Kiçik ağdiş: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
k Sabina Bunyatova Kiçik qonurdişi səhifəsinin adını Kiçik ağdişi olaraq dəyişdi.: Elmi adı səh verilib
k Sabina Bunyatova Kiçik ağdişi səhifəsinin adını Kiçik ağdiş olaraq dəyişdi.: hərf səhvi
(Fərq yoxdur)

17:35, 1 may 2017 tarixindəki versiya

Kiçik və ya xırda ağdiş (lat. Crocidura suaveolens) Yereşənlər fəsiləsinə (lat. Soricidae), çoxdişlilər (lat. Crocidura) cinsinə aid olan yereşən növüdür.

Xarici quruluşu

Kütləsi 4,8-10,2 qram, bədəninin uzunluğu 57,8-69,8 mm, quyruğu 34,8-40,0 mm,pəncəsi 11,0-12,1 mm-ə çatan xırda heyvanlardır [1].

Yayılması

İspaniyadan Koreya yarmadasına qədər Paleoarktikanın geniş ərazilərində yayılmışdır. Azərbaycanda az sayda fərdlər Kiçik və Böyük Qafqazda, LənkəranKür-Araz ovalıqlarında rast gəlinir. Meşələrdə, meşə çöllərdə, yarımsəhralarda yaşayır [2].

Həyat tərzi

Apreldən oktyabrın sonuna qədər çoxalır. Əksər dişilər bir mövsüm ərzində 2-3 nə-sil verir. Yazda balaların sayı yayda və payızda olduğundan çox olur. Xırda ağdişin əsas yemini böcək sürfələri, sərtqanadlılar, ikiqanadlılar, qarışqalar, ağcaqanadlar təşkil edir. Müxtəlif zərərli cücüləri məhv etməklə fayda verir[3].

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. III hissə. Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004
  2. Верещагин Н.К. Каталог зверей Азербайджана. Баку, Изд-во АН Азерб. ССР, 1942, 95 стр.
  3. Гошуналиев А.Г. Землеройки (Soricidae) Азербайджана \\ Автореф. дисс. канд.биол. наук.- Киев,1990, 22 с.