Elşad Şabanov: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Hərbi xadim şablonu qaydaya salınır
k şablon parametrləri
Sətir 2: Sətir 2:
|adı = Elşad Şabanov
|adı = Elşad Şabanov
|orijinal adı =
|orijinal adı =
|digər adları =
|digər adı =
|şəkil = Elşad Şabanov.jpg
|şəkil = Elşad Şabanov.jpg
|şəklin ölçüsü = 240
|şəklin ölçüsü = 240
|şəklin izahı =
|şəklin izahı =
|ilk adı =
|doğum adı =
|ləqəbi =
|ləqəbi =
|təxəllüsü =
|doğum tarixi = 1952
|doğum tarixi = 1952
|doğum yeri = [[Qax]], [[Azərbaycan]]
|doğum yeri = [[Qax]], [[Azərbaycan]]
Sətir 31: Sətir 30:
|əlaqələr =
|əlaqələr =
|istefada =
|istefada =
|mükafatları = [["Qırmızı Ulduz" ordeni|"Qırmızı ulduz" ordeni]], "SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin fəxri əməkdaşı" döş nişanı, [["İgidliyə görə" medalı (SSRİ)|"İgidliyə görə"]] medalları, "Döyüş xidmətinə görə" medalları
|təltifləri = [["Qırmızı Ulduz" ordeni|"Qırmızı ulduz" ordeni]], "SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin fəxri əməkdaşı" döş nişanı, [["İgidliyə görə" medalı (SSRİ)|"İgidliyə görə"]] medalları, "Döyüş xidmətinə görə" medalları
|imzası =
|imzası =
|imzanın eni =
|imzanın izahı =
|saytı =
|saytı =
|vikimənbə =
|vikianbar =
|vikianbar =
}}
}}

'''Elşad Şabanov''' (d. [[1952]], [[Qax]], [[Azərbaycan]])—ehtiyatda olan [[polkovnik]], [[Qarabağ müharibəsi|Qarabağ]] və [[Əfqanıstan müharibəsi (1979-1989)|Əfqanıstan müharibə]]ləri iştirakçısı, Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı adına layiq görülən yeganə azərbaycanlı <ref>[http://525.az/site/index.php?name=xeber&news_id=121779&fbclid=IwAR2ov_mW-kcBlKoTIIQsq7FfeWyegAOFdJVTDl2_uxXHlUV0ENTFSnX2WXg#gsc.tab=0 Nəsillərə nümunə kimi yaşanan ömür]</ref>
'''Elşad Şabanov''' (d. [[1952]], [[Qax]], [[Azərbaycan]])—ehtiyatda olan [[polkovnik]], [[Qarabağ müharibəsi|Qarabağ]] və [[Əfqanıstan müharibəsi (1979-1989)|Əfqanıstan müharibə]]ləri iştirakçısı, Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı adına layiq görülən yeganə azərbaycanlı <ref>[http://525.az/site/index.php?name=xeber&news_id=121779&fbclid=IwAR2ov_mW-kcBlKoTIIQsq7FfeWyegAOFdJVTDl2_uxXHlUV0ENTFSnX2WXg#gsc.tab=0 Nəsillərə nümunə kimi yaşanan ömür]</ref>


Sətir 51: Sətir 48:
Daha sonra Elşad Şabanov 1979-cu il fevral ayında Azərbaycan DTK-nın üç əməkdaşı ilə birlikdə o, [[Daşkənd şəhəri]]<nowiki/>ndə ali kəşfiyyat kursuna göndərilir.
Daha sonra Elşad Şabanov 1979-cu il fevral ayında Azərbaycan DTK-nın üç əməkdaşı ilə birlikdə o, [[Daşkənd şəhəri]]<nowiki/>ndə ali kəşfiyyat kursuna göndərilir.


1979-cu ilin dekabr ayının 25-də Sovet qoşunları [[Əfqanıstan|Əfqanıstana]] daxil olur. 1983-cü ildə Bakıya qayıdan Elşad Şabanova bildirilir ki, Daşkənd şəhərində təşkil olunmuş xarici dil təmayüllü Ali xüsusi 2 illik kurslarda oxumaq üçün ona razılıq verilib <ref>[https://azvision.az/news/70446/bicagimi-saqqallinin-bogazina-soxdum-kqb-nin-azerbaycanli-polkovnikinin-sok-xatireleri.html?fbclid=IwAR1jJaAu6fRcybOV-eQeAkoVoSHinyIg7DQ8M3_v2TNANZWhFqCfPaMMx3M KQB-nin azərbaycanlı polkovnikinin şok xatirələri]</ref>.
1979-cu ilin dekabr ayının 25-də Sovet qoşunları [[Əfqanıstan]]a daxil olur. 1983-cü ildə Bakıya qayıdan Elşad Şabanova bildirilir ki, Daşkənd şəhərində təşkil olunmuş xarici dil təmayüllü Ali xüsusi 2 illik kurslarda oxumaq üçün ona razılıq verilib <ref>[https://azvision.az/news/70446/bicagimi-saqqallinin-bogazina-soxdum-kqb-nin-azerbaycanli-polkovnikinin-sok-xatireleri.html?fbclid=IwAR1jJaAu6fRcybOV-eQeAkoVoSHinyIg7DQ8M3_v2TNANZWhFqCfPaMMx3M KQB-nin azərbaycanlı polkovnikinin şok xatirələri]</ref>.


=== Əfqanıstan müharibəsində iştirakı ===
=== Əfqanıstan müharibəsində iştirakı ===

18:41, 29 noyabr 2020 tarixindəki versiya

Elşad Şabanov
Fayl:Elşad Şabanov.jpg
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qax, Azərbaycan
Vətəndaşlığı azərbaycanlı
Hərbi fəaliyyəti
Rütbəsi polkovnik
Döyüşlər Qarabağ müharibəsi, Əfqanıstan müharibəsi
Təltifləri "Qırmızı ulduz" ordeni, "SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin fəxri əməkdaşı" döş nişanı, "İgidliyə görə" medalları, "Döyüş xidmətinə görə" medalları

Elşad Şabanov (d. 1952, Qax, Azərbaycan)—ehtiyatda olan polkovnik, QarabağƏfqanıstan müharibələri iştirakçısı, Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı adına layiq görülən yeganə azərbaycanlı [1]

Həyatı

Elşad Yusif oğlu Şabanov 1952-ci ildə Qax rayonunda anadan olmuşdur. Orta məktəbi qızıl medalla başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Əsgərlikdən sonra 1978-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində oxumuşdur.

Fəaliyyəti

Ali məktəbi bitirdikdən sonra Dövlət Təhlükəsizlik komitəsinin Qəbələ rayon şöbəsində çalışmağa başlayan Elşad Şabanov burada əməliyyatçı vəzifəsinin yerinə yetrir. Həmin vaxt Qəbələ rayonunda tikilməkdə olan xüsusi təyinatlı hərbi hissə haqda xarici kəşfiyyata məlumat ötürülməsi barədə informasiya daxil olur. Qısa zamanda hərbi əks-kəşfiyyat orqanlarının köməyi ilə hərbi sirri ötürən və qonşu rayonda dövlət əleyhinə işləyən mütəşəkkil cinayətkar dəstə aşkar edilərək zərərsizləşdirilir.

Həmin il respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev İsmayıllı rayonunun İvanovka kəndində Sosialist Əməyi qəhrəmanı N.Nikitinin sədri olduğu kolxozda ümumrespublika müşavirəsi keçirirdi. Respublika rəhbərliyinin təhlükəsizliyini təmin etmək vəzifəsi E.Şabanova həvalə edilir.

Daha sonra Elşad Şabanov 1979-cu il fevral ayında Azərbaycan DTK-nın üç əməkdaşı ilə birlikdə o, Daşkənd şəhərində ali kəşfiyyat kursuna göndərilir.

1979-cu ilin dekabr ayının 25-də Sovet qoşunları Əfqanıstana daxil olur. 1983-cü ildə Bakıya qayıdan Elşad Şabanova bildirilir ki, Daşkənd şəhərində təşkil olunmuş xarici dil təmayüllü Ali xüsusi 2 illik kurslarda oxumaq üçün ona razılıq verilib [2].

Əfqanıstan müharibəsində iştirakı

1985-ci ilin avqust ayında kursu bitirəndən sonra onlar Moskvaya Baş Kəşfiyyat İdarəsinin sərəncamına göndərilirlər. Sentiyabr ayının ilk günü kəşfiyyatçı müdavimləri Tacikistanın paytaxtı Düşənbə şəhərinə gətirirlər. Ertəsi gün Elşad Şabanov qrupu ilə xüsusi təyyarə ilə Əfqanıstana uçur, DTK-nın Kabul şəhərində yerləşən qərargahına gedirlər. Orada bir həftə xüsusi təlimat aldıqdan sonra həmyerlimiz əməliyyat qrupu ilə Bədəxşan vilayətinin mərkəzi Fəyzabad şəhərinə göndərilir. Sovet hərbi aviasiyasının düşmən birləşmələrinin düşərgələrinə havadan zərbə vurmaq üçün kəşfiyyat məlumatı əldə etmək, əməliyyat taboru vasitəsilə xüsusi döyüş əməliyyatlarını həyata keçirmək, müxalif silahlı dəstələri içəridən dağıtmaq üçün onun rəhbərlərinə qarşı kəskin tədbirlər görməkdən ibarət idi.

Dağlara qarın yağdığı, soyuqların düşdüyü bir vaxtda düşmən tam arxayın olmuşdu ki, yaza qədər hücum olmayacaq. 1985-ci il dekabrın 29-da Elşad Şabanovun rəhbərliyi altında mücahidlərin daha çox toplaşdıqları dağlıq ərazidə onlar Kokça çayının sahilinə qədər sıxışdırıldı. Silahlı düşmən dəstələri müqavimət göstərsə də, mühasirəni yara bilmədilər. Kokça çayı bol sulu, dərin və iti axdığı üçün keçə bilmədilər. Sonda mücahidlər böyük itkilər verərək məğlub olurlar.

Elşad Şabanov Əfqanıstan torpağında silahlı quldur dəstələrinin gizləndikləri mövqeləri əraziyə yaxşı bələd olan yerli əhalinin köməyi ilə aşkar edirdi. Onlar haqqında dolğun məlumatlar topladıqdan sonra hücum əməliyyatı planlaşdırırdı. Əməliyyat taboru ən az itki verməklə silahlı quldur dəstələrini məhv edirdi.

Əfqanıstan İslam Cəmiyyəti Partiyasından olan Mövləvi Əmənullanın başçılıq etdiyi silahlı dəstə Baharək adlı məntəqədə bir qrup sovet əsgərini pusquya salaraq ələ keçirmiş, amansız işgəncələr verərək məhv etmişdi. Buna görə Mövləvi Əmənullanı məhv etmək üçün xüsusi plan hazırlandı. Əməliyyat zamanı otuz nəfərdən artıq mücahid məhv edildi, onlarla silahlı yaralandı və əsir götürüldü. Kiçik bir dəstə isə mühasirədən çıxa bildiyindən Mövləvi Cəlilin dəstəsinə qoşulmuşdu. Əməliyyat taborundan iki nəfər həlak olmuş, 5 nəfər isə yüngül yaralanmışdı.

Mücahidlərin istifadəsində olan Amerikanın istehsalı olan "Stinger" raket kompleksi haqqında da ilk məlumatı Elşad Şabanov toplamış və növbəti əməliyyat zamanı silahlı əfqan dəstələrindən qənimət kimi götürülmüşdü. Mücahidlərin əsas silahı, Çin istehsalı olan "yer-yer" tipli raket də növbəti döyüşlərdə ələ keçirilmişdi.

1987-ci il may ayının əvvələrində Elşad Şabanov daha bir uğurlu əməliyyat keçirir.  Mücahidlərin gizli yolla Pakistan ərazisindən Əfqanıstanın şimalına "Toyota" markalı yük maşınlarında silah aparması barədə o, məlumat əldə edir. Tabor komandiri ilə əməliyyat planı hazırlayır və əməliyyatın rəhbəri özü təyin olunur. Gecə saat 3 radələrində maşın karvanını məhv etmək üçün pusqu qurulur. Onlar kolonun önündə və sonunda gedən maşınları öncə vurmağı planlaşdırırlar ki, mücahidlər geri dönüb qaça bilməsinlər. Kolonda birinci gedən maşını Elşad Şabanov əl qumbaraatanı ilə vurur. Sonuncu maşına isə taborun əsgərləri kütləvi atəş açır. Beləliklə, mücahidlərin daha bir təhlükəli planının qarşısı alınır.

Elşad Şabanovun döyüş əməliyyatları bununla bitməyib. O, ayrı-ayrı döyüşlərdə yaralanıb, sonuncu döyüşdə isə minaya düşərək ağır kontuziya alıb. Əvvəlki döyüşlərdə aldığı güllə və qəlpə yaraları onun səhhətində ciddi problemlər yaradıb. Kabulda hospitalda müalicə olunsa da, sağalması üçün uzun müddət tələb olunub. Nəhayət, Elşad Şabanov SSRİ-yə qayıdıb. Uzun sürən müalicədən sonra XaçmazƏzizbəyov (indiki Xəzər) rayonlarında dövlət təhlükəsizlik şöbəsinin rəisi, daha sonra Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifələrdə xidmət edib. Polkovnik rütbəsində ehtiyata buraxılıb. Hal-hazırda Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri vəzifəsini icra etməktədir.

Mükafatları

Elşad Şabanov xidmətlərinə görə "SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin fəxri əməkdaşı" döş nişanı, "Qırmızı ulduz" ordeni, "İgidliyə görə" medalları, "Döyüş xidmətinə görə" medalları və başqa mükafatlarla təltif olunub.

İstinadlar