Ramin Həsənov: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
kRedaktənin izahı yoxdur
kRedaktənin izahı yoxdur
Sətir 11: Sətir 11:
|dövr əvvəl = [[7 sentyabr]] [[2016]]
|dövr əvvəl = [[7 sentyabr]] [[2016]]
|dövr son = indiyə kimi
|dövr son = indiyə kimi
|sələfi =
|sələfi = [[Pərviz Şahbazov]]
|xələfi = [[Pərviz Şahbazov]]
|xələfi =
|vətəndaşlıq = {{Bayraq|Azərbaycan}} [[Azərbaycan]]
|vətəndaşlıq = {{Bayraq|Azərbaycan}} [[Azərbaycan]]
|doğum tarixi = {{doğum tarixi və yaşı|1977|11|7}}
|doğum tarixi = {{doğum tarixi və yaşı|1977|11|7}}

12:48, 10 may 2018 tarixindəki versiya

Ramin Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 7 noyabr 1977 (1977-11-07) (46 yaş)
Təhsili
Fəaliyyəti diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Həsənov Ramin Müzəffər oğlu (7 noyabr 1977-ci ildə doğulub) – Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri.

Həyatı

Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998-2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir.

Azərbaycan, alman, ingilis, rus və türk dillərində danışır.

Evlidir, iki övladı var.

Diplomatik karyerası

Ramin Həsənov diplomatik xidmətə 1999-cu ildə başlamışdır. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin AvropaKanada idarəsində referentattaşe vəzifələrində çalışmışdır. 2000-2003-cü illərdə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin attaşesi və üçüncü katibi vəzifələrində işləmişdir. 2003-2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Birinci Qərb İdarəsinin üçüncü katibi və ikinci katibi olmuşdur. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində ikinci katib vəzifəsində çalışmışdır. 2005-2009-cu illərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyin ikinci katibi, birinci katibi və müşaviri vəzifələrində işləmişdir. 2009-2010-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində şöbə müdiri, 2010-2013-cü illərdə idarə rəisinin müavini olmuşdur. 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 2016-cı ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. 07.09.2016-ci ildən etibarən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiridir. 24.07.2009-ci ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 90 illiyi yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2012-ci il tarixli 2340 nömrəli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Ramin Həsənov Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətlərinin tərkibində Azərbaycanı çoxsaylı ikitərəfli və çoxtərəfli tədbirlərdə təmsil etmişdir.