Genişmiqyaslı şəbəkə

Vikipediya, azad ensiklopediya
Dinamik-bot (müzakirə | töhfələr) (r2.6.5) (Bot redaktəsi dəyişdirilir: ro:Rețea de arie largă) tərəfindən edilmiş 06:41, 10 aprel 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Qlobal şəbəkələr (Wide Area Networks, WAN) - Ərazi kompyuter şəbəkələri də adlandırıırlar. Onlar region, dövlətlər, kontinent və ya bütün Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək üçün yaradılıb.

Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin qurulması böyük xərclər tələb edir, bura kabellərin və onların çəkilmə işlərinin qiyməti, kommutasiya avadanlıqlarının və kanalın lazımi keçirmə zolağını təmin edən aralıq gücləndirici qurğuların xərcləri, həmçinin böyük ərazilərdə yayılmış şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri də daxildir.

Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən abonentlərə pullu xidmət etmək üçün yaradılır.

Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip verilənləri: kompyuter verilənlərini, telefon danışıqları, fakslar, teleqramlar, televiziya görüntüləri, teletekst (iki terminal arasında verilənlərin ötürülməsi), videotekst (şəbəkədə saxlanılan verilənlərin öz terminalına götürmək) və s. verilənləri ötürə bilən vahid qlobal şəbəkənin yaradılma tendensiyası meydana gəlmişdir.

ISO/OSI modeli

Qlobal kompyuter şəbəkələrində informasiyanın mübadiləsi üçün açıq sistemlərin qarşılıqlı təsir modeli – ISO/OSI modelindən (ISO – International Standarts Organization, OSI – Open Systems Interconnection) istifadə olunur.

OSI modeli acıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir. Bu səviyyələrin hər birində xüsusi protokol adlanan standartlardan istifadə olunur.

Qlobal şəbəkənin strukturu

Qlobal hesablama şəbəkələri müəssisədə olan və ya uzaq məsafədə yerləşən və informasiya mübadiləsinə ehtiyacı olan bütün abonentlər arasında əlaqə yaratmaq imkanına malik olmalıdır. Bunun üçün qlobal şəbəkə kompleks xidmətlər göstərməlidir. Qlobal hesablama şəbəkəsi bir biri ilə əlaqədə olan üç alt şəbəkədən ibarətdir:

  • Verilənləri ötürmə şəbəkəsi;
  • EHM şəbəkəsi;
  • Terminal şəbəkəsi.

Kommutasiya üsulları

İnformasiya mübadiləsini həyata keçirmək üçün abonentlər arasında əlaqə 3 üsulla yaradıla bilər:

  1. kanalların kommutasiyası;
  2. məlumatların kommutasiyası;
  3. paketlərin kommutasiyası.

Kanalların kommutasiyası

Kanalların kommutasiyası abonentlər arasında fiziki kanalın ayrı-ayrı hissələrini bir-birinin ardınca qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir. Verilənlərin ötürülmə vaxtı ötürülən məlumatların uzunluğundan və kanalın ötürmə sürətindən asılıdır.

Məlumatların kommutasiyası

Məlumatların kommutasiyası başlıq və verilənlərdən ibarət məlumatların şəbəkə qovşaqları tərəfindən təyin edilən marşrut üzrə ötürülməsi yolu ilə həyata keçirilir.

Paketlərin kommutasiyası

Paketlərin kommutasiyası məlumatları müəyyən uzunluğu olan (adətən 1024 bayt) və başlıqla təmin olunmuş məlumat elementləri – paketlərə bölmək və paketləri şəbəkə qovşaqları vasitəsilə təyin edilən marşrut üzrə ötürmək yolu ilə həyata keçirilir.

Qlobal şəbəkələrin növləri

80-cı illərdə praktiki olaraq paketlərin kommutasiyası ilə işləyən yalnız X.25 - qlobal şəbəkə texnologiyasından istifadə olunurdu. Bu gün seçim xeyli artıb, X.25 şəbəkələri ilə yanaşı Frame Relay, ATM texnologiyalarından da istifadə olunur. Bununla yanaşı qlobal komputer şəbkələrində TCP/IP texnologiyasından da geniş istifadə olunur ki, buna İnternet şəbəkəsini misal göstərmək olar.

Mənbə

Ədəbiyyat

  1. В.Г. Олифер, Н.А. Олифер. Компьютерные сети. Принципы, технологии, протоколы / - СПБ: Питер. 2001-672 с.
  2. Вычислительные системы, сети и телекоммуникации. Пятибратов и др. – ФИС, 1998
  3. М. Кульгин. Технологии корпоративных сетей. Энциклопедия – СПБ: Питер. 2000 – 704
  4. А.В. Фролов, Г.В. Фролов. Глобальные сети компьютеров. – М.: ДИАЛОГ – МИФИ. 1996 – 288 с.

Həmçinin bax

Xarici kecidlər