Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Cekli829 Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivi səhifəsinin adını Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi olaraq dəyişdi.: tarixçələrin birləşdirilməsi
Sətir 1: Sətir 1:
'''Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivi''' — kinooçerklər, [[sənədli film|sənədli filmlər]], kinoxronikalar, fotoşəkillər mühafizə olunmaqdadır.
'''Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi''' (qısaca: '''ARDKFSA''') — [[Azərbaycan Respublikası Milli Arxiv İdarəsi]]nin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri<ref name="NKq-2011-57">[http://www.e-qanun.az/framework/21605 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 aprel tarixli 57 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların SİYAHISI]. [[e-qanun.az]] {{az}}</ref>
== Tarixi ==
[[1930]]-cu ildə yaradılmış Oktyabr İnqilabı Arxivinin kino-foto sənədlər şöbəsi [[1943]]-cü ildən Azərbaycan SSR Mərkəzi Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(MDKFFSA) kimi müstəqil fəaliyyətə başlayır. [[1968]]-cı ilə qədər buraya səs yazılarıda daxil edilirdi. [[1994]]-cü ildə Azərbaycan Respublikası Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(ARDKFFSA) adlanır.<ref>[http://milliarxiv.gov.az/ru/ardkfsa ARDKFSA - nin tarixi]</ref> Arxivdə [[1858]]-[[2005]]-ci illərə aid 339760 saxlama vahidi kino və fotosənəd qorunur.
== Haqqında ==
XIX əsrin II yarısından [[2006]]-cı ilədək Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələr arxivin fondlarında saxlanılan 320 mindən çox foto və 20 minə yaxın saxlama vahidi kino sənədlərində əks olunur. Bu sənədlər [[Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası]]ndan, "[[Azərbaycantelefilm]]" yaradıcılıq birliyindən, Azərbaycan Dövlət Teleradio Şirkətindən, respublika, şəhər və rayon qəzetləri redaksiyalarından, habelə ayrı-ayrı görkəmli dövlət, ictimai, siyasi, elm və mədəniyyət xadimlərindən qəbul edilmişdir. Ən ilkin sənədlər ([[1861]]-[[1895]]) Bakı şəhərinin tarixinə (şəhərin ümumi görünüşünə, ayrı-ayrı binalara, küçələrə, şəhərin panoramına aid fotoşəkillər) və Bakıda neft sənayesinin inkişafı tarixinə ([[1879]]-[[1917]]-ci illərdə neft mədənlərinin görüntüləri, neftin çıxarılması və emalı üsullarını özundə əks etdirən kadrlar və s.) aiddir. Arxivdə XX əsrin əvvəllərində baş vermiş inqilabi hərəkata ([[1918]]-[[1920]]), Azərbaycanda Aprel işğalına ([[1920]]), işğaldan sonra Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına aid fotoşəkillər və kinoxronikalar, 70 illik Sovet hakimiyyəti dövründə Bakının neft akademiyasına çevrilməsini, müharibə illərində ([[1941]]-[[1945]]) və sonrakı dövrdə neftçıxarma və neftayırma sənayesinin inkişafı, o cümlədən, dünyada ilk dəfə olaraq dənizdə(Neft daşlarında) neft çıxarılmasını əks etdirən çoxlu kinoxronika və fotoşəkillər mühafizə olunur.


Bundan başqa, arxivdəki kinooçerklər, sənədli filmlər, kinoxronikalar, fotoşəkillər Azərbaycanda sənayenin, kənd təsərrüfatının, elmin, mədəniyyətin, təhsilin inkişafını əyani şəkildə nümayiş etdirir. Arxivdə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə aid([[1969]]-[[1987]]) 400-dən artıq kinoxronika və 18 minə yaxın fotoşəkil mühafizə olunur. Arxivdə həmçinin Azərbaycanın görkəmli mədəniyyət və elm xadimlərinin şəxsi arxivlərindən alınmış 19 mindən çox fotoşəkildə mühafizə edilir.<ref>[http://www.ebooks.az/view/hJTyWQZD.pdf Azərbaycan Milli Ensiklopediysı]</ref>
== Maliyyələşməsi ==
== Həmçinin bax ==
[[Azərbaycan Respublikasının dövlət büdcəsi]]ndən maliyyələşir.
* [[Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi]]
* [[Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi ‎]]
* [[Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi ]]
* [[Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi]]


== İstinadlar ==
== İstinadlar ==
{{İstinad siyahısı}}
{{İstinad siyahısı}}
== Mənbə ==
* Azərbaycan Milli Ensiklopediyası. Elmi Mərkəzi. Bakı-2007. səh.730-731.

== Xarici keçidlər ==
* [http://milliarxiv.gov.az/en/news/dovlet-kino-foto-senedleri-arxivine-yeni-senedler-tehvil-verilmisdir- Dövlət Kino-Foto Sənədləri Arxivi]
* [https://azertag.az/xeber/Azerbaycan_Dovlet_Kino_Foto_Senedleri_Arxivi_yeni_senedlerle_zenginlesdirilmisdir-198847 Kino-Foto Sənədləri Arxivi ]


[[Kateqoriya:Azərbaycan Respublikası Milli Arxiv İdarəsi]]
[[Kateqoriya:Azərbaycan arxivləri]]
[[Kateqoriya:Azərbaycan arxivləri]]

04:25, 27 oktyabr 2018 tarixindəki versiya

Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivi — kinooçerklər, sənədli filmlər, kinoxronikalar, fotoşəkillər mühafizə olunmaqdadır.

Tarixi

1930-cu ildə yaradılmış Oktyabr İnqilabı Arxivinin kino-foto sənədlər şöbəsi 1943-cü ildən Azərbaycan SSR Mərkəzi Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(MDKFFSA) kimi müstəqil fəaliyyətə başlayır. 1968-cı ilə qədər buraya səs yazılarıda daxil edilirdi. 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(ARDKFFSA) adlanır.[1] Arxivdə 1858-2005-ci illərə aid 339760 saxlama vahidi kino və fotosənəd qorunur.

Haqqında

XIX əsrin II yarısından 2006-cı ilədək Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələr arxivin fondlarında saxlanılan 320 mindən çox foto və 20 minə yaxın saxlama vahidi kino sənədlərində əks olunur. Bu sənədlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından, "Azərbaycantelefilm" yaradıcılıq birliyindən, Azərbaycan Dövlət Teleradio Şirkətindən, respublika, şəhər və rayon qəzetləri redaksiyalarından, habelə ayrı-ayrı görkəmli dövlət, ictimai, siyasi, elm və mədəniyyət xadimlərindən qəbul edilmişdir. Ən ilkin sənədlər (1861-1895) Bakı şəhərinin tarixinə (şəhərin ümumi görünüşünə, ayrı-ayrı binalara, küçələrə, şəhərin panoramına aid fotoşəkillər) və Bakıda neft sənayesinin inkişafı tarixinə (1879-1917-ci illərdə neft mədənlərinin görüntüləri, neftin çıxarılması və emalı üsullarını özundə əks etdirən kadrlar və s.) aiddir. Arxivdə XX əsrin əvvəllərində baş vermiş inqilabi hərəkata (1918-1920), Azərbaycanda Aprel işğalına (1920), işğaldan sonra Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına aid fotoşəkillər və kinoxronikalar, 70 illik Sovet hakimiyyəti dövründə Bakının neft akademiyasına çevrilməsini, müharibə illərində (1941-1945) və sonrakı dövrdə neftçıxarma və neftayırma sənayesinin inkişafı, o cümlədən, dünyada ilk dəfə olaraq dənizdə(Neft daşlarında) neft çıxarılmasını əks etdirən çoxlu kinoxronika və fotoşəkillər mühafizə olunur.

Bundan başqa, arxivdəki kinooçerklər, sənədli filmlər, kinoxronikalar, fotoşəkillər Azərbaycanda sənayenin, kənd təsərrüfatının, elmin, mədəniyyətin, təhsilin inkişafını əyani şəkildə nümayiş etdirir. Arxivdə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə aid(1969-1987) 400-dən artıq kinoxronika və 18 minə yaxın fotoşəkil mühafizə olunur. Arxivdə həmçinin Azərbaycanın görkəmli mədəniyyət və elm xadimlərinin şəxsi arxivlərindən alınmış 19 mindən çox fotoşəkildə mühafizə edilir.[2]

Həmçinin bax

İstinadlar

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası. Elmi Mərkəzi. Bakı-2007. səh.730-731.

Xarici keçidlər