Nəqliyyat vasitələri

Böyük Britaniyada avtomagistral

Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir.[1] Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləritəyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər.[2]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır. Məhsuldar qüvvələrin inkişafı, xalqın ictimai-iqtisadi və mədəni-texniki inkişaf səviyyəsi, iqtisadi ehtiyacları da müxtəlif növ nəqliyyat vasitələrinin yaranması və təkmilləşməsində böyük rola malik olmuşdur. Nəqliyyat vasitələri bəşər cəmiyyətinin ilk dövrlərində meydana gəlmiş, sonralar xüsusi mülkiyyətə çevrilmiş və əmtəə istehsalının yaranması dövründə maddi istehsalın ayrıca bir sahəsi kimi formalaşmışdır.

Nəqliyyatın növləri

[redaktə | mənbəni redaktə et]
  1. Dəmir yol nəqliyyatı — sürəti və təhlükəsizliyinə görə fərqlənir. Dağlıq, bataqlıq kimi əlverişsiz relyefə malik ərazilərdə istifadə oluna bilmir.
  2. Su nəqliyyatı (Dəniz və çay nəqliyyatı)
  3. Avtomobil nəqliyyatının bir neçə üstünlüyü vardır: dəmiryolu nəqliyyatında olduğu kimi hərəkət mühiti daha az məhduddur; demək olar ki, hərəkət zamanı istənilən yerdə dayanmaq olar;
  4. Hava nəqliyyatı
  5. Boru-kəmər nəqliyyatı

Nəqliyyatın fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nəqliyyatın fəaliyyəti və inkişaf səviyyəsi bir sıra iqtisadi göstəricilər əsasında qiymətləndirilir. Buraya nəqliyyat yollarının ümumi uzunluğu, onlann sıxlığı, yük dövriyyəsinin həcmi və tərkibi, sərnişin daşınmalarının sayı və s. daxildir. Bu və digər göstəricilərə görə inkişaf etmiş və inkişafda olan ölkələr arasında kifayət qədər böyük fərqlər vardır. Belə ki, dünya nəqliyyat şəbəkəsinin təxminən 80%-i inkişaf etmiş ölkələrin payına düşür. Ərazinin nəqliyyat cəhətdən yüksək səviyyədə mənimsənilməsi ilə yanaşı burada əhalinin hərəkəti daha sürətlidir. Məsələn, son 100 il ərzində inkişaf etmiş ölkələrdə əhalinin hərəkəti təxminən 30 dəfə artdığı halda, inkişafda olan ölkələrdə bu göstərici 20 dəfə aşağıdır. Nəqliyyat sistemi quruda, suda və hava məkanında inkişaf edir. Nəqliyyat hər hansı coğrafi mühitdə özünəməxsus xüsusiyyətlər əsasında inkişaf edir.[3].

Çarter reyslər

[redaktə | mənbəni redaktə et]

Nəqliyyat qovşaqları

[redaktə | mənbəni redaktə et]

Nəqliyyat qovşaqları — Bakı, Yevlax, Gəncə, Şirvan, Ağstafa, Kürdəmir, Culfa, Şəki, Hacıqabul.

Cənubi QafqazMərkəzi Asiya ölkələrinin müstəqillik əldə etməsi ilə əlaqədar bu ölkələrin iqtisadi coğrafi və strateji mövqeyinin əhəmiyyəti artır. Asiya ölkələrindən Avropaya gedən ən qısa nəqliyyat yolları buradan keçir. Bu ölkələr arasında olan əlaqələri genişləndirmək üçün orta əsrlərdə mövcud olan "qədim ipək yolu" bərpa edilir. Asiyadan Avropaya gedən bu yol Avrasiya nəqliyyat dəhlizi adlanır. Onun Qafqazdan keçən hissəsinə transqafqaz nəqliyyat yolu deyilir.[4].

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Ən böyük velosiped 7,80 metr uzunluğunda, 3,70 metr hündürlüyündədir.
  • Ən böyük motosikl 3 ilə hazırlanıb. İngilis Qreq Dunham motosiklin hazırlanmasına 300 min dollar xərcləyib.
  • Ən böyük gəmi Norveçə məxsusdur. "Knock Nevis" 458 metr uzunluğunda və 260 min ton ağırlığındadır. 2004-cü ildən bəri dünya okeanı sularında üzür.
  • Ən böyük təyyarə 1988-ci ildə hazırlanan "An-225"-dir. Kosmik yükləri daşımaq üçün nəzərdə tutulan təyyarə indi yük təyyarəsi kimi istifadə edilir. 84 metr uzunluğu, 18,1 metr hündürlüyündə olan təyyarənin boş vəziyyətdə çəkisi 285 tondur. "An-225" 250 ton yük qaldıra bilir.
  • Dünyanın ən böyük vertolyotu 37 metr uzunluğunda, 12,5 metr hündürlüyündədir. "Mi-12" 105 ton ağırlığında yük qaldıra bilir.
  • Dünyanın ən böyük tank layihəsi 1942-ci ildə Hitlerin əmri ilə hazırlanıb. "Landkreuzer P. 1500 Monster" uzunluğunun 42 metr, hündürlüyünün 18 metr, çəkisinin isə 500 ton olması planlaşdırılırdı. Ancaq 800 mm-lik topla silahlanacaq olan bu tank hazırlanıb başa çata bilmədi.
  • Bu günə qədər istehsal edilən ən böyük sualtı qayıq Sovet İttifaqı tərəfindən 1980-ci illərdə hazırlanan "Tayfun"dur. 20 nüvə raketi daşıya bilən sualtı qayığın uzunluğu 170 metr, çəkisi isə 26 min tondur.
  • Dünyanın ən böyük yük maşını Kanadada hazırlanıb. "Titan" adlı avtomobilin çəkisi 235 ton, uzunluğu isə 20 metrdir. 3 300 at gücündə olan mühərriklərinin köməyi ilə 550 ton yük daşıya bilir.
  • Konteynerdə malların daşınması yüklərin daşınmasının ən iqtisadi və etibarlı üsullarından biridir.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • İsgəndər Hüseyn. Azərbaycanın yol tarixi. — B.: Azərbaycan, 1995.- 128 s.
  • Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 727 səh.
  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 
  2. "Qwe.az - Rəşad Mehbaliyev, "Get orda kimdən soruşsan deyəcək" və ya şəhər nəqliyyat sisteminin onlayn təminatı". 2011-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-02.
  3. Dünyanın iqtisadi və sosial coğrafiyası, dərslik, səh 595
  4. Dünyanın iqtisadi və sosial coğrafiyası, dərslik, səh 595
  5. "Beynəlxalq konteyner daşımaları". 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.