Adi daşsarmaşığı: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 2: | Sətir 2: | ||
| adı = {{latb|Hedera helix}} |
| adı = {{latb|Hedera helix}} |
||
| aləmi = Bitkilər |
| aləmi = Bitkilər |
||
| şəkil = |
| şəkil = Ivycoveredtree.jpg |
||
| şəkil məlumat = |
| şəkil məlumat = |
||
| şəkilaltı yazı = |
| şəkilaltı yazı = |
21:39, 3 sentyabr 2018 tarixindəki versiya
Adi daşsarmaşığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Adi daşsarmaşığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi daşsarmaşığı (lat. Hedera helix) — araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü.
Təbii yayılması
Avropa ölkələri, Rusiyanın Avropa hissəsi, Kalininqrad vilayəti, Baltikyanı ölkələr, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan, Kiçik Asiya və Şimali Amerikada təbii arealı vardır.
Botaniki təsviri
Adi daşsarmaşığı həmişəyaşıl lian olub 20 m yüksəkliyə qalxa bilir. Kölgəyədavamlıdır, mezofitdir. Əsasən fıstıq meşələrində yayılmışdır. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivarıdır. Bitkinin yarpaqları tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvarı çətirdə, başlıqda və ya salxımda yerləşir və beş üzvlüdür. Çiçəkdə ləçəklər beş dənədir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir.
Ekologiyası
Əsasən kölgəli meşələrdə, mədəni halda isə park və bağçalarda rast gəlinir. Generativ və əsasən vegetativ yolla çoxalır. Bəzi Milli Park və Dövlət qoruqlarında qorunur. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca оlaraq insan fəaliyyətidir.
Azərbaycanda yayılması
Azərbaycanın nadir bitkilərindəndir. Azərbaycanda təbii ehtiyatı çox deyildir. Lənkəran, Astara, Quba, Qusar rayоnları ərazilərində təbii halda yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına salınması tövsiyə edilir.
İstifadəsi
Ədəbiyyat
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 202.