Attila

Vikipediya, azad ensiklopediya
İrada (müzakirə | töhfələr) (Yeni səhifə: '''Atilla''' – dünyanın ən məşhur sərkərdələrindən biri. «Avropanın imperatoru» titulunu qazanmış mahir sərkərdə. 434-ci ildə taxta çıxanda Atillanın qırx ya...) tərəfindən edilmiş 17:32, 24 fevral 2008 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Atilla – dünyanın ən məşhur sərkərdələrindən biri. «Avropanın imperatoru» titulunu qazanmış mahir sərkərdə.

434-ci ildə taxta çıxanda Atillanın qırx yaşı vardı. Deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib.

Atillanı heç kəs məğlub edə bilməyib. O, dünyasını dəyişəndə 84 oğlu vardı. Qızlarının sayını bilən yox idi. 453-də – Atilla öləndən sonra oğulları arasında hakimiyyət üstə dava düşdü. Onların içində anası avropalı olan çoxlu oğlan vardı. Murad Adcı yazır: "hunlar bütün xalqları məğlub etmişdilər. Məğlub etmədikləri bircə xalq vardı: özləri! Atilla öləndən sonra özləri ilə vuruşmağa başladılar. Bu döyüşdə isə qalib və məğlub yox idi".

Rəvayətə görə, onu dəfn edəndə iç-içə üç tabut qoyublar. Birinci tabut qızıldan, ikincisi gümüşdən olub. Üçüncüsü isə poladdan düzəldilib. Bu tabutlar Tissa çayının kiçik adalarının birində torpağa basdırılıb. Adada dərin bir məzar qazılıb. Sonra çayın yatağı dəyişdirilərək qəbrin üzərindən keçirilib. Atillanın məzarını kimsə tapa bilməsin deyə belə ediblər.

Mənbə

Həmçinin bax