Teleqram (yun. τηλέ — uzaq, γραμμα — yazı) — teleqraf vasitəsilə ötürülən məlumat.
21 oktyabr 1832-ci ildə dünyada ilk teleqram Pavel Lvoviç Şillinqin (Baron Pavel L'vovitch Schilling) Sankt-Peterburqdakı mənzilində yerləşdirilmiş elektromaqnit teleqraf aparatından göndərilmişdir. Bu teleqramın mətni on sözdən ibarət idi.
6 yanvar 1836-cı ildə amerikalı ixtiraçı və rəssam Samuel Morze (Samuel Morse) Nyu-Cersi ştatının Morristaun şəhərində teleqraf aparatını nümayiş etdirmiş və bu aparat vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: "A patient waiter is no loser" ("Səbr edən heç vaxt uduzmur"). Bu tarixdən etibarən bütün dünyada məlumatın teleqraf vasitə- silə ötürülməsində standart kimi Morze əlifbasından istifadə edilməyə başlanmışdır. Əlifbanın hər bir hərfi nöqtə və tirelərdən ibarət idi. Bu işarələrin müxtəlif say və ardıcıllığı müəyyən hərf bildirirdi. Morzenin quraşdırdığı 60 kilometrlik teleqram xətti ilk dəfə prezident seçkilərinə dair məlumatların verilməsində istifadə olunmuşdur.