Kimyəvi birləşmələr və ya Mürəkkəb maddələr — müxtəlif element atomlarından əmələ gəlmiş maddələrə deyilir.[1]
Məsələn, su hidrogen və oksigen elementlərnin atomlarından; sulfat turşusu isə hidrogen, oksigen və kükürd elementlərinin atomlarından əmələ gəlmiş mürəkkəb maddələrdir.
Mürəkkəb maddələr üzvi və qeyri-üzvi maddələrə bölünür.
Bütün üzvi maddələr mürəkkəb maddədirlər, lakin bütün qeyri-üzvi maddələr mürəkkəb maddə deyillər. Qeyri-üzvi maddələrin bir qismi bəsit maddələrdir.
Aqreqat hallarına görə mürəkkəb maddələr qaz, maye və bərk formada olurlar. Mürəkkəb maddələr də molekulyar və qeyri-molekulyar quruluşlu olurlar.