Həsən Hüseynov (filoloq): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 54: Sətir 54:


SSRİ, Rusiya tarixi və Siyasi dilçilik mövzusunda Yeltsin Mərkəzində mühazirələr oxuyur.
SSRİ, Rusiya tarixi və Siyasi dilçilik mövzusunda Yeltsin Mərkəzində mühazirələr oxuyur.

2004 və 2012-ci illərdə Andrey Belıy mükafatının namizədlər siyahısına daxil idi.

Fransa Beynəlxalq Radiosunun saytında siyasət, dil və mədəniyyət mövzusunda analitik köşə hazırlayır.

13:04, 31 oktyabr 2019 tarixindəki versiya

Həsən Hüseynov
Doğum tarixi 2 sentyabr 1953(1953-09-02) (70 yaş)
Doğum yeri
Atası Çingiz Hüseynov
Elm sahələri klassik filologiya[d], filologiya, kulturologiya[1], ədəbiyyat[1]
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov‎; d. 1 sentyabr 1953, Bakı şəhəri) — Azərbaycan mənşəli sovet və rus filoloqu - Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi.

Bioqrafiya

1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A.F. Losev və A.A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978-1984), sonra SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir. 1990-1991-ci illərdə Heydelberqdəki Humboldt Fondunun təqaüdçüsü, 1992-1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olmuş, Danimarka, Almaniya, ABŞ-ın universitetlərində dərs demiş, "Alman dalğası" internet-nəşrində çalışmış (2001-2006), Bonn Universitetinin dosenti (2002-ci ildən), 2006-2007-ci illərdə yenidən Şərqi Avropa İnstitutunun üzvü olmuşdur.

2007-ci ildə Rusiyaya qayıdaraq Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru oldu. MDU-da o, qədim ədəbiyyat tarixi, qədim yunan dili və klassik filologiyaya üzrə mühazirələr oxuyurdu. Catalogus Philologorum Classicorum (Antikoloqlar kataloqu) beynəlxalq layihəsinin rus bölməsinin rəhbəridi.

2011-ci ilin aprelindən 2012-ci ilin sentyabrına qədər - Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Humanitar Tədqiqatlar Mərkəzinin direktoru olmuşdur.

2012-ci ilin oktyabrından Ali İqtisadiyyat Məktəbinin Filologiya fakültəsinin professoru, Elmi Şurasının üzvüdür. O, AİM-nin iki fəxri diplomu və təşəkkürnaməsi, o cümlədən AİM-nin Filologiya Məktəbinin təşəkürnaməsi ilə təltif olunmuşdur. 2013, 2014, 2016-2019-cu illərdə ən yaxşı müəllim seçilmişdir.

Bazel Universitetində də (İsveçrə) dərs deyir.

"Journal of Soviet and Post-Soviet Politics and Society", "Religion", "State and Society", "Dövlət, Din, Rusiya kilsəsi Rusiyada və Xaricdə" və "Логос" jurnallarının redaksiya heyyətinin üzvüdü.

Berqen Universitetinin (Norveç) "The Future of Russian" beynəlxalq layihəsinin üzvüdü.

SSRİ, Rusiya tarixi və Siyasi dilçilik mövzusunda Yeltsin Mərkəzində mühazirələr oxuyur.

2004 və 2012-ci illərdə Andrey Belıy mükafatının namizədlər siyahısına daxil idi.

Fransa Beynəlxalq Radiosunun saytında siyasət, dil və mədəniyyət mövzusunda analitik köşə hazırlayır.

  1. 1 2 3 4 Gusejnov, Gasan Čingizovič // Çex Milli Hakimiyyət Məlumat bazası.