Bu məqalə Zəngilan rayonu haqqındadır. Şəhər üçün Zəngilan səhifəsinə baxın. |
Zəngilan rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.
Rayon | |
Zəngilan rayonu | |
---|---|
39°03′56″ şm. e. 46°41′48″ ş. u. |
|
Ölkə | |
Daxildir | Şərqi Zəngəzur |
İnzibati mərkəz | Zəngilan |
İcra başçısı | Ramiz Həsənov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 30 avqust 1930 |
Sahəsi | 730 km² |
Əhalisi | |
Əhalisi | 44 800 [1] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-ZAN |
Telefon kodu | +994 26 |
Poçt indeksi | AZ 6401 |
Avtomobil nömrəsi | 64 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati mərkəzi Zəngilan şəhəridir. Hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
Uzun müddət düşmən tapdağında qaldıqdan sonra əks-hücum əməliyyatı nəticəsində 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri, Ağ oyuq, Həkəri qəsəbələri və Birinci Muğanlı, Havalı, Zərnəli, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri,[2][3] 21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Zəngilan (kənd), Ağkənd, Kolluqışlaq, Malatkeşin, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi, 23 oktyabrda Mirzəhəsənli, Vənədli, 25 oktyabrda Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, 28 oktyabrda Birinci Ağalı, İkinci Ağalı, 30 oktyabrda Aladin, Vejnəli, 2 noyabrda Böyük Gilətağ, Dərə Gilətağ, 4 noyabrda Məşədiismayıllı, Rəzdərə, Şəfibəyli, 7 noyabrda Beşdəli, 9 noyabrda Bartaz və Üzümçülər qəsəbəsi, Ağakişilər, Aşağı Gəyəli, Aşağı Yeməzli, Bürünlü, Canbar, Dərəli, Günqışlaq, İkinci Muğanlı, İsgəndərbəyli, Keçikli, Qarababa, Qaragöl, Qaragöz, Qazançı, Quyudərə Xəştab, Nəcəflər, Orta Yeməzli, Otuzuncu, Ördəkli, Pirveys, Sarıqışlaq, Sarılı Xəştab, Seyidlər, Sobu, Şamlı, Şatarız, Şayıflı, Şərikan, Tağlı, Yuxarı Gəyəli, Yuxarı Yeməzli, Yusiflər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]
ərazi | ||||||
---|---|---|---|---|---|---|
cəmi | kişi | qadın | ||||
nəfər | faiz | nəfər | faiz | nəfər | faiz | |
Zəngilan rayonu | 39106 | 100,0 | 15764 | 100,0 | 23342 | 100,0 |
Şəhər əhalisi | 17576 | 44,94 | 6937 | 44,01 | 10639 | 45,58 |
Kənd əhalisi | 21530 | 55,06 | 8827 | 55,99 | 12703 | 54,42 |
1980-ci illərə qədər rayonun mərkəzi stadionu dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyıb[7]. Rayonun futbol komandasının adı isə "Süsən" idi[7].
Zəngilan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |