Microsoft Access

Vikipediya, azad ensiklopediya
İrada (müzakirə | töhfələr) (Yeni səhifə: '''Microsoft Access''' - verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş proqramdır. O, müxtəlif növ [...) tərəfindən edilmiş 21:12, 26 oktyabr 2007 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Microsoft Access - verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş proqramdır. O, müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir. Bu proqram relyasiya verilənəlr bazası (VB) ilə işləyir. Relyasiya VB-da müxtəlif tipli verilənlər cədvəllərdə saxlanılır və bu cədvəllər arasındakı əlaqələr yaradılir. Nəticədə VB-da müxtəlif tipli dəyişənlərlə işləmək mümkün olur.

Microsoft Access proqramını işə salmaq üçün: Start → Programs → Microsoft Access. Proqramla bərabər eyni adlı pəncərə açılır. Üç rejimdən biri seçilir:

  1. Blank Database (Новая база данных) – yeni boş bazanın təşkili.
  2. Database Wizard (Мастера,…) – bazanın master vasitəsilə təşkili.
  3. Open an Existing Database (Открыть базу данных) – təşkil olunmuş bazalardan birinin açılması.

Microsoft şirkətinin yaratdığı bütün proqramlarda olduğu kimi, Microsoft Access pəncərəsinin yuxarı hissəsində proqramın adı, onun yanında isə verilənlər bazasının adı yazılır. Başlığın altında menyu sətri, bu sətrin altında isə alətlər paneli yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, menyu bəndlərinin müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər. Access VB-nın obyektlər panelində cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, səhifələr və modullar düymələri görsənir. Bu düymələr vasitəsilə istənilən obyektə keçmək olur:

  1. Cədvəllər (Tables)VB-nın əsas obyektidir. Müxtəlif tipli verilənlərdən təşkil olunmuş sətr (yazı) və sütunlardan (sahə) ibarətdir. Bir VB-da çoxlu cədvəl yaradıla və saxlanıla bilər. Açar sahə vasitəsilə cədvəllər arasında əlaqə yaradılır.
  2. Sorğular (Queries) – dəyişənləri verilən şərt əsasında seçməyə və dəyişməyə imkan verir.
  3. Formalar (Forms)informasiyaya baxmağa və redaktə etməyə imkan verir.
  4. Səhifələr (Page)faylları HTML formatında olan Access dəyişənlərinə İnternet Exrlorer brouzerirnin köməyi ilə baxmağa imkan verir.
  5. Hesabatlar (Reports) - informasiyaları ümumiləşdirməyə və çap etməyə imkan verir.
  6. Makroslar (Macros) – əmrlər vasitəsilə bir neçə əməliyyatı avtomatik yerinə yetirməyə imkan verir.
  7. Modullar – iş prosesində bəzi əməliyyatları Access-in makrokomandaları vasitəsilə yerinə yetirmək mümkün olmur. Bu halda Visual Basic for Applications (VBA) dilində proseduralar təşkil etmək olar. Belə əməliyyatlar modullar şəklində təşkil olunur.

Access VB bir və ya bir neçə cədvəldə saxlanılır. Cədvəllərdə hər sətr bir yazı (запис), hər sütun isə sahə (поле) adlanır. Сədvəllərdə yazılan verilənlər сədvəllər haqqında informasiya ilə birgə VB faylında saxlanılır. Bu fayl .mdb genişləndiricisinə malikdir.

Həmçinin bax

Keçidlər