Cahangir Zülfüqarov: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 38: | Sətir 38: | ||
| [[Şəkil:Cahangir Zulfuqarov.jpg |115px]] |
| [[Şəkil:Cahangir Zulfuqarov.jpg |115px]] |
||
|} |
|} |
||
==Mənbə== |
|||
*[http://kuklateatri.com/Cahangir%20Zülfüqarov.html Cahangir Zülfüqarov] |
|||
==Həmçinin Bax== |
==Həmçinin Bax== |
05:35, 30 aprel 2010 tarixindəki versiya
CAHANGİR ZÜLFÜQAROV | |
---|---|
Doğum tarixi | 31 oktyabr 1955 (68 yaş) |
Doğum yeri | |
Atası | Oqtay Zülfüqarov |
Fəaliyyəti | bəstəkar |
|} Kino bəstəkarı
Həyatı
Cahangir Oqtay oğlu Zülfüqarov 31 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb (1979-1984). Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə burada azərbaycan və rus truppalarında hazırlanan Aleksandr Ostrovskinin «Qar qız», Kamal Aslanovun «Şərq nağılı», «Göy saqqal», Həsənağa Hüseynovun «Saz əhvalatı», Bertolt Brextin «Kuraj ana», Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar», Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz», Namiq Ağayevin «Oxay və Əhməd», Rəhman Əlizadənin «Damdabaca», «Tıq-tıq xanım», «Maymaq», «Dəcəl çəpişlər belə-belə işlər», Ələkbər Hüseynovun «Səadət quşu» və «Möcüzəli tamaşa», Tofiq Ağayevin «Qoçaq Əhməd», Xanımana Əlibəylinin «Ləpələrin nağılı», Nicat Kazımovun «Ələddin», Şarl Perronun «Qırmızı papaq», Cani Rodarinin «Çipollino» və sair tamaşalara musiqi bəstələyib. Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar (1990 – 2001) bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var.
Axırıncı işlərindən biri onun «Qala» filminə bəstələdiyi musiqidir.
- Bəstəkar Oqtay Zülfüqarovun oğludur.
Filmoqrafiya
Şəkil
Fayl:Cahangir Zulfuqarov.jpg |