Adi daşsarmaşığı: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 34: Sətir 34:
}}
}}


'''{{latb|Hedera helix}}''' ({{lang-la|Hedera helix}}) — {{lataz|Plumbaginaceae|no}} fəsiləsinin {{lataz|Acantholimon}} cinsinə aid bitki növü.
'''{{latb|Hedera helix}}''' ({{lang-la|Hedera helix}}) — {{lataz|Araliaceae|no}} fəsiləsinin {{lataz|Hedera}} cinsinə aid bitki növü.


== Təbii yayılması ==
== Təbii yayılması ==

21:39, 3 sentyabr 2018 tarixindəki versiya

Adi daşsarmaşığı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi daşsarmaşığı (lat. Hedera helix) — araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü.

Təbii yayılması

Avropa ölkələri, Rusiyanın Avropa hissəsi, Kalininqrad vilayəti, Baltikyanı ölkələr, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan, Kiçik Asiya və Şimali Amerikada təbii arealı vardır.

Botaniki təsviri

Adi daşsarmaşığı həmişəyaşıl lian olub 20 m yüksəkliyə qalxa bilir. Kölgəyədavamlıdır, mezofitdir. Əsasən fıstıq meşələrində yayılmışdır. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivarıdır. Bitkinin yarpaqları tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvarı çətirdə, başlıqda və ya salxımda yerləşir və beş üzvlüdür. Çiçəkdə ləçəklər beş dənədir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir.

Ekologiyası

Əsasən kölgəli meşələrdə, mədəni halda isə park və bağçalarda rast gəlinir. Generativ və əsasən vegetativ yolla çoxalır. Bəzi Milli Park və Dövlət qoruqlarında qorunur. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca оlaraq insan fəaliyyətidir.

Azərbaycanda yayılması

Azərbaycanın nadir bitkilərindəndir. Azərbaycanda təbii ehtiyatı çox deyildir. Lənkəran, Astara, Quba, Qusar rayоnları ərazilərində təbii halda yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına salınması tövsiyə edilir.

İstifadəsi

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 202.