Alim Dərələyəzli: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Yazıçı_şablonu_qaydaya_salınır
k Yazıçı şablonu qaydaya salınır
Sətir 1: Sətir 1:
{{Yazıçı
{{Yazıçı
|Adı = Alim Dərələyəzli
|adı = Alim Dərələyəzli
|Orijinal adı = Alim Cəfər oğlu Gülmalıyev
|orijinal adı = Alim Cəfər oğlu Gülmalıyev
|Digər adları =
|digər adları =
|Şəkil = Alim Dərələyəzli.jpg
|şəkil = Alim Dərələyəzli.jpg
|Şəklin ölçüsü =
|şəklin ölçüsü =
|Şəklin izahı =
|şəklin izahı =
|İlk adı = Alim Gülmalıyev
|ilk adı = Alim Gülmalıyev
|Təxəllüsü =
|təxəllüsü =
|Doğum tarixi = 18.5.1953
|doğum tarixi = 18.5.1953
|Doğum yeri = [[Gəncə]]<br/>{{AzSSR}}
|doğum yeri = [[Gəncə]]<br/>{{AzSSR}}
|Vəfat tarixi =
|vəfat tarixi =
|Vəfat yeri =
|vəfat yeri =
|Vəfat səbəbi =
|vəfat səbəbi =
|Dəfn yeri =
|dəfn yeri =
|Vətəndaşlığı =
|vətəndaşlığı =
|Milliyyəti =
|milliyyəti =
|Həyat yoldaşı =
|təhsili =
|Uşağı =
|ixtisası =
|Atası =
|fəaliyyəti =
|fəaliyyət illəri =
|Anası =
|Təhsili =
|əsərlərinin dili =
|İxtisası =
|istiqamət =
|Fəaliyyəti =
|janr =
|ilk əsəri =
|Fəaliyyət illəri =
|tanınmış əsərləri =
|Əsərlərinin dili =
|İstiqamət =
|mükafatları =
|Janr =
|imzası =
|İlk əsəri =
|saytı =
|vikimənbə =
|Tanınmış əsərləri =
|Mükafatları =
|vikianbar =
|İmzası =
|Saytı =
|Vikimənbə =
|Vikianbar =
}}
}}



10:32, 23 sentyabr 2020 tarixindəki versiya

Alim Dərələyəzli
Alim Cəfər oğlu Gülmalıyev
Fayl:Alim Dərələyəzli.jpg
Doğum adı Alim Gülmalıyev
Doğum tarixi (71 yaş)
Doğum yeri Gəncə
Azərbaycan Azərbaycan SSR
Fəaliyyəti şair

Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Gəncə, Azərbaycan SSR) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru.

Həyatı

Alim Dərələyəzli 18 may 1953-cü ildə Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cı ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb. 1973-cü ildə hərbi xidmətə yollanıb. 1973-1975-ci illərdə İrkutsk şəhərində hərbi xidmətdə olub. 1975-ci ildə xidməti başa vurub Kemerovo şəhərinə yollanıb. Həmin il Dağ-mədən texnikumuna daxil olub və 1978-ci ildə texnikumu bitirib. 1978-ci ilin payızında xəstəliyi ilə əlaqədər Mingəçevir şəhərinə gəlib. O vaxtdan dövrü mətbuatda şerləri çap olunur. Ədəbi yaradıcılığa 1980-cı ildən başlayıb. Şerləri, təmsilləri yerli və Respublika qəzet və jurnallarında müntəzəm dərc olunub. "Mingəçevir işıqları", "Azərbaycan işıqları", "Səda", "Kirovabad kommunisti", "Nizami yurdu", "Yevlağın təşəbbüsü" qəzetində şerləri işıq üzü görüb. "Kür" Ədəbi Birliyinin üzvü olub. 1990-cı ildə "Boz-Dağ" Ədəbi Birliyinin sədri seçilib. 1995-ci ildə Bakı şəhərinə köçüb. 1996-1997-ci illərdə "Aydınlıq" qəzetinin bölgə müxbiri vəzifəsində çalışıb. 1997-1998-ci illərdə "Həmrəylik" qəzetində redaktor olub. Yazıları "Respublika", "Xalq" qəzetində dərc edilib. O dövrlərdə dövlət televiziyasında radio verlişləri hazırlayıb. İlk kitabı - "Qəlbimin dağ boyda qəmi" 1992-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. "Qaramanlı Qamboy Ağa", "Qeyrət qalası", "Dərələyəzim - dərdim mənim", "Mingəçevir şahinləri" kitablarının müəllifidir. Bir neçə almanaxda şeirləri və bayatıları çap olunub. Əksər əsərləri qəhrəmanlıq mövzusu üzərində qurulub.

Ailəlidir. İki övladı var.

Kitabları

  • Qəlbimin dağ boyda qəmi. Bakı: Gənclik, 1992.
  • Qaramanlı Qamboy Ağa. Bakı: Gənclik, 1994.
  • Qeyrət qalası. Bakı: Səda, 1995.
  • Dərələyəzim - dərdim mənim. Bakı: Ağrıdağ, 1999.
  • Mingəçevir şahinləri. Bakı: Səda, 1999.
  • Səndən ayrı düşəndə. Bakı: Dərələyəz-M, 2012.