Həsən Hüseynov (filoloq)

Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov‎; 2 sentyabr 1953[2], Bakı) — Azərbaycan mənşəli sovet və rus filoloqu — Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi.

Həsən Çingiz oğlu Hüseynov
Doğum tarixi 2 sentyabr 1953(1953-09-02)[2] (71 yaş)
Doğum yeri
Atası Çingiz Hüseynov
Elm sahələri klassik filologiya[d], filologiya, kulturologiya[1], ədəbiyyat[1]
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A. F. Losev və A. A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978–1984), sonra SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir. 1990–1991-ci illərdə Heydelberqdəki Humboldt Fondunun təqaüdçüsü, 1992–1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olmuş, Danimarka, Almaniya, ABŞ-nin universitetlərində dərs demiş, "Alman dalğası" internet-nəşrində çalışmış (2001–2006), Bonn Universitetinin dosenti (2002-ci ildən), 2006–2007-ci illərdə yenidən Şərqi Avropa İnstitutunun üzvü olmuşdur.[3]

2007-ci ildə Rusiyaya qayıdaraq Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru oldu. MDU-da o, qədim ədəbiyyat tarixi, qədim yunan dili və klassik filologiyaya üzrə mühazirələr oxuyurdu[4]. Catalogus Philologorum Classicorum (Antikoloqlar kataloqu) beynəlxalq layihəsinin rus bölməsinin rəhbəridi[5].

2011-ci ilin aprelindən 2012-ci ilin sentyabrına qədər — Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Humanitar Tədqiqatlar Mərkəzinin direktoru olmuşdur[6].

2012-ci ilin oktyabrından Ali İqtisadiyyat Məktəbinin Filologiya fakültəsinin professoru, Elmi Şurasının üzvüdür. O, AİM-nin iki fəxri diplomu və təşəkkürnaməsi, o cümlədən AİM-nin Filologiya Məktəbinin təşəkürnaməsi ilə təltif olunmuşdur. 2013, 2014, 2016–2019-cu illərdə ən yaxşı müəllim seçilmişdir.

Bazel Universitetində də (İsveçrə) dərs deyir[7].

"Journal of Soviet and Post-Soviet Politics and Society", "Religion", "State and Society", "Dövlət, Din, Rusiya kilsəsi Rusiyada və Xaricdə" və "Логос" jurnallarının redaksiya heyətinin üzvüdü.

Bergen Universitetinin (Norveç) "The Future of Russian" beynəlxalq layihəsinin üzvüdü.

SSRİ, Rusiya tarixi və Siyasi dilçilik mövzusunda Yeltsin Mərkəzində mühazirələr oxuyur.

2004 və 2012-ci illərdə Andrey Belıy mükafatının namizədlər siyahısına daxil idi[8][9].

Fransa Beynəlxalq Radiosunun saytında siyasət, dil və mədəniyyət mövzusunda analitik köşə hazırlayır.

2019-cu ilin oktyabrında Moskva qəzet köşklərində xarici dilli nəşrlərin tapılmamasından şikayətlənmiş, eyni zamanda rus dilini "yazıq" və "cılız" adlandırmışdı. O, bütün dünyanı Rusiyanın əksi olaraq "daha ağıllı və insansevər insanlar yaşayan" kimi qələmə vermişdir. Professorun bu açıqlaması Rusiya ictimaiyyətinin kəskin etirazına səbəb olmuş, o, açıq-aşkar rusafobiyada itiham edilmişdir[10]. Öz sözlərini müdafiə edən Hüseynov bildirmişdir ki, rus dilinin özü ilə hər şey qaydasındadır, lakin bu dili qanunvericilər və natiqlər korlayır[11]. AİM rəhbərliyi isə işçisinin bu sözlərinin qalmaqalı olsa da, onun şəxsi fikri olduğunu bildirmişdi[12].

Atası — yazıçı Çingiz Hüseynov (1929-cu il doğumlu və 2014-cü ildə İsrailə[10]) köçmüşdür), anası — tərcüməçi Marina Davıdovna Qrinblat (1932–1991).

Qızı — tarixçi Diana Hüseynova (1981-ci il doğumlu)[13][14][15][16].

  • Драматургический метод Платона. — М., 1981.
  • "Орестея" Эсхила. Образное моделирование действия. — М., 1982.
  • Аристофан. — М.: Искусство, 1988.
  • Карта нашей Родины: идеологема между словом и телом. — Хельсинки, 2000. (Второе, дополненное издание "Карты нашей Родины" вышло в издательстве "ОГИ" в 2005.)
  • Материалы к русскому общественно-политическому словарю XX в. — М.: Три квадрата, 2003.
  • Советские идеологемы в русском дискурсе 1990-х. — М.: Три квадрата, 2003. — 272 с.
  • Нулевые на кончике языка: Краткий путеводитель по русскому дискурсу. — М.: Издательский дом "Дело" РАНХиГС, 2012. — 240 с.

Seçilmiş məqalələri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Gusejnov, Gasan Čingizovič // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 LCCN.
  3. "Forschungsstelle Osteuropa" (alman). forschungsstelle.uni-bremen.de. 2018-07-12 tarixində arxivləşdirilib.
  4. Гусейнов, Гасан Чингизович Arxiv surəti 10 dekabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-12-10 at the Wayback Machine на сайте МГУ
  5. CPhCL — Catalogus Philologorum Classicorum Arxiv surəti 26 oktyabr 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-10-26 at the Wayback Machine
  6. "Сотрудники". Archived from the original on 2013-07-19. İstifadə tarixi: 2019-10-31.
  7. "VORLESUNGSVERZEICHNIS ONLINE — Universität Basel". 2014-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  8. "Шорт-лист премии Андрея Белого — 2004". Archived from the original on 2013-01-24. İstifadə tarixi: 2019-10-31.
  9. О высоком: названы финалисты премии Андрея Белого Arxiv surəti 23 oktyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-10-23 at the Wayback Machine // Lenta.ru, 22. oktyabr 2012
  10. 1 2 Алексей Иванов. "События: Что делает профессор ВШЭ в "одичавшей стране", где говорят на "убогом" и "клоачном" русском языке?" (rus). zavtra.ru. 2019-10-30. 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  11. Рафаэль Фахрутдинов. "Заставил расчехлиться: почему профессор ВШЭ назвал русский язык «клоачным»" (rus). Газета.Ru. 2019-10-29. 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  12. "В ВШЭ прокомментировали слова преподавателя об "убогом" русском языке" (rus). РИА Новости. 2019-10-30. 2022-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  13. 12:47 pm воды Лагидзе — Комментарии Arxiv surəti 2 noyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-11-02 at the Wayback Machine
  14. Транснациональная история Arxiv surəti 4 aprel 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-04-04 at the Wayback Machine — видео: историк Д. Гусейнова о национальных интересах, "Оборонсервисе" и наследии Первой мировой войны
  15. ПостНаука Arxiv surəti 16 iyun 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-06-16 at the Wayback Machine — FAQ: Транснациональная история (материал Д. Гусейновой)
  16. ИСРАГЕО Чингиз Гусейнов: мир несправедлив к Израилю | ИСРАГЕО Arxiv surəti 26 iyun 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-06-26 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • LiveJournal, LJ-da Həsən Hüseynovun akauntları [1], [2]  (rus.)
  • Səhifə MDU-nun Filologiya fakültəsinin saytı (rus.)
  • Səhifə Rusiya Prezidenti yanında Rusiya dövlət xalq təsərüffatı və dövlət xidməti akademiyasının saytında (rus.)
  • Səhifə Arxivləşdirilib 2020-08-09 at the Wayback Machine Milli Tədqiqat Universitetin "Ali İqtisadiyyat Məktəbi"nin saytında (rus.)