Qısaerkəkcikli boruçiçək

Vikipediya saytından
İşçiBot (müzakirə | töhfələr) (Bot: tənzimləmə) tərəfindən edilmiş 21:44, 26 aprel 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Elmi adı - Solenanthus brachystemon Fisch. et C.A. Mey.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.[1][2]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Gövdəsi süpürgəvari budaqlanan, 50-80 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzunsov və ya ensiz elliptik, 10-20 sm uzunluqda, 2-4 (7) sm enindədir. Gövdə yarpaqları çoxsaylı, aşağıdakılar uzunsov, digərləri uzunsov – lansetvari və ya lansetvari, oturaq, gövdəni bürüyən, lap yuxarıdakılar kiçilmişdir. Çiçək qrupu süpürgə, azçiçəkli, qıvrımlıdır. Kasacıq 5–7 mm uzunluqda, boz rəngdədir. Tac 8–10 mm uzunluqda açıq bənövşəyi rəngdədir. Fındıqçası çoxsaylı, uzun, nazik, löbərvari qopartikanlıdır.[3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləməsi mart – aprel aylarına təsadüf edir. Düzən və dağətəyi ərazilərdə, əsasən meşələrdə rast gəlinir.[3][4]

Yayılması

Lənkaran ovalığı və dağlıq hissələridir.[3][5][6]

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpasının çox zəif olması və iqlimin mənfi təsirlərdən asılılığı müşahidə olunur. Xüsusi yaşayış mühitinə tələbkar bitkidir.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (otarılma, tapdalanma) və iqlimdir.

Mühafizə tədbirləri

Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.

İstinadlar

  1. http://redbook.az/?options=project&id=Q%C4%B1saerk%C9%99kcikli%20boru%C3%A7i%C3%A7%C9%99k[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 3 1. Флора Азербайджан, 1957.
  4. 1 2 2. Аскерова Р.К., Керимов В.Н.,1999.
  5. 3. Əsgərov A.M., 2006.
  6. 4. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012.