Sumqayıt Dövlət Musiqili Dram teatrı


Sumqayıt Dövlət Dram TeatrıSumqayıtda fəaliyyət göstərən peşəkar teatr.

Sumqayıt Dövlət Dram Teatrı
Sumqayıt Dövlət Dram Teatrı
Xəritə
Ümumi məlumatlar
Əvvəlki adı H.Ərəblinski adına Sumqayıt Musiqili Dövlət Dram Teatrı
Teatrın tipi Dram
Əsası qoyulub 1968-ci il
Teatr binası
Açılıb 14 mart 1969
Heyət
Direktor Samir Şəfiyev
Baş rejissor Firudin Məhərrəmov
Yerləşməsi
40°35′47″ şm. e. 49°40′09″ ş. u.HGYO
Ölkə
Yerləşir Sumqayıt
Ünvan Azərbaycan Azərbaycan, Sumqayıt şəhəri, Azərbaycan prospekti 21
Sumqayıt Dövlət Dram Teatrı xəritədə
Sumqayıt Dövlət Dram Teatrı
Sumqayıt Dövlət Dram Teatrı
sumqayitdram.az

Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır.

1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir.[1]

1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı.

Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi.

1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi.[2]

Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir.

Mixail Lermontovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı ,Əbdürrəhim bəy Haqverdiyevin [3]"Kimdir müqəssir" vodevili[4] (2022) , Dyula Urbanın "Bütün siçanlar pendiri  sevir" pyesi Fuad Kazımovun quruluşunda (2024) teatrın səhnəsində məharətlə oynanılmışdır.[5]

Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.

Teatrda bir müddət xalq artistləri – Rza Əfqanlı, Barat Şəkinskaya, görkəmli rejissor Mərahim Fərzəlibəyov çalışmışlar. Teatrın yetirmələri – Afaq Bəşirqızı, Hicran Mehbalıyeva, Valeh Kərimov, Rövşən Almuradlı, Kazım Abdullayev, Məzahir Süleymanov Azərbaycanın tanınmış incəsənət xadimləridir.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti 25 sentyabr 2008-ci ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı ilə bağlı 2 sərəncam vermişdir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə teatrın 2 əməkdaşına "Azərbaycan Respublikasının xalq artisti", 6 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar artisti", 3 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adları verilmiş[6] və 6 əməkdaş "Tərəqqi" medalı ilə təltif edilmişdir[7].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Görkəmli Azərbaycan artisti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 30 sentyabr 1969-cu il tarixli, 446 nömrəli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  2. Sitat səhvi: Yanlış <ref> teqi; sumqayitdram.az adlı istinad üçün mətn göstərilməyib
  3. "Əbdürrəhim bəy Haqverdiyev". Encyclopaedia of Islam, THREE. İstifadə tarixi: 2024-06-11.
  4. "Sumqayıt teatrında[[:Şablon:Əbdürrəhim bəy Haqverdiyevin]] "Kimdir müqəssir?"". medeniyyet.az (ingilis). 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  5. "Arxivlənmiş surət". 2024-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.
  6. "Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3060 nömrəli Sərəncamı. Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine  (az.)
  7. "Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3061 nömrəli Sərəncamı.[ölü keçid]  (az.)