Azad Qaradərəli

Vikipediya, azad ensiklopediya
Azad12 (müzakirə | töhfələr) tərəfindən edilmiş 19:10, 27 fevral 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Azad Qaradərəli
Doğum tarixi 5 mart 1954(1954-03-05) (70 yaş)
Doğum yeri
Əsərlərinin dili Azərbaycan dili
Janrlar hekayə, roman, esse

Azad Qaradərəli — yazıçı, publisist, Yazı dərgisinin baş redaktoru.

Həyatı

Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub.

APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib.

1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır.

1996-ci ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb.

Hal-hazırda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyir.

İlk nəsr kitabı 1987-ci ildə çap olunub.

2011-ci ildə nəşrə başlayan “Yazı” ədəbiyyat dərgisinin baş redaktorudur.

Nəsr kitabları

  • 1. ”Dumduru su” hekayələr 1987
  • 2. ”Ulartı” hekayələr, radiopyeslər 1999
  • 3. ”Dəhrə” hekayələr, nağıllar (uşaqlar üçün) 2004
  • 4. “Qar ağlığı” hekayələr 2008
  • 5. “Burda yer fırlanmırdı” hekayələr, roman 2011

Elmi-publisistik kitabları

  • 1. ”Aşiqlər” 1998
  • 2. Əbədi işıq 2004
  • 3. Yol – Mincivandan Amerikaya 2007
  • 4. Aşiqlər (təkmilləşdirilmiş yeni nəşr) 2008
  • 5. ”Zəngəzur qazisi Bəhlul Behcət” 2009
  • 6. “Yaxın-uzaq dostlara məktublar” 2010

Filmoqrafiya

  • Aşiqlər” kitabı əsasında çəkilmiş sənədli filmin ssenari müəllifi (C.Yusifzadə ilə birgə)