İctimai Televiziya və Radio Yayımları Şirkəti

İctimai Televiziya və Radio Yayımları ŞirkətiAzərbaycanın informasiya-əyləncə telekanallarından biri. Mənzil-qərargahı Bakı şəhərindədir və Avropa Yayım İttifaqının üzvüdür.

İctimai TV
İctimai Televiziya və Radio Yayımları Şirkəti
Loqonun şəkli
1 yanvar 2021-ci ildən istifadə olunan loqotip
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 və Eutelsat Hotbird 13D peyklərinin əhatə dairələri
Dil Azərbaycan dili
Baş qərargah Abbas Mirzə Şərifzadə küçəsi 241, Bakı
Yaranma tarixi 29 avqust 2005
Sahibi Azərbaycan dövləti
Rəhbərlik Balakişi Qasımov
Keçmiş adları AzTV 2
Şüar Bizə sarı gəlin!
Qardaş kanallar İctimai Radio
Sayt itv.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İctimai Televiziya və Radio Yayımları Şirkəti "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılmışdır. Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilmişdir.

Milli Televiziya və Radio Şurasının 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilmiş, 29 avqust saat 17:00-da İctimai Televiziya fəaliyyətə başlamışdır.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədlidir. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. 2005-ci il aprelin 16-da Yayım Şurasının 9 üzvünün 6 səsini qazanan İsmayıl Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilmişdir.

İctimai Televiziya 2007-ci il 5 iyul tarixindən etibarən Avropa Yayım Birliyi (EBU)-nin üzvü seçilmişdir və 2008-ci ilin may ayından etibarən Avroviziya Mahnı Müsabiqəsini yayımlayır. 2008-ci ildə isə Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində Samir və Elnur duetiylə, "Day after Day" mahnısıyla təmsil olunmuşdur.

Eldar QasımovNigar Camalın ifa etdikləri "Running Scared" mahnısı ilə 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasından sonra 2012-ci ildə ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi 2012 Avroviziya Mahnı Müsabiqəsi İctimai Televiziya tərəfindən yayımlanmışdır. Müsabiqə paytaxt Bakı şəhərində yerləşən, Bakı Kristal Zalında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2012-ci ilin 22 və 24 may, final isə 26 may tarixində baş tutmuşdur.

2013-cü il aprelindən etibarən əməkdar incəsənət xadimi Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru təyin olunub. 2013-cü il mayın 27-dən 28-nə keçən gecə saat 00:00-dan etibarən İctimai Televiziyanın rebrendinqi Respublika günündə (indiki Müstəqillik günündə) həyata keçirilib. İctimai Televiziyanın üçüncü loqosunda da əvvəlki kimi Azərbaycan bayrağının rəngləri öz əksini tapmışdı. Lakin budəfəki loqo üzərində "İTV" sözü daha aydın və anlaşıqlı formadadır. Loqo ekranın sağ yuxarı küncündə üfüqi istiqamətdə yerləşirdi.

Həmin il "Carçı" informasiya proqramının tərtibatı və studiyası yenilənib.

1 iyun 2018-ci ildən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov rəhbərlik edir.

2018-ci il avqustun 29-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin 13 illik yubileyi qeyd edilib. Həmin gündən etibarən dünyaca məşhur "Jeopardy!" verilişinin lisenziyası əsasında "61!", sentyabr ayından etibarən "Breyn rinq", oktyabr ayından etibarən isə "Brainest" verilişinin lisenziyası əsasında "Əlaçı" və "Nə? Harada? Nə Zaman?" intellektual oyunları efirə çıxır.

2018-ci il sentyabrın 17-dən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkəti mövsümə bəzi yeniliklərlə start verib. Həmin il oktyabrın 30-dan etibarən "Carçı" informasiya proqramının adı dəyişdirilərək "İTV Xəbər" olmuşdur.

İctimai Televiziya 2018-ci ildən etibarən sosial şəbəkələrdə çox aktivdir. 2020-ci il sentyabr-dekabr aylarında televiziyanın Youtube portalı 150 milyondan çox baxış yığıb. 2021-ci ilin mayında 22 milyondan çox baxış yığıb. Tətil mövsümü olmasına baxmayaraq, aylıq 10–20 milyon arası izləyici sayı ilə indi də birincilik İTV-də qorunub-saxlanılır.

2018-ci il dekabrın 31-dən 2019-cu il yanvarın 1-nə keçən gecə saat 00:00-dan etibarən İctimai Televiziyanın rebrendinqi yeni ilin ilk saniyəsində həyata keçirilmişdir. Tamaşaçılar İctimai Televiziyanın sağ üst küncündə sarı rəngli loqo görməyə başlamışdılar. İctimai Televiziya tamamilə yenilənmiş siması və təzə loqosu ilə, eləcə də ən sevilən verilişləri, eksklüziv yayımları ilə yeni mövsümünə start verib. Bununla da İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin İctimai Televiziyanın tamaşaçıları 2019-cu ili yeni format və sima ilə qarşılayıb.

2019-cu il sentyabrın 16-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkəti mövsümə bəzi yeniliklərlə start verib.

Bundan başqa İTV Azərbaycanda ilk dəfə 3D prime-time layihə də təqdim edir.

Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına qarşı başlatdığı əks-hücum əməliyyatı ilə əlaqədar İctimai Televiziyanın proqram şəbəkəsi dəyişdirilib. Bütün efir siyasəti müharibə dövrünün reallıqlarına köklənib.

2020-ci il dekabrın 31-dən 2021-ci il yanvarın 1-nə keçən gecə saat 00:00-dan etibarən İctimai Televiziyanın rebrendinqi yeni ilin ilk saniyəsində həyata keçirilmişdir. Tamaşaçılar İctimai Televiziyanın sağ üst küncündə sarı rəngli loqo görməyə davam edir. İctimai Televiziya tamamilə yenilənmiş siması və təzə loqosu ilə qarşılayıb.

2021-ci il oktyabrın 8-dən etibarən "Səs Azərbaycan" (The Voice) televiziya şousunun premyerası olub: "Dörd aya yaxın müddət ərzində tamaşaçılar son dərəcə maraqlı və yüksək keyfiyyətlə istehsal olunan dünyaca məşhur televiziya formatının yerli lisenziyalı versiyasını izləyə bilirlər. Həmçinin, dekabr ayında İctimai Televiziya musiqisevərlərə 2021-ci il Avroviziya Uşaq Mahnı Yarışmasının (Junior Eurovision 2021) növbəti şousunu təqdim edib.

2022-ci il yanvarın 28-də "Azerspace-1" peykində HD yayım formatına keçib.

2023-cü il yanvar-mart aylarında "Səs Azərbaycan: Doğma nəğmələr" musiqili teleyarışması yayımlanmışdır.

2023-cü il sentyabrın 23-də İctimai Televiziyanın "YouTube" kanalında izləyici sayı 1 milyon oldu.

2023-cü il oktyabrın 2-dən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkəti mövsümə bəzi yeniliklərlə start verib. "İTV Xəbər", "İTV Xəbər Yekun", "Diqqət Mərkəzi", "Qanundan kənar" və "Halbuki" verilişləri yeni mövsümə yeni studiyalarla başlayıb.

2023-cü il dekabrın 10-dan 2024-cü il fevralın 4-dək Munhwa Broadcasting Corporation-a məxsus beynəlxalq "Masked Singer" layihəsinin lisenziyası əsasında Azərbaycanda ilk dəfə "Maska" yarışması yayımlanmışdır. Yarışma çərçivəsində müxtəlif məşhurlar kimliklərini gizlədərək qeyri-adi geyimlərdə çıxış etmişdilər.

İctimai Televiziya və Radio Yayımları Şirkəti əsasən reklam və dövlət ödənişləri ilə maliyyələşdirilir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına dair 2004-cü il yanvar qanunu, 2010-cu ilin yanvar ayından televiziya lisenziyası haqlarından maliyyələşdirmə təmin etdi, lakin 2024-cü ildən etibarən bu qanunun bu hissəsi hələ tətbiq edilmir.

Telekanal günün 24 saatı Azərbaycan Respublikasının bütün ərazisində yayımlanır, həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir.

Ümumi efir vaxtının 65 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar, 5 faizini şəxsi istehsal proqramları təşkil edir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayım dilinin 80%-ni dövlət dili olan azərbaycan dili, 20%-ni isə əcnəbi dillər təşkil edir.

4 avqust 2014-cü il saat 17:00-da tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.

2012-ci ilin may ayında HD yayıma başlamış, həmin il avqustun sonunda yayımı dayandırılmışdır. 16 oktyabr 2017-ci ildə özünəməxsus loqosu ilə yenidən HD yayımına qayıtdı.

Baş direktorları

[redaktə | mənbəni redaktə et]

16 aprel 2005-22 aprel 2013 — İsmayıl Ömərov

23 aprel 2013-11 may 2018 — Cəmil Quliyev

1 iyun 2018-hazırkı — Balakişi Qasımov

  1. Sənədli Detektiv (2006–2014) (İctimai Televiziya)
  2. Azərbaycan həftəsi (veriliş, 2007) (İctimai Televiziya)
  3. Azərbaycan palitrası (veriliş, 2005) (İctimai Televiziya)
  4. Azərbaycanlılar (veriliş, 2005–2013) (İctimai Televiziya)
  5. Babadağ (film, 2006) (İctimai Televiziya)
  6. Balqabaq (film, 2007) (İctimai Televiziya)
  7. Bura Vətəndir (İctimai Televiziya)
  8. Bir kəndin nağılı (veriliş)
  9. Bir mahnının tarixçəsi (veriliş, 2006) (İctimai Televiziya)
  10. Böyük türk (film, 2007) (İctimai Televiziya)
  11. Bu səs Qədirin səsidir (film, 2007) (İctimai Televiziya)
  12. Bura vətəndir (film, 2006) (İctimai Televiziya)
  13. Carçı (film, 2005) (İctimai Televiziya)
  14. Cavad xan (film, 2007) (İctimai Televiziya)
  15. Dalan (film, 2012) (Carçı Film)
  16. Dəbdən dəbə (veriliş, 2006) (İctimai Televiziya)
  17. Əşrəf Hüseynov. Yaşamaq yanmaqdır… (veriliş, 2007) (İctimai Televiziya)
  18. Film media (veriliş, 2005) (İctimai Televiziya)
  19. Kliplər (İctimai Televiziya)
  20. Qovğalı kəndinin gecələri (film, 2008)
  21. Maestro Niyazi (film, 2007) (İctimai Televiziya)
  22. Muğamat var olan yerdə… (film, 2009) (İctimai Televiziya)
  23. Papaq (film, 2007) (İctimai Televiziya)
  24. Səhərə inan...'' (film, 2011) (Carçı Film)
  25. Sovqat (film, 2009) (Carçı Film)
  26. Yaşadım ki, yaşadam (film, 2008) (İctimai Televiziya)
  27. Yoxlama (film, 2006)
  28. Yuxu yaddaşı (film, 2008)
  29. Oxşarabad (film, 2018)
  30. Şoubiznesin sonu (film, 2019)
  31. Oxşarabad 2: Korifeylər (film, 2019)
  32. Kəndinizə qayıdın (film, 2020)
  33. Sən demə (film, 2020)
  34. Həmrəylik günü (film, 2021)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]