Ramin Həsənov: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 5: | Sətir 5: | ||
|şəklin ölçüsü = 250px |
|şəklin ölçüsü = 250px |
||
|titul = Azərbaycanın |
|titul = Azərbaycanın [[Almaniya]]dakı fövqaladə və səlahiyyətli səfiri |
||
|bayraq = Coat_of_arms_of_Azerbaijan.svg |
|bayraq = Coat_of_arms_of_Azerbaijan.svg |
||
|bayraq2 = Flag_of_Azerbaijan.svg |
|bayraq2 = Flag_of_Azerbaijan.svg |
06:59, 23 avqust 2022 tarixindəki versiya
Ramin Həsənov | |
---|---|
Ramin Müzəffər oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Həsənov Ramin Müzəffər oğlu 7 noyabr 1977) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri (2016—2022).
Həyatı
Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994—1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998—2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir.
Azərbaycan, alman, ingilis, rus və türk dilləri bilir.
Evlidir, iki övladı var.
Diplomatik karyerası
Ramin Həsənov diplomatik xidmətə 1999-cu ildə başlamışdır. 1999—2000-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada idarəsində referent və attaşe vəzifələrində çalışmışdır. 2000—2003-cü illərdə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin attaşesi və üçüncü katibi vəzifələrində işləmişdir. 2003—2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Birinci Qərb İdarəsinin üçüncü katibi və ikinci katibi olmuşdur. 2004—2005-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində ikinci katib vəzifəsində çalışmışdır. 2005—2009-cu illərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyin ikinci katibi, birinci katibi və müşaviri vəzifələrində işləmişdir. 2009—2010-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində şöbə müdiri, 2010—2013-cü illərdə idarə rəisinin müavini olmuşdur. 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 2016-cı ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir.
24 iyul 2009-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 90 illiyi yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2012-ci il tarixli 2340 nömrəli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur[3].
Ramin Həsənov Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətlərinin tərkibində Azərbaycanı çoxsaylı ikitərəfli və çoxtərəfli tədbirlərdə təmsil etmişdir.
7 sentyabr 2016-cı ildən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiridir.[4] Azərbaycan Respublikasının Prezidentinin 9 iyul 2019-ci il tarixli 1320 nömrəli sərəncamı ilə Ramin Həsənova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir[5].
İstinadlar
- ↑ R.M.Həsənovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ R.M.Həsənovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında
- ↑ http://www.president.az/articles/21017
- ↑ Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı