Həsən Hüseynov (filoloq): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 87: Sətir 87:
* [http://www.springerlink.com/content/p21866u5p4x085t3/ Gasan Gusejnov. The Linguistic aporias of Alexei Losev’s mystical personalism]. — Studies in East European Thought (2009) 61: 153—164.
* [http://www.springerlink.com/content/p21866u5p4x085t3/ Gasan Gusejnov. The Linguistic aporias of Alexei Losev’s mystical personalism]. — Studies in East European Thought (2009) 61: 153—164.
* [http://www.dekoder.org/de/article/sprache-und-das-trauma-der-befreiung Gasan Gusejnov. Sprache und das Trauma der Begreiung]. dekoder.org, 23.12.2015
* [http://www.dekoder.org/de/article/sprache-und-das-trauma-der-befreiung Gasan Gusejnov. Sprache und das Trauma der Begreiung]. dekoder.org, 23.12.2015

== İstinadlar ==
{{İstinad siyahısı}}

13:19, 31 oktyabr 2019 tarixindəki versiya

Həsən Hüseynov
Doğum tarixi 2 sentyabr 1953(1953-09-02) (70 yaş)
Doğum yeri
Atası Çingiz Hüseynov
Elm sahələri klassik filologiya[d], filologiya, kulturologiya[1], ədəbiyyat[1]
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov‎; d. 1 sentyabr 1953, Bakı şəhəri) — Azərbaycan mənşəli sovet və rus filoloqu - Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi.

Bioqrafiya

1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A.F. Losev və A.A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978-1984), sonra SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir. 1990-1991-ci illərdə Heydelberqdəki Humboldt Fondunun təqaüdçüsü, 1992-1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olmuş, Danimarka, Almaniya, ABŞ-ın universitetlərində dərs demiş, "Alman dalğası" internet-nəşrində çalışmış (2001-2006), Bonn Universitetinin dosenti (2002-ci ildən), 2006-2007-ci illərdə yenidən Şərqi Avropa İnstitutunun üzvü olmuşdur.

2007-ci ildə Rusiyaya qayıdaraq Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru oldu. MDU-da o, qədim ədəbiyyat tarixi, qədim yunan dili və klassik filologiyaya üzrə mühazirələr oxuyurdu. Catalogus Philologorum Classicorum (Antikoloqlar kataloqu) beynəlxalq layihəsinin rus bölməsinin rəhbəridi.

2011-ci ilin aprelindən 2012-ci ilin sentyabrına qədər - Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Humanitar Tədqiqatlar Mərkəzinin direktoru olmuşdur.

2012-ci ilin oktyabrından Ali İqtisadiyyat Məktəbinin Filologiya fakültəsinin professoru, Elmi Şurasının üzvüdür. O, AİM-nin iki fəxri diplomu və təşəkkürnaməsi, o cümlədən AİM-nin Filologiya Məktəbinin təşəkürnaməsi ilə təltif olunmuşdur. 2013, 2014, 2016-2019-cu illərdə ən yaxşı müəllim seçilmişdir.

Bazel Universitetində də (İsveçrə) dərs deyir.

"Journal of Soviet and Post-Soviet Politics and Society", "Religion", "State and Society", "Dövlət, Din, Rusiya kilsəsi Rusiyada və Xaricdə" və "Логос" jurnallarının redaksiya heyyətinin üzvüdü.

Berqen Universitetinin (Norveç) "The Future of Russian" beynəlxalq layihəsinin üzvüdü.

SSRİ, Rusiya tarixi və Siyasi dilçilik mövzusunda Yeltsin Mərkəzində mühazirələr oxuyur.

2004 və 2012-ci illərdə Andrey Belıy mükafatının namizədlər siyahısına daxil idi.

Fransa Beynəlxalq Radiosunun saytında siyasət, dil və mədəniyyət mövzusunda analitik köşə hazırlayır.

Qalmaqal

2019-cu ilin oktyabrında Moskva qəzet köşklərində xarici dilli nəşrlərin tapılmamasından şikayətlənmiş, eyni zamanda rus dilini "yazıq" və "murdar" adlandırmışdı. O, bütün dünyanı Rusiyanın əksi olaraq "daha ağıllı və insansevər insanlar yaşayan" kimi qələmə vermişdir. Professorun bu açıqlaması Rusiya ictimaiyyətinin kəskin etirazına səbəb olmuş, o, açıq-aşkar rusafobiyada itiham edilmişdir. Öz sözlərini müdafiə edən Hüseynov bildirmişdir ki, rus dilinin özü ilə hər şey qaydasındadır, lakin bu dili qanunvericilər və natiqlər korlayır. AİM rəhbərliyi isə işçisinin bu sözlərinin qalmaqalı olsa da, onun şəxsi fikri olduğunu bildirmişdi.

Ailəsi

Atası — yazıçı Çingiz Hüseynov (1929-cu il doğumlu və 2014-cü ildə İsrailə köçmüşdür), anası — tərcüməçi Marina Davıdovna Qrinblat (1932—1991).

Qızı — tarixçi Diana Hüseynova (1981-ci il doğumlu).

Kitabları

  • Драматургический метод Платона. — М., 1981.
  • «Орестея» Эсхила. Образное моделирование действия. — М., 1982.
  • Аристофан. — М.: Искусство, 1988.
  • Карта нашей Родины: идеологема между словом и телом. — Хельсинки, 2000. (Второе, дополненное издание «Карты нашей Родины» вышло в издательстве «ОГИ» в 2005.)
  • Материалы к русскому общественно-политическому словарю XX в. — М.: Три квадрата, 2003.
  • Советские идеологемы в русском дискурсе 1990-х. — М.: Три квадрата, 2003. — 272 с.
  • Нулевые на кончике языка: Краткий путеводитель по русскому дискурсу. — М.: Издательский дом «Дело» РАНХиГС, 2012. — 240 с.

Seçilmiş məqalələri

İstinadlar

  1. 1 2 3 4 Gusejnov, Gasan Čingizovič // Çex Milli Hakimiyyət Məlumat bazası.