Attila

Attila[5] və ya Atilla (ən tezi 390ən geci 400[1][2]453[3][4][…], Pannoniya) — türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı.

Attila
434 – 453
ƏvvəlkiRua
Sonrakıİlek
Şəxsi məlumatlar
Doğum tarixi ən tezi 390ən geci 400[1][2]
Vəfat tarixi 453[3][4][…]
Vəfat yeri
Vəfat səbəbi bilinmir
Fəaliyyəti qəbilə lideri[d]
Atası Muncuq Xan
Həyat yoldaşları
Uşaqları
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib.

Muncuq Xan oğlu Attila Xan

Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır. Bu səbəblə də Avropa mənbələrində "Tanrının Qamçısı" (ing. Scourge of God; it. Flagello di Dio; fr. Fléau de Dieu; lat. Flagellum Dei) olaraq adlanır, amma MacarTürk mənbələrində adından hörmətlə bəhs edilir.

Atilla adının mənası

[redaktə | mənbəni redaktə et]

Xarici görünüşcə Atillanı təsvir etsək belə demək münkündür ki o qıyıq gözlü, orta boylu, seyrək saqqala malik enlikürək biri idi. Müxtəlif mənbələr onun doğulma tarixini fərqli- fərqli göstərsədə əsas etibarı ilə 395-ci il ilə 406-cı illər arasında doğulduğu düşünülür. Onun atası Hun İmperiyasının qurucularından olan Muncuk xan olmuşdur.

Atilla adının haradan götürülüdüyü haqqında bir çox fikirlər var, belə ki bəzilər onun Qot dilindən götürüldüynü iddia edir. Qot dilində mənası "Atta" yəni ata mənasını verdiyinə inanırlar. Bəziləri isə onun qədim türkcədə "hörmətli, məşhur" kimi tələffüz olunduğuna inanırlar. Hətta adın İtil çayındanda (volqa) götürüldüyünü düşünənlərdə var. Sözünə sadiq birsi olmaqla yanaşı, əsgərləri ona böyük hörmət və inam bəsləyirdilər. Atilla Tanrıya inamı ilə digər hökümdarlardan çox fərqlənirdi. O, inancına sadiq və digər inanclara da öz inancı qədər hörmət edən şəxs idi. Hətta buna Roma Papası Leonun onun qarşısında diz çökdüyü zaman bundan narahat olaraq onu ayağa qaldırması onun inanclara necə hörmət etdiyini göstərir.

Onun ordusu qərbi və şərqi Roma dövlətlərinin ordularından çox üstün idi və orduda Atillaya inam tam idi. Onun ordusu macarlardan, güclü süvarilərdən və müxtəlif növ silahlardan (nizə, qılnc) təşkil olunmuşdu. Orduda güclü nizam-intizam yaradılmışdı.[6]

Atillaya qədər Hun Dövləti

[redaktə | mənbəni redaktə et]

Böyük Hun İmperiyasının qurulma tarixi eramızdan əvvəl 220-ci ilə təsadüf edir. Onun qurucusu Teoman olsa da ən qüdrətli dövrünü Mete xaqanın dövründə göstərmək olar. Belə ki, Mete xaqan ordu quruculuğu orduda güclü intizam yaratdı və beləcə Çin ordularını məğlub etdi. Sonradan bu sistem bir çox dünya dövlətlərində istifadə edilib. Mete xaqanın ölümündən sonra dövlət bir müddət gücünü saxlasa da eramızın 46-cı ilində Qərbi Hun İmperiyasıŞərqi Hun İmperiyası olmaqla 2 yerə parçalandı. Kama Tarxan tərəfindən 352-ci ildə Avropa Hun İmperiyası quruldu.

Bu dövlətin qurucuları Xəzər Dənizi ətrafında yaşayan Türk boylarıdır. Bu boylar Oğuzlar, Tunquzlar, Sarmatlar, İskitlər və s. kimi türk köklü idi. Artıq 4-cü əsrdə Hun sərkərdəsi Balamirin başçılığı ilə qərbə yürüşlər başladı. O Idil çayını keçərək Avropaya doğru xeyli irəllədi. Onlar şimal tayfası olan Germanları da öz tərflərinə çəkməyi bacardılar. Balamirdən sonra Avropalıların "Baltazar" ləqəbi verdiyi Alipbi hakimiyyətə gəldi və dövlətin sərhədləri Dunay çayını da keçdi.

434-cü ildə Hun imperatoru Rua Bizans üzərinə səfərə hazırlaşarkən vəfat etdi. Atillaya qədər dövlətin bu qədər böyüyüb güclənməsinə baxmayaraq Atillanın dövründə dövlət bütün Avropa və hətta dünyanı qorxuya sala bildi.[7]

Hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]
Hun İmperatorluğu

Avropada hunları Attiladan əvvəl də yaxşı tanıyırdılar. 374-cü ildə hunların xanı seçilən Balamir qərbə doğru xeyli irəliləyərək xeyli torpaqlar almış, şərqi german tayfalarını öz tərəfinə çəkmişdi. 375-ci ildə o, Dnepri keçərək viziqotları da məğlub etmişdi. Onun dönəmində hunlar müxtəlif istiaqamətlərdən yavaş-yavaş Roma imperiyasının sərhədlərinə doğru irəliləyirdilər. O cümlədən, Qafqazdan keçərək Anadoluda Roma ordusunu məğlub etmişdilər. 409-cu ildə Balamirin oğlu Ulduz xan Bizans üzərinə hücum etdi. Hunların təzyiqinə dözməyən Bizans imperatoru elçi göndərib sülh təklif etdi.

Buna baxmayaraq, German (Alman) əfsanələrində Attila, çox böyük və ədalətli bir hökmdar kimi göstərilir. Attilanın sarayında bir çox German hökmdarı yaşayırdı. Nibelungen Dastanı, Hun-German mücadilələrindən meydana gəlir. Bu hekayələrdə Attila, Etzel adında böyük avtoritetə sahib, barışsevər və yalnız asilərə qarşı qılınca kuşanan ərən ruhlu bir hökümdardır. Avropa Hun İmperiyasının paytaxtı olan Etzelburg adının buradan gəldiyi bilinməkdədir. Aetus ile etdiyi katalon meydan savaşında roma ordusu dağılmış Qərbi Got kralı Theodeirch ölmüşdür. Attila ordusunu dinləndirərək qaçan Aetusu təqib etmədi.

Qərbi Roma İmperiyasına səfər edərkən Papanın araya girməsi ilə(Papa Attilanın önündə diz çöküb əhv diləmişdir.) Attila Romanı fəth etmədi və vergiyə bağladı. Attila 453-cü ilin son arvadı tərəfindən gərdək gecəsi öldürüldü.

Məzarının harada olduğu bilinməməkdədir. Cənazəsinə gələnlər, məzarın yerinin bilinməməsi üçün öldürülmüştür, amma tarixçilər arasında Tuna çayının yatağının bir müddət dəyişdirildiyinə və xəzinələri ilə birlikdə Attilanın çayın altına dəfn edildiyinə, daha sonra da çay yatağının əvvəlki halına gətirildiyinə dair yayılmış bir inanc vardır. Çayın çox uzunluğundan və bir çox ölkədən keçdiyi üçün bürokratik problemlər çıxacağından qazıntı işləri aparıla bilmir.

Günümüzdə, Attila bəziləri üçün qəhrəman (xüsusilə Türk ve Macar mədəniyyətində), bəziləri üçün isə barbarların atası (Avropa mədəniyyətində) olaraq alınır, fəqət Attila barbar deyildi çünki Avropaya Asiya uygarlığının önəmli öğələrini və özəlliklərini Hunlar gətirmişdir.

Atilla və qardaşı Bleda

Qədim xristian tarixçisi Ammian Marsellin hunları belə təsvir edir: "Onlar öz arabalarında cəlayi-vətən adamlar kimi köç edirlər. Bu arabalar onların evidir. Orada arvadları oturur. Onlar paltar tikir və uşaqları saxlayırlar. Hunlar özlərinin yöndəmsiz, amma dözümlü atlarına elə bil bitiblər. Atdan düşmədən öz işlərini görürlər: alırlar, satırlar, ictimai yığıncaqlarda da atdan düşmürlər. Onlar cəlddirlər, atları isə çox sürətlidir. Döyüş vaxtı paz şəklində düzülüb hayqıraraq düşmənin üzərinə atılırlar. Ammian Marsellin yazır ki, hunlar kəmənddən silah kimi çox məharətlə istifadə ediblər. Qılıncları düz, hər iki tərəfi kəsici olub. Uzunluğu bir metrdən artıq olurmuş. Asimmetrik kamandan istifadə ediblər. Bu kamanların üst hissəsi alt hissədən uzun imiş. Bu cür quruluş kamanı daha elastik və at belində çaparkən atmaq üçün daha ələyatımlı edərdi.

Ordunun etnik tərkibi

[redaktə | mənbəni redaktə et]

Attilanın ordusunun özəyini Idil çayı (Volqa), Aral və Qara dəniz sahillərində, Qafqazda yaşayan türklər təşkil edirdi. Bunlar oğuz, altı oğuz, şara və bir sıra sair tayfalar idi. Qoşunda fin-uqor tayfaları – çeremis, erzə, mokşa, çudlar, estlar; qerman tayfaları – qotlar, venedlər də vardı. Bundan başqa fars və slavyanlardan da hun ordusunun tərkibində vuruşanlar az deyildi.[mənbə göstərin]

İstanbula doğru

[redaktə | mənbəni redaktə et]

Attilanın xaqanlığı dövründə də Bizans hunlarla hesablaşır və onlara xərac verirdi, amma hunların getdikcə güclənməsi onları çox narahat edirdi. Ona görə sülh şərtlərini tez-tez pozur, xəracı gecikdirirdilər. Bu, Attilanın qoşun hazırlayıb onların üzərinə hücum etməsinə səbəb oldu. 447-ci ildə Attila Balkan səfərinə çıxdı. Yol boyu bütün şəhərləri zəbt edən böyük sərkərdə, nəhayət, gəlib İstanbula çatır. Bizans imperatoru tələsik onun yanına elçilər göndərərək xahiş edir ki, şəhərə girməsin: sülh şərtlərini qəbul edir və söz verir ki, onlara ciddi şəkildə əməl edəcək. Cəza olaraq yeni şərtlər əlavə olunur. Onlar bir qədər də ağır idi. Anatolios müqaviləsi adlanan bu sazişdə aşağıdakı şərtlər olub:

  1. Bizans hərbi təzminat olaraq 6000 librə qızıl ödəyəcək.
  2. Bizans Dunayın cənubunda, Dunaya beş günlük məsafədə qoşun saxlamayacaq.
  3. İki ölkə arasında ortaq bazar artıq türk şəhəri olmuş Nişdə yerləşəcək.
  4. Bizans ödədiyi vergini üç qat artıracaq. Yəni 2100 librə (150 000 solidum) qızıl ödəyəcək.
  5. Bizans əvvəlki sazişdəki şərtlərə, yəni qaçaqları himayə etməmək, hun hakimiyyətindəki tayfalarla görüşməmək şərtlərinə tam olaraq əməl edəcək.

Sülh şərtləri qəbul edilsə də, Bizans üçün bunlar çox ağır idi, amma başqa yolları da yox idi. Bizans Attila ordusunun hərbi gücü qarşısında duruş gətirə bilməzdi. Ona görə sui-qəsd hazırlanmasına qərar verdilər. 448-ci ildə İstanbuldan ölkəsinə dönən hun elçilik heyətinə Bizans heyəti də qatılmışdı. Hun heyətinin başında Edikun dururdu. Bizans heyətindən olan Priskosun qeydlərindən görünür ki, buraya Maksiminos, Priskos və Biqila daxil imiş. Sui-qəsdi Biqila həyata keçirməli imiş. Bunun üçün ona bir sandıq qızıl verilibmiş. Deyilənə görə, onun bu niyyətindən heyətdəki digər şəxslərin xəbəri olmayıb. Edikun ondan duyuq düşüb, amma Attilanın Macarıstandakı iqamətgahına gələnə kimi heç nə sezdirməyib. Bura çatanda isə Attilanı hadiseden xəbərdar edib. Attila Biqilanı sorğu-suala çəkib məsələni öyrənəndən sonra Teodosiosa bu məzmunda bir məktub göndərib: "Teodosios da Attila kimi bir atanın oğludur. Attila atası Munçuqdan aldığı əsilliyi qoruyub, amma Teodosios Attilaya xərac verən bir kölə vəziyyətinə düşüb. Teodosios əsilliyini qoruya bilmədiyi kimi, köləlik heysiyyatını da qoruya bilməyib. Çünki əsl yoldasinin- Attilanın canına qıymaq istəyib".

Katalaun döyüşü

[redaktə | mənbəni redaktə et]

Attila bu xəyanətin müqabilində Romanı cəzalandırmalı idi, amma bəhanəsi yox idi. O, iki ilə yaxın hazırlaşmalı oldu. Hazırlıq bitər-bitməz bəhanə də tapıldı. Bir neçə il əvvəl Roma imperatoru 2-ci Valentinianusun bacısı Honoriya ərə getmək niyyəti ilə Attilaya bir nişan üzüyü göndərmişdi. Bu qız Avqusta adı daşıyırdı, yəni imperator hüququna sahib idi. O, Attilaya ərə getsə, Romada bir nömrəli söz sahibi olacaqdı. Attila bu nişan üzüyünü xatırladı və nota göndərərək Honoriyanı arvad olaraq qəbul etdiyini bildirdi. Bundan əlavə, cehiz olaraq imperiyanın ona düşən yarısını istədi. Rədd cavabı verdilər. Bu, müharibə üçün yetərincə tutarlı səbəb idi.

Bu zaman Attilanın ordusunda 100 min türk və yüz minə yaxın digər türk tayfalardan döyüşçü olub. Roma imperatoru tələsik bütün xristian dünyasından qoşun yığmağa başlayıb. "Məsihin və Romanın yolunda ölməyə hazır olan" 200 mindən artıq döyüşçü toplanılıb. Nəhayət, Katalaun düzənliyində iki nəhəng ordu üz-üzə dayanıb. Attilaya qarşı Roma imperatoru Aesius çıxıb. Güclü və cəsarətli sərkərdə iki dəfə hunların içində olmuşdu. Bir dəfə əsir kimi, bir dəfə isə sürgündə. Türk və Alman dillərində sərbəst danışan Aesius legionçuların rəğbətini qazanmışdı. Attila və Aesius uşaqlıq dostu olsa da, Katalaun düzənliyində düşmən kimi üz-üzə gəldilər. Burda iki nəhəng ordu ölüb-dirim uğrunda mübarizəyə başladı. Tarixdə o vaxta kimi bu qədər döyüşçü bir yerə toplaşmamışdı. Dəhşətli qırğın iki gün davam edib. Roma ordusunun təzyiqinə hunların müttəfiqləri yox, türklər özləri müqavimət göstərə bilib. Döyüşün ikinci günü Roma legionçuları geri çəkilib.

Attila qısa hazırlıqdan sonra ordunun gücünü bərpa edərək 452-ci ildə Romaya yönəldi. İmperiya təşviş içində idi. Attila Romanın qapılarının ağzına çatanda Roma papası başda olmaqla onun yanına nümayəndə heyəti göndərildi. Attila bu heyəti öz qərargahında qəbul etdi. "Səni salamlayıram, Allahın bəlası!" deyərək Papa Attiladan Romanı bağışlamasını xahiş edirdi. Onun bütün şərtləri qəbul edilirdi, təki qoşun şəhərə girməsin. Attila İstanbula girmədiyi kimi, Romaya da girmədi. Orada dünya memarlığının nadir inciləri, qədim dövrlərə aid saysız-hesabsız qiymətli əlyazmalar, kitablar vardı. Bunların məhvi dünya mədəniyyətinə böyük zərbə olardı. İsgəndəriyyə kitabxanasının yandırılmasına səbəb Makedoniyalı İsgəndər və Sezardan fərqli olaraq, Attila tarixi irsin gələcək nəsillər üçün qalmasını istəyirdı.

Nəhayət, Roma papası 1-ci Lev Attilanın qarşısında əyilib başına tac qoydu və onu Avropanın imperatoru elan elədi. Bunu Napoleon da düşünürdü və o da Attila kimi papanı hüzuruna gətirdən ikinci Avropa imperatoru oldu.

Attilanın ölümü

[redaktə | mənbəni redaktə et]

Attila bütün qərbi öz əlinə alandan sonra indi də şərqə – İrana hücum eləmək istəyirdi. İtaliya səfərindən sonra İldiko adlı bir şahzadə ilə evlənmişdi. O, zifaf gecəsi daxili qanaxmadan (ağız və burnundan qan açılıb) vəfat etdi. Bunun sui-qəsd olduğu düşünülür, amma belə bir versiya da var ki, onu müayinə edən şaman deyib ki, sui-qəsd yoxdur. Bu, irsi xəstəlikdir. Qardaşı Buda da eyni xəstəlikdən ölmüşdü. Attilanın ölümü hunları matəmə qərq etdi. Rəvayətə görə, onu dəfn edəndə iç-içə üç tabut qoyublar. Birinci tabut qızıldan, ikincisi gümüşdən olub. Üçüncüsü isə poladdan düzəldilib. Bu tabutlar Tissa çayının kiçik adalarının birində torpağa basdırılıb. Adada dərin bir məzar qazılıb. Sonra çayın yatağı dəyişdirilərək qəbrin üzərindən keçirilib. Attilanın məzarını kimsə tapa bilməsin deyə belə ediblər.

Ejen Delakrua: "Attila"
  1. 1 2 АТТИЛА // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  2. 1 2 World History Encyclopedia (ing.). 2009.
  3. 1 2 Seeck O. Attila (alm.). // Kategorie:RE:Band II,2 1896.
  4. 1 2 E.A. Thompson Attila // Encyclopædia Britannica (ing.).
  5. Attila, səhifə 35. // Məktəblinin tarix lüğəti. Müəlliflər: Rauf Məlikov və Nizami İbrahimov. Elmi redaktor: tarix elmləri namizədi Elmar Məhərrəmov Bakı: "Ayna Mətbu Evi", 2004, 416 səhifə. ISBN 9952230133
  6. "Atillanın Kimliyi". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-13.
  7. "Atillaya qədər". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-13.