Adi daşsarmaşığı: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə Təkmilləşdirilmiş mobil redaktə
Sətir 40: Sətir 40:


== Botaniki təsviri ==
== Botaniki təsviri ==
HÜndürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.


== Ekologiyası ==
== Ekologiyası ==

16:44, 27 aprel 2020 tarixindəki versiya

Adi daşsarmaşığı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi daşsarmaşığı (lat. Hedera helix) — araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü.

Təbii yayılması

Təbii halda Qərbi Avropada meşələrdə bitir.

Botaniki təsviri

Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.

Ekologiyası

İsti yay günlərində tor gənəsi və yastıca ilə yoluxur, nəmişliyin çoxluğundan yarpaqlarda qara xallar əmələ gəlir. pH təxminən 6 nisbətdə olmalıdır; işıqlı yerdə əkmək lazımdır, ancaq düz düşən günəş şüalarından qorunmalıdır. Qışda 10°C temperatura davam gətirir.

Azərbaycanda yayılması

Abşeronda, Alazanda, Murovdağda, Ağrıçayda, Cənub zonasında, Gəncədə, Zaqatalada, Naxçıvanda aşağı yaruslarda bitir.

İstifadəsi

Abşeronda yaşıllaşdırmada, canlı çəpərlərin salınmasında istifadə olunur. Aşağıdakı sortları məlumdur: Qrin Ripl (Green Ripple') zoğlarının uzunluğu 5 m-ə qədər olan yaşıl sortdur. Kanar sarmaşığı (Hedera canariensis) iri, uzunluğu 20 sm-ə qədər olan, tünd-qırmızı saplaqlı yavaş böyüyən növdür. Qlöar de Marenqo ('Gloire de Marengo') tünd yaşıl yarpaqlarında ağ xalı olan, çox yayılmış sortdur. Qoldxeld ('Goldchild') yaşıl yarpaqları sarı haşiyəlidir.

Ədəbiyyat

  • Tofiq Məmmədov. Azərbaycan dendroflorası. II cild. Bakı: Səda, 2015.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 202.