Kimyəvi sintez: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
'''Kimyəvi sintez''' - [[kimyəvi birləşmələr]]in [[kimyəvi və fiziki metodlar]]la alınmasıdır. [[Kimyəvi maddələr]]in təbiətindən asılı olaraq, bu sintezlər üzvi və ya qeyri-üzvi ola bilərlər.
'''Kimyəvi sintez''' - [[kimyəvi birləşmələr]]in [[kimyəvi və fiziki metodlar]]la alınmasıdır. [[Kimyəvi maddələr]]in təbiətindən asılı olaraq, bu sintezlər üzvi və ya qeyri-üzvi ola bilərlər.
== Kimyəvi materialşünasılıqda sintez metodları ==
[[Kimyəvi materialşünaslıq]]da bir sıra [[sintez]] metodları geniş istifadə olunur. Bunlardan aşağıdakıları göstərmək olar: [[kimyəvi metod]], [[qaz]] fazada sintez metodu, duzların ərintilərinin elektrolizi, yüksək təzyiqdə sintez metodları.
[[Kimyəvi materialşünaslıq]]da bir sıra [[sintez]] metodları geniş istifadə olunur. Bunlardan aşağıdakıları göstərmək olar: [[kimyəvi metod]], [[qaz]] fazada sintez metodu, duzların ərintilərinin elektrolizi, yüksək təzyiqdə sintez metodları.
Yarımkeçirici maddələrin sintezində aşağıdakı metodlardan istifadə edilir.
Yarımkeçirici maddələrin sintezində aşağıdakı metodlardan istifadə edilir.

09:43, 11 yanvar 2019 tarixindəki versiya

Kimyəvi sintez - kimyəvi birləşmələrin kimyəvi və fiziki metodlarla alınmasıdır. Kimyəvi maddələrin təbiətindən asılı olaraq, bu sintezlər üzvi və ya qeyri-üzvi ola bilərlər.

Kimyəvi materialşünasılıqda sintez metodları

Kimyəvi materialşünaslıqda bir sıra sintez metodları geniş istifadə olunur. Bunlardan aşağıdakıları göstərmək olar: kimyəvi metod, qaz fazada sintez metodu, duzların ərintilərinin elektrolizi, yüksək təzyiqdə sintez metodları. Yarımkeçirici maddələrin sintezində aşağıdakı metodlardan istifadə edilir.

  1. Birbaşa sintez metodu
  2. Dolayı sintez metodu
  3. Qaz fazadan sintez metodu

Dolayı sintez metodu

Nisbətən yüksək ərimə temperaturuna malik, eləcə də çətin alınan peritektik birləşmələri almaq üçün dolayı sintez metodundan istifadə edilir. Bu metodun köməyi ilə V əsas, VI və VII əlavə yarımqrup elementlərinin xalkogenidli birləşmələri sintez olunur. Dolayı yolla alınan xalkogenidli birləşmələr digər metodlarla alınan birləşmələrə nisbətən daha bircinsli olurlar. Lakin dolayı metodun da özünün çatışmayan cəhətləri vardır. Bunun üçün bir neçə ardıcıl əməliyyat aparılmışdır və bu zaman alman məhsul əlavə aşqarlarla çirklənmiş olur.

Qaz fazadan sintez

Bir sıra elementlərin xalkogenidləri (CdX, ZnX, GeX) qaz fazadan sintez metodları ilə alınır. Qaz fazadan sintez də aşağı temperatur və təzyiqlərdə aparılır. Bu metod ilk dəfə olaraq Freriks tərəfindən hazırlanmışdır [1]. Qaz fazadan sintez metodlarının bir sıra variantları öz əksini [2] monoqrafiyada tapmışdır. Bu metodun da əsaslı çatışmayan cəhəti ondan ibarətdir ki, alınan maddələr fiziki xarakteristikalarına görə bircinsli olmurlar.

Birbaşa sintez

Əksər hallarda yarımkeçirici maddələrin sintezi birbaşa sintez metodları ilə aparılır. Ona görə də biz bu metodun üzərində ətraflı dayanacağıq. Bu metod da öz növbəsində üç yarımqrupa bölünür:

  • birzonalı sintez
  • ikitemperatur zonalı maili sintez
  • ikitemperatur zonalı şaquli sintez.

Qeyd etmək lazımdır ki, bu metodların hər birinin çatışmayan cəhəti vardır. Məsələn, ikizonah üfüqi variantda maddələrin stexiometrik tərkibdə alınması üçün müddət lazımdır, şaquli variantda isə maddənin üzəri çətin əriyən örtüklə örtülür və kimyəvi reaksiyanın başa çatması çətinləşir. Kükürdlü və selenidli birləşmələri almaq üçün son zamanlar kombinə edilmiş vizual metoddan da geniş istifadə edilir [3]. Bu metodun mahiyyəti ondan ibarətdir ki, hər hansı element və xalkogen (S, Se) stexiometrik tərkibdə çəkilib kvars ampulaya doldurulur, 0,133Pa təzyiqinə qədər havasızlaşdırılır və ağzı bağlanır. Uzunluğu 0,20-0,25 m olan kvars ampula 45° bucaq altında olan sobaya daxil edilir və onun bir hissəsi sobadan kənarda yerləşdirilir. Sintez sobasının temperaturu ilkin komponentlərin ərimə temperaturundan xeyli yüksəyə qaldırır. Bu zaman hava vasitəsilə soyudulma kifayət etmədikdə ampulanın kənarda olan ucu yaş pambıqla soyudulur. Belə yüksək temperaturda metalla kükürd və ya selen arasında reaksiya qısa müddətdə başa çatır.

Mənbə

  1. Frerichs R. Single-crystal growth of some chalcogenide compounds AIIBVI. // Phys.Rev., 1947. V.72. p.594-601.
  2. Фрицше К. Получение полупроводников. М.: Мир. 1964. 320 с.
  3. Рустамов П.Г., Мардахаев Б.Н., Алиджанов М.А., Сафаров М.Г. Твердые растворы в системе Ga2S3-Sb2S3 // Азербайджанский химический журнал. 1964. № 4. с. 97-101.