Hikmət Yaqubov: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Sətir 1: Sətir 1:
[[Şəkil:Hikmət Yaqubov.jpeg|thumbnail|Az-tv-nin Baş Produseri]]
[[Şəkil:Hikmət Yaqubov.jpeg|thumbnail|Mədəniyyət Tv-nin Direktor müavini]]
'''Yaqubov Hikmət Əlisgəndər oğlu''' — rejissor.
'''Yaqubov Hikmət Əlisgəndər oğlu''' — rejissor.

21:50, 12 oktyabr 2019 tarixindəki versiya

Fayl:Hikmət Yaqubov.jpeg
Mədəniyyət Tv-nin Direktor müavini

Yaqubov Hikmət Əlisgəndər oğlu — rejissor.

Həyatı

Hikmət Əlisgəndər oğlu Yaqubov 1972-ci il avqustun 4-ü Masallı rayonunun Birinci Yeddioymaq kəndində dünyaya gəlib.

1979 - 1989 - cu illərdə Kalinovka kənd orta məktəbində oxuyub.

1989–1994 - cü illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

2005-ci ildə daxil olduğu Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət idarəetməsi fakultəsini 2008 ci-ildə fərqlənmə diplomu ilə bitirib.

Fəaliyyəti

1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb.

Rejissor assistenti vəzifəsindən baş rejissor vəzifəsinə qədər pillə-pillə yüksəlib. Televiziya karyerası müharibə dövrünə təsadüf edən Hikmət Yaqubov Televiziyanın Hərbi Proqramlar və Salnamə Redaksıyasında olduğu illərdə qaynar döyüşlərin getdiyi bölgələrdən, Ağdam, Fizuli, Goranboy rayonlarından xüsusi reportajlar və bir sıra verlişlər hazırlayıb.

1995-ci ildə Ümummilli Lider Heydər Əliyev barədə çəkilən “Böyük Ömrün Anları” adlı üç hissəli sənədli filmin rejissoru olub.

Gənc rejissor bundan sonra 1996-cı ildə “Azərbaycan”, 1998-ci ildə isə nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında lentə alınan “Üç Dəniz Əfsanəsi” sənədli filmlərinə quruluş verib.

1994 cü- il cəbhədə atəşkəs elan olunandan sonra hər bir televiziyanın döyünən ürəyi sayılan Xəbərlər Redaksiyasında rejissor vəzifəsində çalışıb.

Eləcə də,1995 ci-ildən “Səhər” Musiqi-İnformasiya proqraminda çalışan gənc rejissor bu dövrdə müxtəlif sayda reklam çarxları və kliplər çəkib.2000-ci ildə “Səhər”, 2006-cı ildə İdman Redaksiyasının baş rejissoru təyin edilib .2009-cu ildə İdman Azərbaycan Telekanalının baş rejissoru, 2010-cu ildə “Səs” İnternet Televiziyasının direktoru vəzifələrində çalışıb.2011 ci-ildə yenidən İdman Azərbaycan Telekanalının baş rejissoru vəzifəsində çalışıb. 2013- 2016 cı illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru vəzifəsində fəaliyətini davam etdirib. Hikmət Yaqubovun rəhbərliyi ilə 250-ə yaxın sənədli və televiziya filimləri cəkilib. Məsələn "Zirvəyə Ucalan İmza","Dovlət Bayrağı meydanı","Kəlağayı" xocalı faciəsinə həsr olunan "Sonuncu Gecə", "Dəyirmanlar", "Mayaklar" və s. Eləcədə Azərbaycanın Elm və Mədəniyyət xadimlərinə və Milli Mənəvi dəyərlərinə və tarixinə həsr olunan fimlərin rəhbəri və ideya müəllifi olub. Hal -hazırda Azərbaycan Televiziyası və Radiosu QSC-nin Baş Produseri vəzifəsində calışır.Ailəlidir 2 oğlu var. Yeni Azərbaycan Partiyasının üzvüdür. Bu illər ərzində bir sıra ictimai və siyasi təşkilatların mükafatlarına layiq görülüb. 2016- cı il noyabrın 7 -də Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar mədəniyyət işcisi" fəxri adına layiq görülüb.Filmoqrafiya

İstinadlar