Xarizma Karpenter: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k →‎top: tənzimləmə
Sətir 1: Sətir 1:
{{Kino sənətçisi
{{Kino sənətçisi
|Adı = Xarizma Karpenter
|Adı = Xarizma Karpenter
|Orijinal adı = {{lang-en|Charisma Lee Carpenter}}
|Orijinal adı = {{Dil-en|Charisma Lee Carpenter}}
|Şəkil = Charisma Carpenter 2010.jpg
|Şəkil = Charisma Carpenter 2010.jpg
|Şəkil miqyası = 250
|Şəkil miqyası = 250
Sətir 19: Sətir 19:
}}
}}


'''Xarizma Li Karpenter''' ([[23 iyul]] [[1970]], {{lang-en|Charisma Lee Carpenter}}) — Amerikalı aktrisa.
'''Xarizma Li Karpenter''' ([[23 iyul]] [[1970]], {{Dil-en|Charisma Lee Carpenter}}) — Amerikalı aktrisa.


== Həyatı ==
== Həyatı ==

13:25, 2 iyun 2019 tarixindəki versiya

Xarizma Karpenter
Doğum adı Charisma Lee Carpenter
Doğum tarixi 23 iyul 1970(1970-07-23) (53 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa, televiziya aktrisası, kino aktrisası, model[d]
Fəaliyyət illəri 1994-cü ildən
IMDb ID0004806
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarizma Li Karpenter (23 iyul 1970, ing. Charisma Lee Carpenter) — Amerikalı aktrisa.

Həyatı

Xarizma Karpenter 23 iyul 1970-ci ildə Amerikada, Las-Veqasda anadan olub. Valideynləri onun adını "Avon" brendinə aid "Charisma" ətrinin adından götürüblər. Uşaqlıqda aktrisa adına görə həmyaşıdları arasında xəcalət çəkirmiş və hamıya özünü Krissi kimi təqdim edirmiş. Onun sözlərinə görə, məhz belə ekzotik ad daşıdığına və bununla barışmaq istəmədiyinə görə o, daim xoşagəlməz durumlara düşürmüş. Atasının maşınını qaçırması isə şıltaqlığının son həddi idi. Aldığı pis qiymətlərə baxmayaraq, Xarizma məktəbdə yerli komandaya dəstək qrupunun lideri idi və olduqca fəallıq göstərirdi. 15 yaşı olanda ailəsi əvvəl Meksikaya, sonra isə San-Diyeqoya köç edib.

Səhnəyə gəlişi, çəkildiyi filmlər və əsas fəaliyyəti

Xarizma Karpenter, 2005, Comic-Con

San-Diyeqoda o, Sənət Məktəbini bitirib. Gözəllik müsabiqəsində iştirak edən Xarizma birinciliyə nail olub. Ancaq gözəl olması onun yeganə üstün cəhəti deyildi. Hollivuda üz tutmazdan əvvəl o, yaxşı təhsil almaq istəyirdi. Kollec üçün pul əldə etmək məqsədi ilə isə satıcılıq və ofisiantlıq etmək lazım gəldi. Ancaq bir reklam agentinin ona rast gəlməsi ilə Xarizmanın karyerası start götürdü. O, iyirmidən çox reklam çarxına çəkildi və televiziya onun karyerasının məntiqi davamı oldu. Artıq ilk reklam çarxından sonra Xarizma dram kurslarına yazılmışdı. Bu uzun yol yeni şoulardan birində məktəb kraliçası rolunu oynamaqla başladı. "Malibu sahilləri", "Baffi" və "Mələk" serialları onun ilk işləri arasında yer alırdı. Aktrisa daha "Baffi" serialındakı kimi zərərverici bir qız obrazını yaratmaq istəmir.

Hazırda o, Los-Ancelesdə yaşayır. Boş vaxtlarında aktrisa alpinizm, piyada turizmi, suaytullanma və atçılıqla məşğul olmaqla yanaşı, həm də Meksika mətbəxinə aid xörəklər hazırlamağı sevir. Xarizma Karpenter romantik məzmunlu şeirlər də yazır. Sevimli rəngi sarı olan aktrisanın ən xoşladığı film "Göyərçin qanadları", ən sevdiyi musiqi qrupu isə "Rolling Stones" qrupudur.

Çəkildiyi Filmlər

İl Film Rolu Qeydlər
1995–1996 Coş Kirbi... Zamanın cəngavəri! Bef Sullivan 3 film seriya, Direct to video
2001 Oğlanlar nəyi xoşlayır Kim Released in Europe as The Groomsmen
2003 Bax, Ceyn Deyt Jane Grant ABC Family Original Movie
2005 Cadugər ay Heather IDT Entertainment
2006 Təhlükə ilə flirt Laura Klifford Lifetime Movie
2006 Fırıldaqçının klubu Linda Stern Lifetime Movie
2006 Nisbi xaos Katerin ABC Family Original Movie
2009 Bonsların evi Heather Vilkinson Syfy Channel Original Movie
2009 Psixoz (formerly Vivid) Suzan Karter Red Sparrow's first film
2010 Qabağıalınmazlar Lacy Lionsgate Films
2011 Murdarça yeri Hannah Robinson Currently filming in Canada
2011 İnsan amili Lori Stoltz Michael Madsen's directorial debut, filming set to begin January 2011
2011 Qabağıalınmazlar 2

Xarici keçidlər