Zemstvo yığıncağı

Vikipediya, azad ensiklopediya
Enver62 (müzakirə | töhfələr) tərəfindən edilmiş 23:10, 4 mart 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Zemstvo yığıncağı —XVI əsrin ortaları -XVII əsrin sonlarında Rusiyada silklərin nümayəndələrindən ibarət təsisat.

Müqəddəs kilsənin, Boyar Dumasının, "hökmdar sarayı"nın üzvlərindən, eləcə də seçkili və əyalət zadəganlarından və şəhərin yuxarı təbəqələrindən ibarət idi. Zemstvo yığıncağında xarici siyasət, maliyyə, vergi qoyulması və s. kimi mühüm dövlət əhəmiyyətli məsələlərə baxılırdı. Çar hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı olaraq Zemstvo yığıncaqları getdikcə daha az, özü də yalnız hökumətin təşəbbüsü ilə çağırılmağa başlandı.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər