ağdam rayonu haqqındadır. Ağdam şəhəri üçün Ağdam səhifəsinə baxın. |
Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşir.
Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər.
Qarabağ müharibəsinin ilk şəhidlərin Ağdam rayonu verib. 22 fevral 1988-ci ildə Əli Hacıyev və Bəxtiyar Quliyev.
Sərhəd rayonlar — Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Ağdərə.
Azərbaycan Respublikasının 2023-cü il 1043-VIQ nömrəli Qanunu ilə bəzi kəndləri yeni yaradılan Ağdərə rayonuna verilmiş, 1044-VIQ nömrəli Qanunu ilə Xocavənd rayonundan bəzi torpaq əraziləri Ağdam rayonuna qatılmışdır.
Dövlət Statistiki Komitəsinin 2024-cü ildə verdiyi məlumata görə Ağdam rayonunda 1 şəhər, 14 qəsəbə, 113 kənd var (cəmi 128 yaşayış məntəqəsi)[4]. Qeyd olunan sənədə əsasən inzibati ərazi vahidləri aşağıdakı kimidir (siyahıda göstərilmiş inzibati ərazi dairələri Sovet dönəmində olan şəhər/qəsəbə/kənd sovetliklərinin ərazisi ilə üst-üstə düşür):
2.1. Bağbanlar kəndi;
2.2. İsmayılbəyli kəndi;
2.3. Muğanlı kəndi;
2.4. Pirzadlı kəndi;
2.5. Saybalı kəndi.
8.1. Boyəhmədli kəndi;
8.2. Qızıl Kəngərli kəndi;
8.3. Mollalar kəndi;
8.4. Salahlı Kəngərli kəndi;
8.5. Sofulu kəndi.
9.1. Çəmənli kəndi;
9.2. Sarıcalı kəndi;
9.3. Şükürağalı kəndi.
10.1. Əfətli kəndi;
10.2. Hacıməmmədli kəndi;
10.3. Hacıturalı kəndi;
10.4. Həsənxanlı kəndi;
10.5. İsalar kəndi;
10.6. Küdürlü kəndi;
10.7. Qəhrəmanbəyli kəndi;
10.8. Məmmədbağırlı kəndi.
11.1. Əhmədağalı kəndi;
11.2. Çıraxlı kəndi;
11.3. Kolqışlaq kəndi;
11.4. Mirəşelli kəndi.
12.1. Əlimədətli kəndi;
12.2. Cinli kəndi;
12.3. Əliağalı kəndi;
12.4. Xaçındərbətli kəndi;
12.5. Kürdlər kəndi;
12.6. Qalayçılar kəndi;
12.7. Mollalar kəndi.
13.1. Göytəpə kəndi;
13.2. Abdınlı kəndi;
13.3. Cavahirli kəndi;
13.4. Kosalar kəndi.
14.1. Gülablı kəndi;
14.2. Abdal kəndi;
15.1. Güllücə kəndi;
15.2. İlxıçılar kəndi;
15.3. Suma kəndi;
15.4. Tağıbəyli kəndi.
16.1. Xıdırlı kəndi;
16.2. Çuxurməhlə kəndi;
16.3. Əhmədavar kəndi.
17.1. Xındırıstan kəndi;
17.2. Baharlı kəndi;
17.3. Bəybabalar kəndi;
17.4. Birinci Yüzbaşılı kəndi;
17.5. Dadaşlı kəndi;
17.6. İkinci Yüzbaşılı kəndi;
17.7. Kəlbəhüseynli kəndi;
17.8. Paşabəyli kəndi;
17.9. Sarıçoban kəndi.
21.1. İmamqulubəyli kəndi;
21.2. Çullu kəndi;
23.1. Kəngərli kəndi;
23.2. Qaraqaşlı kəndi;
23.3. Şirvanlı kəndi.
24.1. Qaradağlı kəndi;
24.2. Evoğlu kəndi;
24.3. Rzalar kəndi.
26.1. Qasımlı kəndi;
26.2. Qaradağlı kəndi;
26.3. Qurdlar kəndi;
26.4. Poladlı kəndi;
26.5. Şelli kəndi.
27.1. Baş Qərvənd kəndi;
27.2. Şıxlar kəndi;
27.3. Orta Qərvənd kəndi;
27.4. Ayaq Qərvənd kəndi;
28.1. Qiyaslı kəndi;
28.2. Ətyeməzli kəndi;
28.3. Keştazlı kəndi.
29.1. Quzanlı qəsəbəsi;
29.2. Eyvazlı kəndi.
30.1. Maqsudlu kəndi;
30.2. Çullu kəndi;
30.3. Eyvazxanbəyli kəndi;
30.4. Şahbulaq kəndi;
30.5. Salahsəmədlər kəndi;
30.6. Şişpapaqlar kəndi;
30.7. Talışlar kəndi;
30.8. Təpəməhlə kəndi;
30.9. Tərnöyüt kəndi;
30.10. Tükəzbanlı kəndi;
32.1. Nəmirli kəndi;
32.2. Şotlanlı kəndi;
32.3. Şuraabad kəndi;
32.4. Təzəkənd kəndi;
32.5. Umudlu kəndi.
33.1. Novruzlu kəndi;
33.2. Acarlı qəsəbəsi.
34.1. Papravənd kəndi;
34.2. Qarapirimli kəndi.
35.1. Sarıcalı kəndi;
35.2. Qarazeynallı kəndi;
35.3. Qullar kəndi.
36.1. Seyidli kəndi;
36.2. Bozpapaqlar kəndi;
36.3. Sarıhacılı kəndi.
38.1. Şıxbabalı kəndi;
38.2. Muğanlı kəndi.
40.1. Üçoğlan kəndi;
40.2. Alıbəyli kəndi;
40.3. Ballar kəndi;
40.4. Böyükbəyli kəndi;
40.5. Gül Baharlı kəndi;
40.6. Kiçikli kəndi;
40.7. Orta Qışlaq kəndi;
40.8. Yusifli kəndi.
42.1. Zəngişalı kəndi;
42.2. Mahrızlı kəndi.
Ağdam rayonu 8 avqust 1930-cu ildə Ağdam qəzasının (mərkəzi Ağdam şəhəri olan indiki Ağdam, Bərdə, Tərtər, Ağcəbədi rayonlarını birləşdirən inzibati-əlarzi vahidi) və sonra Qarabağ dairəsinin ləğvi nəticəsində yaradılıb.
Sahəsi 1154 km² olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində — Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri günümüzə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. VI–IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.
Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-ci illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında tapılan son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX–XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII–XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.
Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Azərbaycanda yaranmış Albaniya dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan qarqarlar Ağdam ərazisindəki Qarqarçay boyunca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.
Azərbaycan ərazisində və Qafqaz Albaniyasında ilk qanunvericilik aktı Ağdam ərazisində yerləşən Aquen kilsəsində (Aquen kilsə Məclisində) 488-ci ildə qəbul edilmişdir. Elmi ədəbiyyatda bu akt "Aquen qanunları" adlanır, 3 fəsildə birləşdirilmiş 21 maddədən ibarətdir. "Aquen" sözü Qafqaz Albaniyasının dövət dilində "Ağ daşlardan ev" mənasına gəlir. həmin sənəddə Qafqaz Albaniyası "Ağ vəng" adlanır (Burada "vəng" hakim tayfanın adıdır).
1905–1906-cı illərdə bağ vermiş Azərbaycan- erməni müharibəsinin bir sıra epizodları da Ağdam ərazisində cərəyan etmişdir. Tiflis Məhkəmə palatası tərəfindən 27 fevral 1906-cı ildə vurulan 1029 nömrəli teleqramda Gəncə sancağına (Osmanlı arxiv sənədində Gəncə sancağı kimi qeyd olunasa da Yelizavetpol quberniyası nəzərdə tutulub) tabe olan Şuşa qəzası daxilində ermənilər tərəfindən dağıdılması qeyd edilən 19 kənddən aşağıdakılar Ağdam rayonunda yerləşir: Abdal, Kolanı (indiki Qalayçılar), Papravənd, Şelli, Qurdlar, Gülablı, Qaradağlı.
1918–1920-ci illərdə baş vermiş Azərbaycan-Ermənistan müharibəsi zamanı ağır döyüşlərin getdiyi ərazilərdən biri də Ağdam cəbhəsi olmuşdur.
1923-cü ildə Dağlıq Qarabağla yanaşı, mərkəzi Ağdam şəhəri olmaqla Aran Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında qanun layihəsi təqdim edilmiş, Moskva tərəfindən bu təklif qəbul edilməmişdir.
Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.
Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini — Dağlıq Qarabağ Muxtar Vilayətini və ətraf rayonları işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.
1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. Eyni zamanda 1988-ci idə Ağdam rayonu ərazisində yaşayın 102 nəfər erməni əsilli vətəndaş (Ağdam rayon Daxili İşlər İdarəsinin (РУВД) Pasport bölməsi tərəfindən verilmiş 1988-ci tarixli hesabatı) ərazini könüllü olaraq tərk etdi.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, həmin rayonda yaşayan Azərbaycanlı əhalinin müdafiəsi məqsədilə onun Xatınbəyli, Qazançı, Maniklu (indiki Məlikli), Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan (indiki Ballıqaya) kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonuna verilmişdir. Beləliklə də Ağdam rayonunun kənd və qəsəbələrinins sayı 118-dən 126-ya çatdırılmışdır.
1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdam şəhərinin və ətraf kəndərinin süqutu ilə başa çatdı. Cəmi rayon ərazisinin 77,4% işal olundu.
Ağdam rayion icra hakimiyyətinin verdiyi məlumata əsasən Ağdam rayonunun bir hissəsinin işğalı zamanı (1993-cü il, 23 iyul) rayonun ümumi əhalisi 191 700 nəfər təşkil edib. İşğal nəticəsində onun təqribən 120 000 nəfəri məcburi köçkün statusu alıb, bu statusu almayaraq, xarici dövlətlərə köçən əhalinin sayı dəqiqləşdirilməyib. Bunda başqa, rayonun işıal altında olan ərazisində işqal gününə qədər qeydiyyatsız yaşamış əhalinin sayı barədə dəqiq məlumatlar mövcud deyil. Müxtəlif mənbələrdə 5 minə yaxın əhali göstərilir.
Ağdama edilən son hücumda 6.000 nəfər erməni-rus birləşmələrinin şəxsi heyəti iştirak edib. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər və rusiya silahlı qüvvələrinin hissələri də olub. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan Mərzili kəndi ərazisində 258 N-li PDM-in ekipajının açdığı atəş nəticəsində məhv edilir. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub.[5]
İşğal zamanı 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası (o cümlədən, köhnə üslubda inşa edilmiş 7 nömrəli Ağdam tam rus məktəbi), 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edildi[6].
Erməni işlağından dərhal sonra Dağlıq Qarabağ separat rejimi Ağdam rayonunun işğal olunmuş ərazilərini Əsgəran rayonuna birləşdiriblər.
2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları Ağdam şəhərinin adını erməniləşdirmək məqsədilə dəyişərək "Akna" qoyublar. Separatçı rejimin internetdə dərc etdiyi məlumata görə Ağdamın işğalda olan ərazilərində 360 nəfər insan daimi məskunlaşıb.[7]
Ağdam rayonu işğaldan sonra 43 kəndi Alıbəyli, Ayaq Qərvənd, Baharlı, Ballar, Bəybabalar, Birinci Yüzbaşılı, Böyükbəyli, Çəmənli, Çıraxlı, Çullu, Dadaşlı, Evoğlu, Eyvazlı, Əfətli, Əhmədağalı, Gül Baharlı, Hacıməmmədli, Hacıturalı, Həsənxanlı, Xındırıstan, İkinci Yüzbaşılı, İmamqulubəyli, İsalar, Kəlbəhüseynli, Kiçikli, Kolqışlaq, Küdürlü, Qaradağlı, Qəhrəmanbəyli, Mahrızlı, Məmmədbağırlı, Mirəşelli, Orta Qərvənd, Orta Qışlaq, Paşabəyli, Rzalar, Sarıcalı, Sarıçoban, Şükürağalı, Təzəkənd, Üçoğlan, Yusifli, Zəngişalı və 13 qəsəbəsi Bənövşələr, Birinci Alıbəyli, Birinci Baharlı, Birinci Dördyol, Birinci Quzanlı, İkinci Alıbəyli, İkinci Baharlı, İkinci Dördyol, İmamqulubəyli, Qasımbəyli, Quzanlı, Səfərli, Təzəkənd Azərbaycanın nəzarətində idi.
10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi 10 noyabr 2020-ci il üçtərəfli atəşkəs bəyanətında qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, 20 noyabr 2020-ci ildə erməni silahlı birləşmələri Ağdam rayonunu tərk etdi. 20 noyabr 2020-ci ildə müzəffər Azərbaycan ordusu Ağdama daxil oldu və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlanıldı. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi.
2021-ci ilin iyun ayında Ermənistan tərəfi 15 hərçisinin azad edilməsi müqabilində Ağdam rayonunun ərazisində basdırılmış bəzi minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfində təhvil verib[8][9].
"Ağdərə rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli 1043-VIQ nömrəli Qanununun 2.1-ci maddəsinə əsasən "Ağdam rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndləri, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Orta Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd, Ballıqaya, Bəşirlər və Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi dairəsi tərkibindəki Yeni Qaralar kəndi" Ağdərə rayonuna daxil edilib.
20 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq Ağdam rayonunun 1 şəhəri Ağdam 1 qəsəbəsi Acarlı və 77 kəndi Abdal, Abdınlı, Ağdamkənd, Bağbanlar, Baş Qərvənd, Boyəhmədli, Bozpapaqlar, Cavahirli, Cinli, Çuxurməhlə, Çullu, Eyvazxanbəyli, Əhmədavar, Əliağalı, Əlimədətli, Ətyeməzli, Göytəpə, Gülablı, Güllücə, Xaçındərbətli, Xıdırlı, İlxıçılar, İsmayılbəyli, Keştazlı, Kəngərli, Kosalar, Kotanbağ, Kürdlər, Qalayçılar, Qaradağlı, Qaraqaşlı, Qarapirimli, Qarazeynallı, Qasımlı, Qızıl Kəngərli, Qiyaslı, Qullar, Qurdlar, Maqsudlu, Mərzili, Mollalar, Mollalar, Muğanlı, Muğanlı, Muradbəyli, Nəmirli, Nəsirbəyli, Novruzlu, Papravənd, Pərioğlu, Pərioğlular, Pirzadlı, Poladlı, Salahlı Kəngərli, Salahsəmədlər, Ağdamkənd-Sarıcalı, Qaradağlı-Sarıcalı, Sarıhacılı, Saybalı, Seyidli, Sofulu, Suma, Şahbulaq, Şamlı, Şelli, Şıxbabalı, Şıxlar, Şirvanlı, Şişpapaqlar, Şotlanlı, Şuraabad, Tağıbəyli, Talışlar, Təpəməhlə, Tərnöyüt, Tükəzbanlı, Umudlu, Yusifcanlı Azərbaycana qaytarılıb.
Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 10 kəndi Ağdam rayonunun tərkibinə verilmiş kəndlərdən 2-si Qazançı və Yeni Qaralar kəndləri 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 8 kənd isə Ballıqaya, Baş Güneypəyə, Bəşirlər, Xatınbəyli, Qaraşlar, Məlikli, Orta Güneypəyə, Sırxavənd 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir.
Ağdam rayonu ərazisində aşağıdakı bələdiyyələr fəaliyyət göstərir:
BƏLƏDİYYƏ ADI | NİZAMNAMƏSİ VƏ YA BİRLƏŞMƏ EHTİMALI | İNZİBATİ DAİRƏ ADİ | ƏRAZİSİ |
Alıbəyli bələdiyyəsi | Hacıturallı bələdiyyəsi ilə birləşəcəyi gözlənilir | Üçoğlan kənd iəd | Alıbəyli kəndi |
Birinci Alıbəyli qəsəbə iəd | Birinci Alıbəyli qəsəbəsi | ||
İkinci Alıbəyli qəsəbə iəd | İkinci Alıbəyli qəsəbəsi | ||
Üçoğlan kənd iəd | Böyükbəyli kəndi | ||
Kiçikli kəndi | |||
Çəmənli bələdiyyəsi | Digər bələdiyyə ilə birləşməsi gözlənilir | Çəmənli kənd iəd | Çəmənli kəndi |
Əfətli bələdiyyəsi | Digər bələdiyyə ilə birləşməsi gözlənilir | Əfətli kənd iəd | Əfətli kəndi |
Hacıməmmədli kəndi | |||
İsalar kəndi | |||
Küdürlü kəndi | |||
Məmmədbağırlı kəndi | |||
Hacıturalı bələdiyyəsi | Alıbəyli bələdiyyəsi ilə birləşəcəyi gözlənilir | Əfətli kənd iəd | Hacıturallı kəndi |
Həsənxanlı kəndi | |||
Qəhrəmanbəyli kəndi | |||
Əhmədağalı bələdiyyəsi | https://e-qanun.az/framework/36564 | Əhmədağalı kənd iəd | Əhmədağalı kəndi |
Çıraxlı kəndi | |||
Kolqışlaq kəndi | |||
Mirəşelli kəndi | |||
Bənövşələr qəsəbə iəd | Bənövşələr qəsəbəsi | ||
Xındırıstan bələdiyyəsi | https://e-qanun.az/framework/57898 | Xındırıstan kənd iəd | Xındırıstan kəndi |
Bəybabalar kəndi | |||
Birinci Yüzbaşılı kəndi | |||
İkinci Yüzbaşılı kəndi | |||
Baharlı kəndi | |||
Dadaşlı kəndi | |||
Kəlbəhüseynli kəndi | |||
Paşabəyli kəndi | |||
Sarıçoban kəndi | |||
Qasımbəyli qəsəbə iəd | Qasımbəyli qəsəbəsi | ||
Qaradağlı bələdiyyəsi | https://e-qanun.az/framework/57901 | Qaradağlı kənd iəd | Qaradağlı kəndi |
Evoğlu kəndi | |||
Rzalar kəndi | |||
Qərvənd bələdiyyəsi | 10.09.2024-ci il tarixli 09 nömrəli protokolunda göstərilib ki, digər bələdiyyə ilə birləşəcək | Qərvənd kənd iəd | Ayaq Qərvənd kəndi |
Orta Qərvənd kəndi | |||
Quzanlı bələdiyyəsi | https://e-qanun.az/framework/36407 | Quzanlı qəsəbə iəd | Quzanlı qəsəbəsi |
Birinci Quzanlı iəd | Birinci Quzanlı qəsəbəsi | ||
İmamqulubəyli qəsəbə iəd | İmamqulubəyli qəsəbəsi | ||
İmamqulubəyli kənd iəd | İmamqulubəyli kəndi | ||
Çullu kəndi | |||
Quzanlı qəsəbə iəd | Eyvazlı kəndi | ||
Mərzili bələdiyyəsi | https://e-qanun.az/framework/36404 | Mərzili kənd iəd | Mərzili kəndi |
Sarıcalı bələdiyyəsi | Digər bələdiyyə ilə birləşməsi gözlənilir | Çəmənli kənd iəd | Sarıcalı kəndi |
Şükürağalı kəndi | |||
Təzəkənd bələdiyyəsi | Qərvənd bələdiyyəsinin 10.09.2024-ci il tarixli 09 nömrəli protokolunda göstərilib ki, o Təzəkənd bələdiyyəsi ilə birləşəcək | Nəmirli kənd iəd | Təzəkənd kəndi |
Təzəkənd qəsəbə iəd | Təzəkənd qəsəbəsi | ||
Birinci Dördyol iəd | Birinci Dördyol qəsəbəsi | ||
İkinci Dördyol iəd | İkinci Dördyol qəsəbəsi | ||
Üçoğlan bələdiyyəsi | https://e-qanun.az/framework/33964 | Üçoğlan kənd iəd | Üçoğlan kəndi |
Gül Baharlı kəndi | |||
Ballar kəndi | |||
Orta Qışlaq kəndi | |||
Yusifli kəndi | |||
Səfərli qəsəbə iəd | Səfərli qəsəbəsi | ||
Birinci Baharlı qəsəbə iəd | Birinci Baharlı qəsəbəsi | ||
İkinci Baharlı qəsəbə iəd | İkinci Baharlı qəsəbəsi | ||
Zəngişalı bələdiyyəsi | https://e-qanun.az/framework/57899 | Zəngişalı kənd iəd | Zəngişalı kəndi |
Mahrızlı kəndi |
Ağdam rayonunun digər yaşayış məntəqələri işğaldan yeni azad olunduğuna görə, onlara bələdiyyələrə aid edilməyib.
Azərbaycan Respublikasının 07.12.1999-cu il tarxili 771-IQ nömrəli Qanunun ilkin redaksiyasında cəmi 8 bələdiyyə olub: Quzanlı, Xındırıstan, Üçoğlan, Qərvənd, Çəmənli, Zənkişalı, Qaradağlı, Əfətli.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[10] ilə ağağıdakı dəyişikliklər edilib:
2015-ci ildə "BƏLƏDİYYƏLƏRİN STATİSTİK ƏRAZİ TƏSNİFATI"nda[11] Ağdam bələdiyyələri aşağıdakı kimi göstərilib:
Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslərin uçota alınması üçün bələdiyyələr üzrə müəyyən edilmiş kodların siyahısında[12] Ağdam bələdiyyələri aşağıdakı kimi qeyd edilib:
Reyestr nömrəsi | Adı | Vergi kodu |
9.1. | Alıbəyli bələdiyyəsi | 3201 |
9.2. | Çəmənli bələdiyyəsi | 3202 |
9.3. | Əfətli bələdiyyəsi | 3203 |
9.4. | Əhmədağalı bələdiyyəsi | 3204 |
9.5. | Hacıturalı bələdiyyəsi | 3205 |
9.6. | Xındırıstan bələdiyyəsi | 3206 |
9.7. | Qaradağlı bələdiyyəsi | 3207 |
9.8. | Qərvənd bələdiyyəsi | 3208 |
9.9. | Quzanlı bələdiyyəsi | 3209 |
9.10. | Mərzili bələdiyyəsi | 3210 |
9.11. | Sarıcalı bələdiyyəsi | 3211 |
9.12. | Təzəkənd bələdiyyəsi | 3212 |
9.13. | Üçoğlan bələdiyyəsi | 3213 |
9.14. | Zəngişalı bələdiyyəsi | 3214 |
İşğaldan əvvəl rayon əhalisinin tamamı Azərbaycanlılardan ibarət olmuşdur. Hazırda Ağdam əhalisinin böyük əksəriyyəti məcburi olaraq respublikanın digər rayon və şəhərlərində məskunlaşmışdır.
ərazi | ||||||
---|---|---|---|---|---|---|
cəmi | kişi | qadın | ||||
nəfər | faiz | nəfər | faiz | nəfər | faiz | |
Ağdam rayonu | 174575 | 100,0 | 80762 | 100,0 | 93813 | 100,0 |
Şəhər əhalisi | 59261 | 33,95 | 26932 | 33,35 | 32329 | 34,46 |
Kənd əhalisi | 115314 | 66,05 | 53830 | 66,65 | 61484 | 65,54 |
Etnik quplar | əhalinin Sayı (Nəfər) |
---|---|
Azərbaycan türkləri | 57.654 (95,0%) |
Talışlar | 26 (0,1%) |
Ruslar | 1.636 (2,7%) |
Ermənilər | 736 (1,2%) |
Ləzgilər | 68 (0,1%) |
Gürcülər | 21 (0,1%) |
Bütün rayon üzrə | 60.663 (100%) |
Etnik quplar | əhalinin Sayı (Nəfər) |
---|---|
Azərbaycan türkləri | 64.933 (97,1%) |
Talışlar | — (-) |
Ruslar | 798 (1,2%) |
Ermənilər | 792 (1,2%) |
Ləzgilər | 42 (0,1%) |
Gürcülər | 21 (0,1%) |
Bütün rayon üzrə | 66.868 (100%) |
Etnik quplar | əhalinin Sayı[14](Nəfər) |
---|---|
Azərbaycan türkləri | 92.028 (98,5%) |
Talışlar | — (-) |
Ruslar | 526 (0,6%) |
Ermənilər | 529 (0,6%) |
Ləzgilər | 43 (0,1%) |
Gürcülər | 35 (0,1%) |
Bütün rayon üzrə | 93.422 (100%) |
Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300–550 mm-dir.
Rayonun ərazisindən Qarqarçay və Xaçınçay çayları axır.
Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayonun sahəsi 1094 km2 , əhalisi 165 min nəfərdir (1998-ci il). Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çox əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Burada düzənlik 40 kvadratkilometr (Ağdam şəhərinin yuxarısında), 20 kv.kl.m. (Güllücə-Qızıl Kəngərli sahəsində), 13 kv.kl.m. (Ağdam şəhərindən aşağıda) və 10 kv.kl.m. (Qaradağlı -Çəmənli kəndləri sahəsində) meyilliliyə malik olub, 450–500 m mütləq yüksəkliyə qədər qalxır. Dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən dərin tektonik yarıq keçir.
Bu relyef kəskin keçid əlamətləri yaradır. Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyi tədricən azalır və Ağdam rayonunun Tərtər, Bərdə, Ağcəbədi rayonları ilə sərhəddində 120–130 m qədər alçalır. Meyilliyin az olması ilə əlaqədar düzənliyin cəthi çox zəif parçalanmışdır. Erroziya kəsimi yalnız Qarqarçay, Xaçınçay çayları və onların tərk edilmiş qollarının yataqlarında artır və 6–7 metrə, 10–15 metrə çatır. Relyefin bu xüsusiyyəti bütün ərazini əkinçilik üçün yararlı olmasını təmin edir, suvarma işlərini və kənd təsərrüfatı maşınlarının istifadəsini asanlaşdırır, torpaqları erroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır.
Səthin və torpaqların yuyulması başlıca olaraq suvarma ilə əlaqədar olub, çox cüzidir. Rayon ərazisi Qarqarçay, Xaçınçay, Qabartı, Paprəvənd (Gülyataq), Gülablı çaylarının dərəsi boyunca 15–16 km. Qarabağ silsiləsinin Şimal-Şərq ətəklərinə qədər uzanır. Bu yerlərdə mütləq yüksəklik 600–700 metrə çatır. Maksimum hündürlük 1365 (Kolanı) metrdir. Rayonun bu hissəsi, xüsusiilə, Xaçın çayının aşağılarında, Dərbənd çökəkliyində çox genişlənir. Dağların Ağdam rayonu ərazisinə düşən hissəsində bir sıra silsilə, tirə və təpələr yerləşmişdir.
Bunlardan ən əsası Ağdərə ilə Tərnöyüt kəndləri arasında meridiana yaxın istiqamətdə 20 km. Məsafədə uzanan Şahbulaq silsiləsidir. Silsilə təbaşir dövrünün əhəng daşlarından təşkil olunmuş və kəskin simmetrik quruluşa malikdir. Onun Cənub-Qərb yamacları dik və sıldırım, bəzi yerlərdə keçilməzdir. Şimal-Şərq yamacları uzun və nisbətən mailidir. Silsilənin su ayrıcı vaxtı ilə depudasiya prosesləri ilə hamarlanmış və sonradan tektonik hərəkətlərlə müasir yüksəkliyinə qaldırılmışdır. Səthi genişdir, qədim torpaq təbəqələri saxlayan qalın (15–20 m-rə qədər) karbonatla gillicə çöküntülərlə örtülmüşdür.
Relyefin belə olması burda zəngin biçənək və otların yayılmasına səbəb olmuşdur. Silsilənin ən yüksək yeri (820 m.) onun Şimal hissəsinə müvafik gəlir və Cənub-Şərq istiqamətində 500m. qədər alçalır. Silsiləni Xaçın, Qabartı, Gülyataq çaylarının dərələri kəsib keçir. Dərələrin dərinliyi çayların axım əmsalına müvafiq olaraq 100–180 m. arasında dəyişir və maksimum dərinliyə(180 m.) Xaçın çayında çatır. Şahbulaq silsiləsi Cənub-Şərqdə Ağdam şəhəri yaxınlığıda kəskin görünür və Çullu, Qiyaslı, Xıdırlı, kəndləri yaxınlığında nisbi yüksəkliyi 10–15 metrə çatan qayalı təpələr yaradır. Silsiləni təşkil edən əhəng daşları çox keyfiyətlidir, tikinti materialı və sement istehsalında xammal kimi istifadə edilir.
Ağdam-Ağdərə şose yolu silsilənin Şimal-Şərq dabanı boyunca uzanır. Yolun ustündə karxanalar yerləşir. Şahbulaq silsiləsinin uçub dağılmış hissəsindən Cənub-Qərbədə inturiziv(maqmatik) kütlənin yaratdığı yüksəklik 913 metrdir, yamacları çox meyilli və kəskin parçalanmışdır. Dağın faydalı qazıntı(mis, polumetal)saxlaması ehtimal olunur. O, Ağdərə rayonunda yerləşən və mis, polmetal yataqları olan Mehmanə, Qazançı dağları ilə eyni zonada yerləşmişdir. Yeddixirman dağı ilə Şahbulaq silsiləsinin Çobandağ zirvəsi arasında Bozdağ yerləşmişdir. Onunda əsasını inturuziv kütlə təşkil edir və xeyli hissəsində aşınma qabığı ilə örtülmüşdür. Ağdam şəhərindən bir qədər Cənub-Qərbdə Qarqarçay dərəsində Şahbulaq dağının geoloji əsası qövsvari əyilir, gömülür və parçalanır.
Alçaq dağlılığının və dağətəyinin burda əmələ gətirdiyi qövsün qabarıq hissəsi Cənub-Qərbə, Xankəndi çökəkliyinə doğru yönəlmiş, xeyli alçalmış və Əsgəran keçidini (darvazasını) əmələ gətirmişdir. Relyefin belə quruluşu Qarabağ düzü arasında hava, rütübət və istilik mübadiləsini xeyli asanlaşdırır. Qarqarçayın sağ sahilində yerləşən Mantar (580 m.) dağı və Şelli, Qasımlı, Şıxbabalı kəndlərinin bağlarında müşahidə edilən və təbaşir əhəng daşından təşkil olunmuş nisbi yüksəkliyi 5–15 m. arasında dəyişən təpələr Şahbulaq silsiləsinin geoloji davamında yerləşmişdir.
Bu təpələr sırası Mərzili kəndindən Cənubda yerləşən Qızılqaya tirəsi istiqamətinə yönəlmişdir. Mərzilidən Cənub-Şərqdə Ağdam Xocavənd yolu üstündə tabaşirin mergellərindən təşkil olunmuş və mütləq yüksəkliyi 416 m.-ə çatan Pirəbulaq tirəsi uzanır. Bu tirədən Şimalda mütləq hündürlüyü 100–150 m. Arasında dəyişən Ergi maili düzü yerləşmişdir. Düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntülərilə örtülmüş və yarğan, qobu şəbəkəsi ilə zəif parçalanmışdır. Düzənlik qış otlaqları kimi istifadə olunur. 70-ci illərdən başlayaraq bura su çıxarılması ilə əlaqədar əkinçilik, xüsusilə, yem bitkiçiliyi inkişaf etdirilir. Cənub istiqamətində yatağını dəyişən Qarqarçay vastəsilə yuyulmağa məruz qalmışdır. Yuyulma nəticəsində çay yatağının sağ yaxasında 3–5 m. hündürlükdə ərazi kəsimi yaranmışdır.
Ağdam rayonu ərazisində Qarqarçay, Xaçınçay, Qabartıçay, Gülyataqçay çayları düzənliyə çıxan yerdə gətirdikləri çığıldaşlı-gillicəli-alluviy və prolyuviy çöküntülərini çökdürərək öz gətirmə konuslarını yaradır. Qarqarçay zirvəsi Ağdam şəhəri yaxınlığında yerləşən və sahəsi 50kv. m. çatan gətirmə konusunu yaradır. Gətirmə konusu Qaradağlı, Mahrızlı və Zəngişalı kəndləri yaxınlığında 240–260 m. mütləq yüksəklikdə relyefdə yaxşı müşahidə edilən pillə ilə qurtarır. Zəngin yeraltı su ehtiyatı olan gətirmə konusundakı kəhrizlər bu pillədə səthə çıxardılır.
Bu pillədə Şimal-Şərqdə marfaloji cəhətdən relyefdə zəif təşəkkül tapan ikinci gətirmə konusu yerləşir və Quzanlı, Kələbədin kəndləri yaxınlığında Yuxarı Qarabağ kanalına çatar-çatmaz alçaq pillə ilə qurtarır. Birinci gətirmə konusu formalaşarkən Qarqarçay bir neçə qol axmışdı. Onların izləri Ağdam və Ağcəbədi rayon ərazisində indidə müşahidə edilir (Narlıdərə piri, Qobu, Sarcalı, Hüsülü, Kəhrizli). Dağətəyi, düzənlik və gətirmə konusu qalxdıqca Qarqar çayının axını indiki yatağında cəmləşmişdir.
Çayın yatağının bu istiqamətdə yerini dəyişməsi Qarqarçay dərininə tektonikyarığı ilə mürəkkəbləşən Hindarx basdırılmış köndələn sinkilinalının əyilməsi ilə əlaqədar olmuşdur. Gətirmə konusu səthində Qarqarçay və onun qollarının dərinliyi 10–15 m. və 6–7 m. arasında dəyişən erroziya kəsimləri əmələ gətirmişdir. İkinci gətirmə konusu ərazisində onların dərinliyi 1–3 m.-ə qədər azalır. Xaçın çayı da Ağdam rayonu ərazisində gətirmə konusları yaradır. Birinci konusun zirvəsi Qızıl Kəngərli ətəkləri ilə Baş Qərvənd kəndləri yaxınlığında yerləşmişdir. Sahəsi 30 m². qədərdir.
Xaçın çayının müasir yatağı gətirmə konusu ərazisində 10–15 m. aşağılarda isə 5–6 m. və 2–3 m. dərinlikdə errozion kəsimlər əmələ gətirmişdir. İkinci gətirmə konusu ərazisində onların dərinliyi 1–3 m. qədər azalır. Çay özünün qədim gətirmə konusunu formalaşdırdıqdan sonra Mirəşəlli, Xındırıstan və Çəmənli kəndləri istiqamətində Cənub-Şərqə axmış, özünün və Qarqarçayın gətirmə konuslarını yuyaraq errozion pillə yaratmışdır. Daha sonra Xaçın çayı Baş Qərvənd gömülmüş antiklinalının qalxmasının fəallaşması ilə əlaqədar olaraq Şimal-Qərb istiqamətində meyil edərək özünə yeni yataq yaratmışdır. Baş Qərvənd kəndi ilə Sultanbud kurqanı arasında çayın yatağı çox genişlənir və burda gərgin akkumulyasiya gedir.
Yataq çaqıldaşların, qumun, gillicənin yığılması nəticəsində çox dayazlaşır və daşqın zamanı Hüseyinli, Soğanverdilər kəndləri yaxınlığında daşqın sularının bir hissəsi yataqdan çıxaraq Şimal istiqamətində axır və özünə yataq əmələ gətirir. Sultanbuddan aşağıda çay 3–5 m.-ə qədər dərininə kəsilir və cavan alçaq tepras pilləri yaradır. Xaçın çayının ən qədim gətirmə konusu Şimal-Qərbdə Qabartı, Paprəvənd və başqa çayların gətirmə konusları ilə birləşərək Şahbulaq silsiləsinin Şimal-Şərq ətəklərində vahid dalğavari prolyuvial düzənlik törədir.
Bu çayların gətirmə konusları 240 m. mütləq hündürlüyündə qurtarır və burda Nəmirli,Seysulan,Qaynaq,Azad Qaraqoyunlu,Qapanlı kəndləri yaxınlığında düzənlik təşkil edən, Xaçın və Tərtər çaylarının gətirmə konusları arasında yerləşən çox az meyilli, bəzi yerlərdə bataqlaşmış, səthi parçalanmamış konusarası çökəklik təşkil edir. Bu sahədə Qabartı, Gülyataq çaylarının yataqları yoxdur(axımın çox müvəqqəti olması ilə əlaqədar). Ona görədə çayların hövzələrində uzun müddətli leysan yağışları olarkən böyük daşqınlar olur və bütün düzənlikləri basaraq böyük təlafat verir. Belə daşqınlar 1963-cü ildə müşahidə edilmiş və düzənlikdə bütün torpaqları, tarlaları yuyub aparmışdır. Ağdam rayonunun ərazisi quru subtropik iqlim zonasında yerləşmişdir.
Burada əsasən, qışda quru keçən mülayim-isti iqlim tipi hakimdir. Bu iqlim tipi mülayim nəmliyi, qışının yağıntılı və yumşaq, yayının isə mülayim-isti keçməsi ilə səciyələnir. Günəş parıltısının illik miqdarı 2300 saat, ümumi radiasiya 122.5 kkal/sm kv, radiasiya balansı isə 47.1 kkal/sm kv-dır. Havanın orta illik tempraturu 13.1 dərəcəyə çatır. Qış mülayimdir, ən soyuq ay (yanvar) tempraturu +1.8 dərəcə ilə −0.2 dərəcə, ən isti ayı (iyul) orta tempraturu isə + 23–26 dərəcəarasında dəyişir. Yay aylarında bəzən havanın orta illik mütləq minumum tempraturu −10 dərəcə olub, il ərzində +8 dərəcə ilə +15 dərəcə arasında dəyişir.
Bəzən havanın mütləq minimum tempraturu −17 dərəcədən aşağı düşür. İl ərzində torpaq səthinin orta aylıq tempraturu1–31 dərəcə arasında dəyişir. Havanın 5 dərəcədən yüksək olan tempraturunun illik miqdarı 4500–4600 dərəcə, 10 dərəcədən yüksək — 4100–4200 dərəcədir. Birinci payız şaxtası noyabr ayının üçüncü ongünlüyünə, axırıncı yaz şaxtası martın üçüncü ongünlüyünə düşür. Havanın orta illik nisbi rütubəti 69% olub, il ərzində 50–80% arasında dəyişir. İllik yağıntının miqdarı 400–500 mm.-dir. Yağıntılar çox bitkilərin vegetasiya dövrünə düşür, lakin səth örtüyündən ildə 800–900 mm. Mümkün buxarlanma gedir.
Küləyin orta illik sürəti 1.8m/san-dən çox olmayıb, əsasən Qərb və Şərq istiqamətində əsir. Güclü küləklərin (15 m. san-dən cox) illik sayı bir gündür. Ağ yelli günlərin sayı 20–25 çatır. Qarla torpağın örtülü günlərinin illik miqdarı 10–15 gündən çox olmur. İl ərzində cəmi 1–2 gün dolu düşür. Ərazi üzrə və il ərzində bu göstəricilər başqa rayonlarda olduğu kimi müvafik dəyişikliklərə uğrayır. Ağdam rayonu ərazisi hər km². Sahədə 5–1 lit. san axımı olan az axımlı zonada yerləşir. Burada çay şəbəkəsinin sıxlığı 0.1–0.4 am/km. arasında dəyişir. İllik axım hər bir km².-dən 2–5 lit/san; maksimum axım 25–50 lit/san; minimal axım isə 0.5–1 lit/san. bərabərdir. Rayon ərazisində çaylar tranzit xarekter daşıyır.
Öz axımlarını bütünlüklə Qarabağ silsiləsində və onun yamaclarında toplayır, Ağdam rayon ərazisində isə suvarmaya, filtirasiyaya və buxarlanmaya sərf olunur, heç bir qol qəbul etmir. Çaylar əksərən az suludur, ilin isti yarısında vegitasiya vaxtı quruyur. Rayonun nisbətən iri çayları Qarqarçay, Xaçınçay və Qabartıçay çaylarıdır. Qarqarçayın orta illik su sərfi 3.31m kub/san, orta illik axımı isə104.4 mln. kub metrdir. Xaçın və Qabartı çaylarında isə bu axım kəmiyyətləri müvafiq olaraq 1.4 kub met/san və 44.1 mln. kub metr, 0.2 kub met/san və 6.3 mln. kub metrdir.
Çay şəbəkəsinin sıxlığı və onların su əmsalı göstərir ki, rayonun su ehtiyatlarına və onlardan səmərəli istifadə edilməsinə böyük ehtiyac var.
Ona görə də çayların hər birinin üzərində su anbarının tikilməsi zəruridir. Hazırda rayon ərazisində yalnız bir su anbarı var-Xaçın çayı üzərində Dərbənd su anbarı. Ağdam rayonuna Tərtər çayı üzərindəki Sərsəng su anbarından da su gətirilir, lakin bunlar rayonun suya təlabatını tam ödəyə bilmir.
Rayon ərazisində relyef, iqlim və bitki örtüyünün xüsusiyyətlərindən asılı olaraq şabalıdı torpaqların müxtəlif növləri, dağ-meşə, qəhvəyi torpaqlar yayılmışdır. Qəhvəyi torpaqlar rayonun alçaq dağlıq və dağ ətəyi hissəsində, seyrək meşə və kolluqlar qırılmış və torpaqlar bozqırılaşmaya məruz qalmışdır. Düzənliklərin dağətəyi hissəsində tünd şabalıdı, ondan aşağıda isə şabalıdı və açıq şabalıdı torpaqlar yayılmışdır.
Rayonun Ağcabədi və Bərdə rayonları ilə sərhəddə yaxın yerlərində boz torpaqlara rast gəlinir. Ağdam rayonu ərazisində təbii landalar demək olar ki, bütünlüklə antrapogen landalarla əvəz edilmişdir. Burda taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları, yem bitkilərinin əkini, biçənək və örüşlər geniş sahə tutur. Təbii bitki örtüyü yovşanlı-şoranlı otlu quru çöllərdən, çəmənliklərdən, ağotlu çöllərdən, kollardan, və seyrək meşələrdən ibarət olmuşdur. Hazırda meşələr yalnız dağ ətəklərində və alçaq dağlıq yerlərdə yerləşib, 1.7 min hektar sahə tutur. Sultanbud meşəsi yaxınlığında hazırda qorunan saqqız ağacı, püstə seyrək meşələri salınmışdır.
Heyvanat aləmi əhalinin sıxlığı və insanın əmək fəaliyyəti ilə əlaqədar olaraq çox kasaddır. Burada heyvanlardan çaqqala, tülküyə, dovşana, canavara, sürünənlərə, quşlardan kəkliyə, çilə, turaca və s. rast gəlinir. Rayon ərazisində faydalı qazıntılardan əhəng daşı, gil, çakıldaş, qum, gillicə daha çoxdur.
"Ağdam" qəzetinin ilk nömrəsi 1930-cu ildə işıq üzü görmüşdür. "Ağdam" qəzeti əvvəlcə "Kolxoz sədası", "Kolxozçu", 1934-cü ildən 1990-cı ilə kimi "Lenin yolu", 1990-cı ildən isə "Ağdam" adı ilə nəşr olunur. "Ağdam" qəzetinin redaksiyası 1993-cü ilin iyulundan Ağdam şəhərinin işğalından sonra əvvəlcə Mingəçevir, sonra Bərdə şəhərində, indi isə Ağdam rayonunun Quzanlı kəndində yerləşir. Təsisçisi Ağdam rayon İcra Hakimiyyəti Aparatı və qəzetin jurnalist kollektividir. "Qeyrət qalası" qəzeti 2004-cü ilin yanvarından işıq üzü görür
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayondur.
Ağdam rayonunda aşağıdakı müəssislələr fəaliyyət göstərir və ya işğaldan əvvəl fəaliyyət göstərib:
Maraqçəkən haldır ki, Ağdam Dəzgah Avadanlıqları Zavodu SSRİ məkanında 2 bu tipli zavodlardan biridir və bütün SSRİ üçün dəzgahlar hazırlayıb. Birinci qarabağ müharibəsi dövründə bu Zavod hərbi sihlahlar istehsal edib. Zavodda tank istehsalı üçün cizgilər və mütəxəssislər olmasına baxmayaraq, müvafiq xammal olmadığından tank istehsalına başlanıla bilməyib.
Aerokosmik və Rabitə Cihazları Zavodu Azərbaycan ərazisində yenigə bu tipli zavod olub. İstehsal etdiyi məhsul Rusiya və Ukraynaya göndərilib.
İki istehsal xəttinə malik olan Ağdam Tikinti Materialları Kombinatı Azərbaycan SSR-də bu tipli iki müəssisədən biri idi.
Ağdam rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.
Kənd təsərrüfatının istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və heyvandarlıqdır.
2021-ci ildən Ağdam rayoru Qarabağ İqtisadi Rayonuna aid edilib.
Ağdamda futbol komandası 1951-ci ildə yaradılmışdı. Ağdamın yığma komandası Odessa vilayəti Sadovski şəhərində Azərbaycanı uğurla təmsil edib. Ondan sonra Patarburnari rayonunda Ağdam komandası 38 klubun kubok yarışında finala çıxaraq 2-ci yeri tutub.
Müxtəlif illərdə Ağdam futbolunun şərəfini bu idmançılar qorumuşlar:
Hüseyin Əhmədov (Saşa), Nizami Qurbanov, Rasim Quliyev (Xaçı), Elxan Quliyev, Allahverdi Bağırov, Adil Əsgərov, Elbrus Abbasov, Adil Nadirov, Nazim Mehdiyev, Şahin Rüstəmov, Sərdar Abbasov, Vaqif Hüseynov (Qüsü), Rasim Məmmədov (Kötük), Ramiz Şahmmədov, İsrafil Əliyev (Cırtı), Səttar Əliyev, Nizami Əliyev, Yaşar Hüseynov, Ənvər Aundov (Şeqi)Müşfiq Hüseynov(sərçə) Cəmaləddin Əliyev , Təbriz Həsənov Cavansir Novruzov
İşğala (23.07.1993) qədər Ağdam Şahmat Klubu (1981) və Ağdam Güləş Klubu fəaliyyət göstərib.
Sadlq Murtuzayevin 1-ci katib olduğu dönəmdə Süleyman Sani Axundov küçəsində Ağdam İdman Kompleksi istismara verilmiş, bir sıra idman seksiyaları yaradılmışdır.
Ağdam rayonunun ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. Ağdam şəhərində Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi və memarlıq abidələri var.
Ağdamdakı tarixi memarlıq abidələri müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Bu maddi-mənəvi abidələr müxtəlif bölgülər əsasında qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, "Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü" adlı kitaba daxil edilmişdir.
Ağdamda olan dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri sırasına XIV əsri əhatə edən qiymətli nümunələr daxildir. Məsələn, Ağdamın Xaçın-Dərbəndli kəndində olan Qulu Musaoğlu türbəsi 1314-cü ilə aid olan abidədir. Belə bir tarixi dövrü əhatə edən abidələrin işğal altında olması, ermənilərin Azərbaycanın tarixini saxtalaşdırmaq üçün müəyyən imkanlar açır.[15]
Tarixi abidələri də — Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr), Şahbulaq kimi abidələr Ağdamın minillik tarixindən xəbər verirdi.[16]
25 noyabr 2020-ci ildə bütün bu abidələr də işğaldan azad edilib. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıb aparmışlar. Belə muzeylərdən Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyasının adlarını çəkmək olar. Bununla belə, 2002-ci ildə Ağdam Tarix Ölkəşünaslıq muzeyi rayonun işğal altında olmayan Qaradağlı kəndində bərpa edilib.
Hazırda rayondakı tarixi, mədəni, dini abidələrinin əksəriyyəti erməni işğalçıları tərəfindən məhv edilmişdir.[15] Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulmuşdur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |