Ramin Həsənov: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 1: | Sətir 1: | ||
⚫ | {{Şəxs|Adı=Ramin Həsənov|Orijinal adı=|Şəkil= Ramin Həsənov.jpg |Şəkil miqyası=|Şəkil məlumat=|Digər adı=|Doğum tarixi=07.11.1977 |Doğum yeri=|Vəfatı=|Vəfat yeri=|Vəfat səbəbi=|Atası=|Anası=|Həyat yoldaşı=|Uşaqları=|Peşəsi= |Vətəndaşlıq= |Milliyət=|İxtisası=|Təhsili=|Fəaliyyəti='''Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri''' |Səfir=07.09.2016-ci ildən etibarən|Mükafatları=Diplomatik xidmətdə fərqlənmə|imdb id=|İmzası=|Sayt=}} |
||
⚫ | |||
⚫ | {{Şəxs|Adı=Ramin Həsənov|Orijinal adı=|Şəkil= |
||
⚫ | |||
== Həyatı == |
== Həyatı == |
||
⚫ | Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994-1998-ci illərdə [[Bakı Dövlət Universiteti|Bakı Dövlət Universitetinin]] Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998-2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir. |
||
Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. |
|||
⚫ | 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994-1998-ci illərdə [[Bakı Dövlət Universiteti|Bakı Dövlət Universitetinin]] Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998-2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir. |
||
Azərbaycan, alman, ingilis, rus və türk dillərində danışır. |
Azərbaycan, alman, ingilis, rus və türk dillərində danışır. |
||
Evlidir, iki övladı var. |
Evlidir, iki övladı var. |
||
14:48, 20 mart 2017 tarixindəki versiya
Ramin Həsənov | |
---|---|
Doğum tarixi | 7 noyabr 1977 (46 yaş) |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Mükafatları | Diplomatik xidmətdə fərqlənmə |
Vikianbarda əlaqəli mediafayllar |
Həsənov Ramin Müzəffər oğlu (7 noyabr 1977-ci ildə doğulub) – Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri.
Həyatı
Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998-2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir.
Azərbaycan, alman, ingilis, rus və türk dillərində danışır.
Evlidir, iki övladı var.
Diplomatik karyerası
Ramin Həsənov diplomatik xidmətə 1999-cu ildə başlamışdır. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada idarəsində referent və attaşe vəzifələrində çalışmışdır. 2000-2003-cü illərdə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin attaşesi və üçüncü katibi vəzifələrində işləmişdir. 2003-2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Birinci Qərb İdarəsinin üçüncü katibi və ikinci katibi olmuşdur. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində ikinci katib vəzifəsində çalışmışdır. 2005-2009-cu illərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyin ikinci katibi, birinci katibi və müşaviri vəzifələrində işləmişdir. 2009-2010-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində şöbə müdiri, 2010-2013-cü illərdə idarə rəisinin müavini olmuşdur. 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 2016-cı ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. 07.09.2016-ci ildən etibarən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiridir. 24.07.2009-ci ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 90 illiyi yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2012-ci il tarixli 2340 nömrəli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Ramin Həsənov Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətlərinin tərkibində Azərbaycanı çoxsaylı ikitərəfli və çoxtərəfli tədbirlərdə təmsil etmişdir.