Asiya geologiyası: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 9: Sətir 9:
* {{Kitab3|müəllif=|başlıq=Geologiya terminlərinin izahlı lüğəti|yer=Bakı|nəşriyyat=Nafta-Press|il=2006|səhifələr=679}}
* {{Kitab3|müəllif=|başlıq=Geologiya terminlərinin izahlı lüğəti|yer=Bakı|nəşriyyat=Nafta-Press|il=2006|səhifələr=679}}
* O.Osmanov, B.Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı - 1979
* O.Osmanov, B.Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı - 1979
== Xarici keçidlər ==
{{Commonscat|Mesozoic}}
* [http://www.palaeos.com/Mesozoic/Mesozoic.htm The Mesozoic from Palaeos]
* [http://www.emc.maricopa.edu/faculty/farabee/biobk/BioBookPaleo5.html The Mesozoic, age of cycads and dinosaurs]
* [http://web.archive.org/20020830085719/www.es.ucsc.edu/~pkoch/lectures/lecture19.html Mesozoic terrestrial ecosystems]
* [http://www.ace.mmu.ac.uk/Resources/gcc/5-2-2-2.html Mesozoic climates]
* [http://www.clas.ufl.edu/users/emartin/GLY3074F01/lecturenotes/Pz-Mzclimate.htm Paleozoic/Mesozoic climate]


== İstinadlar ==
== İstinadlar ==

13:00, 9 noyabr 2017 tarixindəki versiya

1730-cu ildə İohan Kristof Homann tərəfindən tərtib edilmiş coğrafi xəritə. Asiya ərazisi rəngli göstərilmişdir. Adlar latın dilindədir

Asiyanın müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklarından ibarətdir. Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlikdə şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir.[1]. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyaqədərki kişik massivlər, cənub (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sahilində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir lift əmələgəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır. Asiyanın şimal ucqarında, onun passiv kənarının şelf dənizləri geniş inkişaf etmişdir; cənub passiv kənarında Fars korfəzi istisna olmaqla şelf zonası xeyli ensizdir. Şərqdə və cənub-şərqdə Sakit və Hind okeanları litosfer plitələrinin Asiyanın kontinental litosfer plitəsinin altına keçdiyi (subduksiya) yerlərdə aktiv kənarlar üstünlük təşkil edir.

Sibir platforması Rifey və Devon dövrlərində əmələ gəlmiş paleoriftlərlə (avlakogenlərlə) parçalanmış Arxey-Alt Proterozoy yaşlı kristallik bünövrəyə malikdir. Üst Proterozoy-Fanerozoy örtüyü kəsilişində dayaz dəniz terrigen və karbonatlı çöküntüləri, daşduz və kalium duzları, kömürlü kontinental çöküntülər və trapp kompleksi iştirak edir. Platformanın mərkəzində kimberlit boruları zolağı, şimalda və cənub-şərqdə qələvi suxur plutonları inkişaf etmişdir.

Çin-Koreya platformasının özülü Arxey və Alt Proterozoy yaşlı suxur komplekslərindən, örtüyü isə Rifeyin yuxarılarının - Fanerozoyun karbonatlı-terrigen dəniz, kömürlü sahil-dənizqırmızı rəngli kontinental çöküntülərdən təşkil olunmuşdur. Mezozoyda örtük suxurlarının deformasiyası və qranit intruziyası baş vermişdir. Tarim platforması özülünün çıxışları onun kənarlarında müşahidə edilir, mərkəzi hissəsi isə əsasən Mezozoy və Kaynozoyda intensiv gömülməyə məruz qalmışdır. Cənubi Çin platformasının (Yantszı) Arxey və Alt Proterozoy blokları məlumdur, lakin bütövlükdə o, Üst Proterozoy erası dövrünün vulkanogen-çökmə kompleksinin Son Rifeydə deformasiyası və qranitləşməsi zamanı formalaşmışdır. Örtük kompleksi kəsilişinin fərqli cəhəti burada Üst Rifey - Kembri dövrünün buzlaq çöküntülərinin, üst Perm yaşlı trappların iştirak etməsidir. Özülün və örtüyün Mezozoyun sonlarında fəallaşması qranit və qələvi suxurların intruziyasında və riftogen strukturların əmələ gəlməsində təzahür etmişdir. Hindistan platformasının çox hissəsini Arxey özülünün suxurları tutur; bunlar şimaldan və şərqdən Alt Proterozoyun metamorfikləşmiş suxur qurşaqları ilə əhatə olunur. Kontinental, o cümlədən buzlaq və kömürlü çöküntülərlə təmsil olunmuş Rifey-Fanerozoy örtüyü ayrı-ayrı çökəkliklərdə və qrabenlərdə inkişaf etmişdir.

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
  • O.Osmanov, B.Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı - 1979

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 107. ISBN 978-9952-441-05-5.