Ukrayna

Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır.

Ukrayna
Україна
Ukrayina
Bayraq Gerb
Bayraq Gerb
Tarixi
 • Kiyev Rus dövləti 882
 • Galiçya-Volhinya Krallığı 1199
 • Kazak Hetmanlığı 17 Auqust 1649
 • Ukrayna Xalq Respublikası 7 Noyabr 1917
 • Ukrayna Sovet Sosialist Respublikası 10 Mart 1919
 • Ukrayna 24 Auqust 1991
Rəsmi dilləri
Paytaxt Kiyev
İdarəetmə forması Prezident respublikası
Prezident Volodimir Zelenski
Baş nazir Denis Şmıqal
Sahəsi Dünyada 45-ci
 • Ümumi 603500 km²
 • Su sahəsi (%) 7
 • Əhali
  • 41.167.335 nəf. (1 yanvar 2022)
 • Sıxlıq 73,8 nəf./km² (115-ci)
ÜDM (nominal)
 • Ümumi (2013) 337,360 milyard dollar  (40-cı)
 • Adambaşına 7.422 dollar  (107-ci)
Valyuta Qrivna
İnternet domeni .ua[2]
ISO kodu UA
BOK kodu UKR
Telefon kodu +380
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Ukrayna
border=none Əsas məqalə: Ukrayna əhalisi
Ukrayna əhalisinin milli tərkibi-2001 sa.
Əhali sıxlığı

2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi.

Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir.

1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir.[3]

Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb. Klub futbolu da heç də zəif deyil, Donetsk şəhərinin Şaxtyor Donetsk klubu 2009-cu il UEFA Kubokunun qalibidir. Ukrayna futbolunun dünyaya bəxş etdiyi ən böyük ulduz Andrey Şevçenkodur. Avropanın tanınmış klublarında oynamış Şevçenko bir çox titulların sahibidir. Hazırda Ukrayna milli komandasının baş məşqçisidir.

2004-cü il Avroviziya mahnı müsabiqəsində Ukraynanı "Wild Dances" mahnısı ilə Ruslana təmsil etmiş və 280 xalla qalib olmuşdu.

XVIII əsrin sonlarında İvan Kotlyarevskinin "Eneida" poeması Ukrayna ədəbi dilinin və ədəbiyyatının başlanğıcı hesab olunur. XIX əsrin ortalarında parlayan Taras Şevçenko yaradıcılığı ilə Ukrayna ədəbiyyatında böyük bir mərhələ oldu və poeziya ilə bərabər nəsr və dramaturgiyanın da inkişafına təkan verdi. XX əsrin əvvəllərində Ukrayna ədəbiyyatı Avropa modernizminin təsirinə məruz qalır. Bu dövrün parlaq nümayəndəsi Lesya Ukrainka yaradıcılığa dünya ədəbiyyatının obrazlarını gətirdi.

Bütövlükdə keçmiş SSRİ-də olduğu kimi, Ukraynada da Oktyabr inqilabından sonra ədəbi proses xüsusi dramatizmi və mürəkkəbliyi ilə yadda qaldı. Sosializm realizmi janrı yazıçıları sərt çərçivəyə salmasına baxmayaraq, Ukrayna yazıçıları bu gün də aktuallığını itirməyən əsərlər yaratdılar. Pavlo Tıçina, Maksim Rılski, Vladimir Sosyura, Aleksandr Dovjenko və Oles Qonçarın əsərləri belələrindəndir.

"Altmışıncılar" kimi tanınan Vasili Stus, Lina Kostenko, Vasili Simonenko, Qriqori Tyutyunnik, Dmitri Pavlıçko, İvan Draç və başqaları yeni yaradıcılıq formaları axtarır, orijinal əsərlər yaradırdılar.

Müasir Ukrayna ədəbiyyatı deyəndə isə ilk növbədə yeni düşüncə nümayəndələri olan Yuri Andruxoviç, Aleksandr İrvanes, Oksana Zabujko, Nikolay Ryabçuk, Sergey Jadan, Vasili Şklyar və başqaları yada düşür.

Bütövlükdə müasir Ukraynanın təhsili Sovet dövründəki təhsildən xeyli fərqlənir. Sovet sistemində bağça, orta məktəb, texnikum və ali məktəb olduğu halda Ukraynada dəyişiklik edilərək, məktəbəqədər təhsil, orta məktəb və ali məktəb olan yeni sistem yaradıldı. Bununla da Ukrayna təhsili Avropa təhsilinə bir qədər də yaxınlaşdı. Təhsilin inkişaf etməsinin əsas səbəblərindən biri özəl məktəblərin yaradılmasıdır. Belə məktəblərin yaradılması ölkənin gələcəyinin güclü bünövrəsi oldu.

Ukrayna QaraAzov dənizlərinin sahilində yerləşir. O, şimal-şərqdə Rusiya, şimalda Belarus, qərbdə Polşa, SlovakiyaMacarıstan, cənub-qərbdə Rumıniya, Moldaviya və tanınmamış Dnestryanı ilə sərhədləri var. Ərazisində Krım Muxtar Respublikası, 24 vilayət və 2 xüsusi statuslu şəhər yerləşir.


Ukrayna şəhərlərinin siyahısı

border=none Əsas məqalə: Ukrayna tarixi

Ukrayna adı qədim slavyan dilində "sərhəd ölkəsi" mənasını verir. Paytaxt şəhəri olan Kiyev 9-cu yüzilliyə qədər Xəzər xaqanlığının bir parçası idi. 16-cı əsrin ortalarında Zaparojiya bölgəsində yaşayan bəzi qruplar birlik yaratmışdılar. Özlərinə Kazak adını verən bu döyüşçü insanlar 1648-ci ildə Boqdan Xmelnitskinin rəhbərliyi ilə Polşaya qarşı böyük üsyana qalxdılar və nəticədə Ukrayna dövləti olan Kazak Atamanlığını qurdular. I Dünya Müharibəsindən sonra 1919-cu ildə Ukrayna Sovet Sosialist Respubilikası quruldu. 8 dekabr 1991-ci ildə Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar verdilər və bununla da Ukrayna müstəqil dövlət oldu.

Müasir Ukrayna

[redaktə | mənbəni redaktə et]

Ukrayna – Mərkəzi-Şərqi Avropada yerləşən aqrar-sənaye ölkəsidir. Sərhədlərinin uzunluğu 7590 kilometr, ərazisi 603,7 min kvadrat kilometr, əhalisi isə 2001-ci il hesablamalarına görə təxminən 50 milyon nəfərdir. Paytaxtı Kiyev şəhəri, dövlət dili ukraynca, milli valyutası qrivnadır. 2014-cü ildə Ukraynaya aid olan Krım Muxtar Respublikası Rusiya Federasiyası tərəfindən anneksiyaya uğrayaraq Rusiyanın tərkib Krım Respublikası çevrilmişdir. Ölkənin cənub-şərqində Rusiya tərəfində dəstəklənən separatçı və qondarma Donetsk Xalq RespublikasıLuqansk Xalq Respublikası Ukrayna Respublikasına qarşı terror-vətəndaş müharibəsi aparırlar.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Ukrayna iqtisadiyyatı

Təsərrüfatı mürəkkəb sahə və ərazi quruluşuna malikdir. Yanacaq-energetika kompleksi kömür, yerli neft-qaz və ən çox kənardan aldığı neft-qaz yanacağına əsaslanır. Donbas iri daş kömür rayonudur. Çoxlu istilik elektirik stansiyaları və bir neçə AES-ləri vardır. Çernobıl AES-də baş verən qəza ölkə iqtisadiyyatına çox böyük zərər vurmuşdur. Metallurgiya kompleksi yerli dəmir filizləri və kömür əsasında inkişaf edir. İri mərkəzləri Donbas (kömür hasilatı), Azov sahili (nəqliyyata yaxınlıq) və Dnepryanı (filiz mərkəzi). Maşınqayırma metal tutumlu və əmək tutumlu sahələrlə təmsil olunub. Ağır maşınqayırma Donbasda, Xarkovda, dəqiq maşınqayırma Ukraynanın qərb və cənub mərkəzlərində, şəkər çuğunduru yığan maşınlar Ternopolda, traktorlar Xarkovda, avtomobillər Lvovda, Zaporojyedə, Lutskda yerləşir. Gəmiqayırma XersonNikolayevdədir. Kimya sənayesi inkişaf etmişdir. Güclü yeyinti sənayesinə malikdir, yerli k/t məhsullarını emal edən-unüyütmə, şəkər, bitki yağı, ət-süd və meyvə konservləri və s. istehsal olunur. Bu müəssisələr k/t rayonlarında yerləşirlər. Tikinti materialları sənayesi yüksək səviyyədə inkişaf etdirilir, zəngin xammala əsaslanır.

Kənd təsərrüfatı həm bitkiçilik və həm də heyvandarlıq sahələri yaxşı inkişaf etdirilmişdir. Əkin yerlərinin yarısından çoxunu dənli bitkilər tutur. Buğda əkinləri geniş yayılıb. 2006-cı ildə ölkədə 32 mln ton taxıl istehsal olunmuşdur. Şəkər çuğunduru becərilməsinə və şəkər tozu istehsalına görə dünyada qabaqcıl yerlərdə durur-22 mln. t. şəkər çuğunduru, 2,6 mln.t. şəkər tozu istehsal edir (2006-cı il). Əsas əkinləri meşə-çöl və qismən də çöl zonalarında yerləşir. Heyvandarlıq əsasən südlük-ətlik istiqamətdə və donuzçuluq, quşçuluq, qoyunçuluq və b. inkişaf etdirilir. Zakarpatye və cənub rayonları meyvəçlik və üzümçülük yerləşir. Nəqliyyatın bütün sahələri inkişaf etmişdir. Odessa, Xerson, Mariopul kimi limanları vardır.

Ukrayna unitar parlament-prezident respublikasıdır.

Əsas hakimiyyət orqanları:

Prezident: Volodimir Zelenski
Parlamentin spikeri: Andrey Parubiy
Hökumət: Ukrayna nazirlər kabineti,
Ali qanunverici orqan: Ukrayna Ali Radası
2008-ci ildə Ali Radaya daxil olan partiyalar: Yuliya Timoşenko bloku, Bizim Ukrayna, Reqionlar partiyası, Ukrayna kommunist partiyası, Litvin bloku.

Dövlət tərəfindən təsdiq olunmuş rəsmi bayramlar

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]