Oktay Mehdiyev: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
"Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015)" səhifəsinə verilmiş keçid(lər) silinir: silinmiş məqalə.
Sətir 15: Sətir 15:
== Filmoqrafiya ==
== Filmoqrafiya ==
# [[220 №-li otaq (film, 2010)]]
# [[220 №-li otaq (film, 2010)]]
# [[Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015)]]
# Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015)
# [[Mən burdayam, İlahi!]]
# [[Mən burdayam, İlahi!]]



02:41, 24 mart 2024 tarixindəki versiya

Oktay Mehdiyev
Oktay Nüsrət oğlu Mehdiyev
Doğum tarixi 22 oktyabr 1976(1976-10-22) (47 yaş)
Fəaliyyəti aktyor
Təhsili

Mehdiyev Oktay Nüsrət oğlu (22 oktyabr 1976) — Azərbaycan aktyoru.

Həyatı

Mehdiyev Oktay Nüsrət oğlu 22.10.1976-cı ildə anadan olub. 1994-cü ildə Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsinə qəbul olunmuş, 1998-ci ildə oranı bitirmişdir.

1999-cu ildən hal-hazıradək H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktyor işləyir. Diplom işi olaraq Akademik Milli Dram teatrında hazırlanan "Şadlıq sorağında" (V. Rozov) tamaşasında baş rolun ifaçısı olmuşdur.

Sumqayıt teatrında oynadığı rollardan Bəhruz (T. Vəliyeva "Mənim ağ göyərçinim"), Talıb (Ə. M. Lələdağ "Tələ"), Vəliqulu (C. Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Göstəbək (G. Xuqayev "Bir köpək vardı"), Təkgöz (K. Həsənov "Sehrli yaylıq"), Birinci xidmətçi (Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu"), narkoman (Y. Həşimov "Həkimlər nobata gedir"), Teymur (Ə. M. Lələdağ "Dağlarda tufan"), Şair (Anar "Yaxşı padşahın nağılı"), Qozbel (Ə. Əmirli "Varlı qadın"), və s. göstərmək olar.

Filmoqrafiya

  1. 220 №-li otaq (film, 2010)
  2. Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015)
  3. Mən burdayam, İlahi!

İstinadlar