Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Microsoft Access — verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş proqramdır.
Microsoft Access | |
---|---|
Tipi | özəl proqram təminatı, relyasiyalı verilənlərin idarəolunması sistemi |
Tərtibatçı | Microsoft |
Əməliyyat sistemi | Microsoft Windows |
Yayımlanma tarixi | noyabr 1992 |
Sonuncu versiya |
|
Sayt | microsoft.com/en-us/micr… |
Vikianbarda əlaqəli mediafayllar |
Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir. Bu proqram relyasiya verilənlər bazası (VB) ilə işləyir. Relyasiya VB-da müxtəlif tipli verilənlər cədvəllərdə saxlanılır və bu cədvəllər arasındakı əlaqələr yaradılir. Nəticədə VB-da müxtəlif tipli dəyişənlərlə işləmək mümkün olur.
Microsoft Access proqramını işə salmaq üçün: Start → Programs → Microsoft Access. Proqramla bərabər eyni adlı pəncərə açılır. Üç rejimdən biri seçilir:
Microsoft şirkətinin yaratdığı bütün proqramlarda olduğu kimi, Microsoft Access pəncərəsinin yuxarı hissəsində proqramın adı, onun yanında isə verilənlər bazasının adı yazılır. Başlığın altında menyu sətri, bu sətrin altında isə alətlər paneli yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, menyu bəndlərinin müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər.
Access VB-nın obyektlər panelində cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, səhifələr və modullar düymələri görsənir. Bu düymələr vasitəsilə istənilən obyektə keçmək olur:
Access VB bir və ya bir neçə cədvəldə saxlanılır. Cədvəllərdə hər sətr bir yazı (запись), hər sütun isə sahə (поле) adlanır. Сədvəllərdə yazılan verilənlər сədvəllər haqqında informasiya ilə birgə VB faylında saxlanılır. Bu fayl .mdb genişləndiricisinə malikdir.