Kiyev Politexnik İnstitutu

Vikipediya saytından
Monarhh (müzakirə | töhfələr) (Yeni səhifə: {{Universitet |ad = Kiyev politexnik institutu (KPİ) |rəsmi_adı = {{lang-uk|Національний технічний університет України «Ки...) tərəfindən edilmiş 19:39, 22 noyabr 2012 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Kiyev politexnik institutu (KPİ)
НТУУ КПІ ім. Ігоря Сікорського, КПИ
Національний технічний університет України «Київський політехнічний інститут імені Ігоря Сікорського»
Loqonun şəkli
Xəritə
50°26′58″ şm. e. 30°27′38″ ş. u.
Şüar Раtriаe dесоri сіvibus еducаndis
Əsası qoyulub 31 avqust 1898
Rektor M.Z. Zgurovskiy
Tələbə sayı 48600
Şəhər Kiyev
Ölkə
Ünvan 03056, Kiyev, Qələbə p-ti, ev. 37
Sayt kpi.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ukrayna milli texniki universiteti "Kiyev politexnik institutu" ukr. Національний технічний університет України «Київський політехнічний інститут» (НТУУ «КПI») - ən böyük Ukrayna universitetidir.

Kiyev politexnik institutu 31 avqust 1898-ci ildə imperator II-ci Aleksandrın Kiyev politexnik institutu rəsmi adı altında açılmışdır. Açılış zamanı institut dörd bölmədən ibarət idi:

  • mexaniki (109 tələbə)
  • mühəndislik (101 tələbə)
  • kənd təsərrüfatları (87 tələbə)
  • kimya (63 tələbə)

İnstitut Sürix, Karlsrue, Münhen, Venya, Hannover, Axenə, Drezden, Riqa və başqa şəhərlərdəki politexnikumların nümunəsi üzrə yaradılmışdır. İnstitutun təsis edilməsi və formalaşması zamanı elmi-metodik köməyi dünya elminin D. İ. Mendeleyev, N. E. Jukovskiy, K. A. Timiryazev və s. kimi korifeyləri göstərmişlər. D.İ. Mendeleyev hətta 1903-cü ildə KPİ-nun Dövlət imtahan komissiyasının birinci sədri olmuşdur.

Politexnik institutunun korpusları professor İ. S. Kitnerin layihəsi üzrə tikilmişdir, hansını ki, tikinti prosesində institutunun müəllimi A. V. Kobelev əvəz etmişdir.

Universitet artıq 110 ildən çox universitet şəhərciyi kimi işləyir və inkişaf edir, hansında ki, 160 hektar bir ərazidə təhsil, idman məşğələləri, istirahət, həmçinin ümumilikdə 50-minlik kollektivin şəxsi maraqlarla məşğuliyyətləri üçün şəraitlər üzvi surətdə birləşdirilmişdir.

8 aprel 1995-ci ildə Ukrayna Prezidentinin 289/95 №-li "Kiyev politexnik institutu Haqqında" fərmanı ilə KPİ-na Ukraynanın Milli texniki universiteti statusu verilmişdir.

İstitutlar və fakültələr

Bu gün universitetin tərkibinə 20 fakültə; 10 tədris-elmi institut, hansıların ki, arasında 2 hərbi; Slavutiç və Paltava şəhərlərində filiallar; 12 elmi tədqiqat institutu və 14 elmi mərkəz daxildir. Bu belə institutlar və fakültələrdir:

İnstitutlar

  • "Tətbiqi sistem analizi institutu" tədris-elmi kompleksi (TSAİ)
  • Fiziki-texniki institut (FTİ)
  • Hərbi telekommunikasiyalar və informasiyalandırma (HTTİ UMTU "KPİ") institutu
  • Nəşriyyat-poliqrafiya institutu (NPİ, VPİ)
  • Mexaniki-maşınqayırma institutu (MMİ)
  • Enerjiyə qənaət və enerji menecment institutu
  • Telekommunikasiya sistemləri institutu
  • Diplomdan sonrakı təhsil institutu
  • Universitetə qədər hazırlıq və peşəkar oriyentasiya institutu
  • Xüsusi əlaqə və informasiyanın qorunması institutu

Fakültələr

  • Tətbiqi riyaziyyat fakültəsi (TRF)
  • İnformatika və hesablayıcı texnika fakültəsi (İHTF)
  • "Tətbiqi sistem analizi İnstitutu" tədris-elmi kompleksin ikinci ali və diplomdan sonrakı təhsil fakültəsi
  • Fizika-riyaziyyat fakültəsi (FRF)
  • Aviasiya və kosmik sistemlər fakültəsi (AKSF)
  • İstilik enerjisi fakültəsi (İEF)
  • Elektronika fakültəsi (ELF)
  • Elektroenerjitexnika və avtomatika fakültəsi
  • Mühəndislik-fizika fakültəsi (MFF)
  • Mühəndislik-kimya fakültəsi
  • Kimya-texnoloji fakültə
  • Universitetarası tibbi-mühəndislik fakültəsi
  • Cihazqayırma fakültəsi (CQF)
  • Radiotexnika fakültəsi (RTF)
  • Qaynaq fakültəsi
  • Biotexnologiya və biotexnika fakültəsi (BBF)
  • Linqvistika fakültəsi
  • Menecment və marketinq fakültəsi (MMF)
  • Sosiologiya və hüquq fakültəsi
  • Hərbi telekommunikasiyalar və informasiyalandırma institutunun hərbi əlaqə vasitələri fakültəsi (Paltava)

Universitet 125 ixtisas üzrə bakalavrların, 115 ixtisas üzrə mütəxəssislərin, mühəndislik magistrlərinin, magistrlərin, elmlər namizədlərinin və elmlər doktorlarının hazırlığını həyata keçirir. Universitetin müəllim tərkibi arasında 10 akademik və Ukrayna MEA-nın müxbir-üzvü, 375 professor, elm doktorları, 1175 dosent, elmlər namizədləri var.

Universitetdə xarici dinləyicilər üçün hazırlıq bölməsi işləyir, hansında ki, onlar 10 ay boyunca Ukrayna, rus və ya ingilis dillərini, riyaziyyatı, fizikanı, biologiyanı və başqa fənləri o həcmdə öyrənirlər, hansı ki, sonrakı universitet proqramına yiyələnmək üçün lazımdır.

Reytinq

KPİ Ukrayna universitetlərinin müxtəlif reytinqlərində daim birinci yerləri tutur. 2011-ci ildə o ilk dəfə universitetlərin QS WorldUniversityRankings reytinqinin yeddinci yüzlüyünə daxil oldu.

Xarici keçidlər

KPİ-nun rəsmi saytı: http://kpi.ua/

  1. 1 2 Directory of Open Access Journals. 2003.