Natural Resources Conservation Service

Təbii Sərvətlərin Mühafizəsi Xidməti (ing. Natural Resources Conservation Service), keçmiş adı Torpağın Mühafizəsi Xidməti (ing. Soil Conservation Service) — ABŞ Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə və digər özəl torpaq sahiblərinə və idarəçilərə texniki yardım göstərən təşkilat.

Təşkilatın adı 1994-cü ildə Bill Klintonun prezidentliyi dövründə onun daha geniş missiyasını əks etdirmək üçün dəyişdirildi. Təşkilat nisbətən kiçik sayılır və hazırda təxminən 12.000 işçisi var.[1] Təşkilatın missiyası dövlət və yerli qurumlarla əməkdaşlıq yolu ilə özəl torpaqlarda təbii ehtiyatları yaxşılaşdırmaq, qorumaq və yaxşı şəraitdə saxlamaqdır. Təşkilatın əsas diqqəti kənd təsərrüfatı torpaqlarında olsa da, torpağın ölçülməsi, təsnifatı və suyun keyfiyyətinin yaxşılaşdırılmasına bir çox texniki töhfələr vermişdir.[2][3]

  1. "People". Natural Resources Conservation Service. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 27, 2018.
  2. U.S. Natural Resources Conservation Service (NRCS). Washington, DC. "Soil Survey Programs." Arxiv surəti 26 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine Accessed 2009-06-05.
  3. NRCS. "National Conservation Practice Standards." Arxiv surəti 11 iyun 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-06-11 at the Wayback Machine National Handbook of Conservation Practices. Accessed 2009-06-05.