Oqtay Zülfüqarov (31 may 1929, Bakı – 31 avqust 2016, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2000).[1]
Oqtay Zülfüqarov | |||
---|---|---|---|
Oqtay Qədir oğlu Zülfüqarov | |||
Ümumi məlumatlar | |||
Doğum tarixi | 31 may 1929 | ||
Doğum yeri | |||
Vəfat tarixi | 31 avqust 2016 (87 yaşında) | ||
Vəfat yeri | |||
Dəfn yeri | |||
Uşağı | |||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | Bəstəkar | ||
Fəaliyyət illəri | 1951–2016 | ||
Musiqi alətləri | Violonçel, fortepiano | ||
Təhsili | |||
Mükafatları |
|
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakı şəhərinin Pirşağı qəsəbəsində hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violoncel sinfini, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün yazılan "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir. 2010–2012 illərdə O. Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.[2]
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, Qız-ulduz, Pişik və Sərçə və Meşə nağılı operalarını da yazıb. Şəngülüm, Şüngülüm və Məngülüm adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı Şənlən mənim xalqım uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.
Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişdir. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi tanınmışdır. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyümüşdür. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı ''Tumurcuq'' adlı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi. Oqtay Zülfüqarov 31 avqust 2016-cı ildə 87 yaşında vəfat etmişdir.[3][4] Bəstəkar II Fəxri Xiyabanda dəfn edilmişdir.[5]
3 övladı var: Cahangir, Züleyxa, Leyla.[6]