Nəqliyyat

Vikipediya, azad ensiklopediya
Eksper (müzakirə | töhfələr) (→‎Xarici keçidlər) tərəfindən edilmiş 18:02, 19 oktyabr 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Böyük Britaniyada avtomagistral

Nəqliyyat insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqasına daşınmasıdır. Bu işi yerinə yetirmək üçün nəqliyyat vasitələrindən istifadə edilir. Nəqliyyat vasitələri texniki avadnlıq olub daşımada istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarılıri göstərmək olar.

Nəqliyyat vasitələri — ictimai istehsalın müəyən vasitəsi, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyətli, istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirən əsas vasitə.

Onlayn təchizatı

Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər.[1]

Ümumi məlumat

Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyən vasitəsi kimi özünün göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır. Azərbaycan ərazisində geniş düzənliklər, bol sulu çaylar, keçilməz dağ aşırımları və s. çox olduğundan, yerli əhali bu və ya digər nəqliyyat vasitəsindən istifadə etmişdir. Bununla yanaşı, məhsuldar qüvvələrin inkişafı, xalqın ictimai-iqtisadi və mədəni-texniki inkişaf səviyyəsi, iqtisadi ehtiyacları da müxtəlif növ nəqliyyat vasitələrinin yaranması və təkmilləşməsində böyük rola malik olmuşdur. Nəqliyyat vasitələri bəşər cəmiyyətinin ilk dövrlərində meydana gəlmiş, sonralar xüsusi mülkiyyətə və əmtəə istehsalının yaranması dövründə madii istehsalın ayrıca bir sahəsi kimi formalaşmışdır.

Maraqlı faktlar

  • Ən böyük velosiped 7.80 metr uzunluğunda, 3.70 metr hündürlüyündədir.
  • Ən böyük motosikl 3 ilə hazırlanıb. İngilis Qreq Dunham motosiklin hazırlanmasına 300 min dollar xərcləyib.
  • Ən böyük gəmi Norveçə məxsusdur. "Knock Nevis" 458 metr uzunluğunda və 260 min ton ağırlığındadır. 2004-cü ildən bəri dünya okeanı sularında üzür.
  • Ən böyük təyyarə 1988-ci ildə hazırlanan "An-225"-dir. Kosmik yükləri daşımaq üçün nəzərdə tutulan təyyarə indi yük təyyarəsi kimi istifadə edilir. 84 metr uzunluğu, 18,1 metr hündürlüyündə olan təyyarənin boş vəziyyətdə çəkisi 285 tondur. "An-225" 250 ton yük qaldıra bilir.
  • Dünyanın ən böyük helikopteri 37 metr uzunluğunda, 12,5 metr hündürlüyündədir. "Mi-12" 105 ton ağırlığında yük qaldıra bilər.
  • Dünyanın ən böyük tank layihəsi 1942-ci ildə Hitlerin əmri ilə hazırlanıb. "Landkreuzer P. 1500 Monster" uzunluğunun 42 metr, hündürlüyünün 18 metr, çəkisinin isə 500 ton olması planlaşdırılırdı. Ancaq 800 mm-lik topla silahlanacaq olan bu tank hazırlanıb başa çata bilmədi.
  • Bu günə qədər istehsal edilən ən böyük sualtı qayıq Sovet İttifaqı tərəfindən 1980-cı illərdə hazırlanan "Tayfun"lardır. 20 nüvə raketi daşıya bilən sualtı qayığın uzunluğu 170 metr, çəkisi isə 26 min tondur.
  • Dünyanın ən böyük yük maşını Kanadada hazırlanıb. "Titan" adlı avtomobilin çəkisi 235 ton, uzunluğu isə 20 metrdir. 3 min 300 at gücündə olan motorlarının köməyi ilə 550 ton yük daşıya bilər.

Xarici keçidlər

Ankara Evden Eve Nakliyat (Türkiye)

Həmçinin bax

İstinadlar

  1. Qwe.az - Rəşad Mehbaliyev, "Get orda kimdən soruşsan deyəcək" və ya şəhər nəqliyyat sisteminin onlayn təminatı

 (ərəb.)