Chamaenerion angustifolium: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k →‎İstinadlar: +Taksonbar using AWB
Sətir 40: Sətir 40:
{{İstinad siyahısı}}
{{İstinad siyahısı}}


{{Taksonbar}}
[[Kateqoriya:Azərbaycanın dərman bitkiləri]]
[[Kateqoriya:Azərbaycanın dərman bitkiləri]]

18:36, 14 avqust 2020 tarixindəki versiya

Chamaenerion angustifolium
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{Chamerion}}, taksonun sistematikasını təsvir etməlidir Chamerion.
???:
Chamaenerion angustifolium
Beynəlxalq elmi adı
  • Chamaenerion angustifolium

Chamerion angustifolium (lat. Chamerion angustifolium)[1] - chamerion cinsinə aid bitki növü.[2]

Qısa morfoloji təsviri

Çoxillik, yoğun, sürünən kökümsovlu bitkidir. Gövdəsi düz, sadə və ya budaqlı, nazik tüklənmiş, aşağısı çılpaq, hündürlüyü 1 m çatır. Yarpaqlarının uzunluğu 4-12 (18) sm, eni 8-20 (30) mm, əsasən ardıcıl düzülmüş, oturaq və ya qısa saplaqlı, uzunsov və ya xəttvari-lansetvari, ucubiz, çılpaq, qıraqları demək olar bütöv və ya xırda vəzili, yaxud vəzivari diş-dişli, üstü tünd yaşıl, parlaq, altı qonurtəhər rəngdədir. Çiçəkləri xırda, uzunsov çicəkaltlıqların qoltuğunda yerləşir və yığılaraq kövrək salxım əmələ gətirirlər. Kasacığının uzunluğu 9-12 mm, lansetvari, xırda tükcüklü dilimlidir. Ləçəklərinin uzunluğu 10-15 mm, eni 5-8 mm, tərsyumurtavari, bənövşəyi, bəzən açıq çəhrayı və ya ağ rəngdədir. Qutucuğu 5-8 sm uzunluğunda, meyvəsaplağı ilə birlikdə xırda tüklüdür. Toxumları 1,5 mm qədər, uzunsov-oval, çılpaq, açıq mixəyidir.[3]

Yayılması

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından subalp qurşağına kimi yayılmışdır. Meşədə, çınqıllı yerlərdə və çəmənlərdə bitir.[4]

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  4. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.