Qısaerkəkcikli boruçiçək (lat. Solenanthus brachystemon) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin boruçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.
Qısaerkəkcikli boruçiçək | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qısaerkəkcikli boruçiçək |
||||
Beynəlxalq elmi adı | ||||
|
Çoxillik ot bitkisidir. Gövdəsi süpürgəvari budaqlanan, 50-80 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzunsov və ya ensiz elliptik, 10-20 sm uzunluqda, 2-4 (7) sm enindədir. Gövdə yarpaqları çoxsaylı, aşağıdakılar uzunsov, digərləri uzunsov – lansetvari və ya lansetvari, oturaq, gövdəni bürüyən, lap yuxarıdakılar kiçilmişdir. Çiçək qrupu süpürgə, azçiçəkli, qıvrımlıdır. Kasacıq 5–7 mm uzunluqda, boz rəngdədir. Tac 8–10 mm uzunluqda açıq bənövşəyi rəngdədir. Fındıqçası çoxsaylı, uzun, nazik, löbərvari qopartikanlıdır.
Çiçəkləməsi mart-aprel aylarına təsadüf edir. Düzən və dağətəyi ərazilərdə, əsasən meşələrdə rast gəlinir.
Lənkaran ovalığı və dağlıq hissələridir.
Populyasiyanın təbii bərpasının çox zəif olması və iqlimin mənfi təsirlərdən asılılığı müşahidə olunur. Xüsusi yaşayış mühitinə tələbkar bitkidir.
Antropogen amillər (otarılma, tapdalanma) və iqlimdir.
Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.