Ahaltəkə atı

Vikipediya, azad ensiklopediya
İrada (müzakirə | töhfələr) tərəfindən edilmiş 11:27, 19 aprel 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:At cinsləri

Axaltəkə atı

Axaltəkə atı — köçəri Təkə türkmən tayfası təfəfindən yaradılmış at cinsi.

Bəzi ekspertlərin rəyinə görə Axaltəkə atı dünyada ən qədim at növlərindən biridir. Qamətli və uca boylu Axaltəkə atları deyilənə görə səhra şəraitində azca su ilə uzaq yürüşlərə davamlığına görə Marko PoloMakedoniyalı İsgəndər kimi qədim dövrün məşhur səyahətçilərinin diqqətini özünə cəlb etmişdi.

Tarixi

Axaltəkə atları şəkillərdə

Köçəri Təkə türkmən tayfası əsrlərlə yetişdirdiyi təmiz cinsli Axaltəkənin başqa at cinsləri ilə qarışmasına yol vermirdi. XIX əsrdə isə Təkələr Rusiya imperiyasının ordusuna məhz həmin atların köməyi ilə uzun müddət müqavimət göstərməyə qadir olduğundan, 1870-ci illərdə Rusiya hərbçiləri Axaltəkənin kökünü kəsməyi qərara alaraq, atların böyük əksəriyyətini məhv etdilər. 20 ildən sonra isə Rusiya alimləri yenidən Axaltəkə at növünü bərpa etməyə başladılar və bu gün dünyada olan həmin atlarının hamısı məhz onların o zaman bərpa etdikləri cins nəsildəndir.

ABŞ-n Florida ştatında təmiz cinsli Axaltəkə atları yetişdirən Cessika Eyli Keytin dediyinə görə, Sovet dövründə Axaltəkənin taleyi eniş-yoxuşlu olub, lakin dövlət başçısı Nikita Xruşovun 5 illik iqtisadi planlaşdırma proqramı bir daha bu at növünün yer üzündən silinmə təhlükəsini gerçəkləşdirdi: «Axaltəkə atları başqa gözəl atlarla yanaşı ət üzrə planı doldurmaqdan ötrü sallaqxanalara göndərilirdi».

Axaltəkə atları bu gün

Axaltəkə atı Türkmənistanın dövlət gerbində

Bu gün Axaltəkə atlarına, deyilənə görə, əslən Təkə tayfasından olan Türkmənistan prezidenti Saparmurad Niyazov himayədarlıq edir. O, Axaltəkələri dünya liderlərinə hədiyyə verir və məlumatlara görə, ölkəsində atçılıq mərkəzinin yaradılmasına 25 milyon dollara yaxın vəsait sərf edib[1].

Məşhur Axaltəkə atları

Axaltəkə atı poçt markaları üzərində

İstinadlar

  1. Türkmənbaşının dünya liderlərinə hədiyyəsi
  2. Кузнецова Ю. Подарки для царей. Ход конём // Золотой Мустанг. - 2001. - № 3.  (Yoxlanılıb 31 dekabr 2010) (rusca)

Xarici keçidlər