Ramin Həsənov: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: {{Şəxs|Adı=Ramin Həsənov|Orijinal adı=|Şəkil=thumb|Ramin Həsənov|Şəkil miqyası=|Şəkil məlumat=|Digər adı=|Doğum tarixi=07.11.1977|D...
 
Redaktənin izahı yoxdur
Sətir 22: Sətir 22:
Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2012-ci il tarixli 2340 nömrəli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2012-ci il tarixli 2340 nömrəli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Ramin Həsənov Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətlərinin tərkibində Azərbaycanı çoxsaylı ikitərəfli və çoxtərəfli tədbirlərdə təmsil etmişdir.
Ramin Həsənov Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətlərinin tərkibində Azərbaycanı çoxsaylı ikitərəfli və çoxtərəfli tədbirlərdə təmsil etmişdir.
[[Kateqoriya:Azərbaycanın Almaniyadakı səfirləri]]
[[Kateqoriya:Azərbaycan Respublikası]]

14:44, 20 mart 2017 tarixindəki versiya

Ramin Həsənov
Doğum tarixi 7 noyabr 1977(1977-11-07) (46 yaş)
Təhsili
Fəaliyyəti diplomat
Mükafatları Diplomatik xidmətdə fərqlənmə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsənov Ramin Müzəffər oğlu (7 noyabr 1977-ci ildə doğulub) – Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri.

Həyatı

Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998-2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir. Azərbaycan, alman, ingilis, rus və türk dillərində danışır. Evlidir, iki övladı var.

Diplomatik karyerası

Ramin Həsənov diplomatik xidmətə 1999-cu ildə başlamışdır. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada idarəsində referent və attaşe vəzifələrində çalışmışdır. 2000-2003-cü illərdə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin attaşesi və üçüncü katibi vəzifələrində işləmişdir. 2003-2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Birinci Qərb İdarəsinin üçüncü katibi və ikinci katibi olmuşdur. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində ikinci katib vəzifəsində çalışmışdır. 2005-2009-cu illərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyin ikinci katibi, birinci katibi və müşaviri vəzifələrində işləmişdir. 2009-2010-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində şöbə müdiri, 2010-2013-cü illərdə idarə rəisinin müavini olmuşdur. 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 2016-cı ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. 07.09.2016-ci ildən etibarən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiridir. 24.07.2009-ci ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 90 illiyi yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2012-ci il tarixli 2340 nömrəli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Ramin Həsənov Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətlərinin tərkibində Azərbaycanı çoxsaylı ikitərəfli və çoxtərəfli tədbirlərdə təmsil etmişdir.