Şortəpə yaşayış yeri: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 8: | Sətir 8: | ||
Abidə geniş qazıntı işləri ilə öyrənilmədiyindən, onun planı və tikintilərin |
Abidə geniş qazıntı işləri ilə öyrənilmədiyindən, onun planı və tikintilərin |
||
xarakteri haqqında elmi fikir söyləmək çətindir. |
xarakteri haqqında elmi fikir söyləmək çətindir.234 |
||
== Mənbə == |
== Mənbə == |
13:03, 15 oktyabr 2015 tarixindəki versiya
Şortəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə
Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndinin içərisində, Araz çayının sol sahilində yerləşir. Yaşayış yerinin ümumi sahəsi 1,5 ha-dır. Abidə yer səviyyəsindən 1,5-2 metr hündürlükdə yerləşən oval təpədən ibarət olub, sahəsi 1500 m2-dir.
Yaşayış yeri 1936-cı ildə Ə.K.Ələkbərovun kəşfiyyat xarakterli qazıntıları ilə öyrənilmişdir. Qazıntı işləri 3 metr dərinliyədək davam etdirilmişdir. Kür-Araz mədəniyyətinə aid təbəqə abidəninin üzərindən 1,5-3 m dərinlikdə yerləşir. Qazıntı zamanı gil qab parçaları və ocaq qurğularının qalıqları aşkar olunmuşdur. Yaşayış yerində aparılan kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində bu dövrə aid gil qab parçaları da toplanmışdır.
Yaşayış yerində İlk, Orta və Son Tunc dövrlərinə aid mədəni təbəqələrin olduğu müəyyən edilmişdir. Abidənin Orta Tunc dövrünə aid təbəqəsindən sadə və boyalı qablar aşkar olunmuşdur.
Abidə geniş qazıntı işləri ilə öyrənilmədiyindən, onun planı və tikintilərin xarakteri haqqında elmi fikir söyləmək çətindir.234
Mənbə
- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007